Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyi münasibəti ilə Avropa Milli Kitabxanaları Konfransının 27-ci illik görüşü keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyi münasibəti ilə Avropa Milli Kitabxanaları Konfransının 27-ci illik görüşü keçirilib

Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyi münasibəti ilə Avropa Milli Kitabxanaları Konfransının 27-ci illik görüşü keçirilib


Bakıda Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyi münasibəti ilə Avropa Milli Kitabxanaları Konfransının (CENL) 27-ci illik görüşü keçirilib.Tədbirdə Fransa, Almaniya, Polşa, Estoniya, Ukrayna və s. Avropa ölkələrinin milli kitabxanalarının rəhbərləri iştirak edib.



Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev konfransda çıxış edərək bildirib ki, Azərbaycanda son illər kitab və kitabxana işində əhəmiyyətli inkişaf olub: “Bizim kitabxana sahəsində xüsusi proqramımız var. Bu, kitabxana işinin inkişafı ilə bağlıdır və 2008-2018-ci illəri əhatə edən dövlət proqramıdır. Biz kiçik kitabxanaların inkişafı üçün də çalışırıq. Sizin hamınıza minnətdaram ki, Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyi ərəfəsində bu konfransı məhz Azərbaycanda keçirdiniz. Kitabxana cəmiyyətin mayakıdır. Biz kitabxana sahəsində müasir vasitələrdən istifadə etməyə çalışırıq”.



Əbülfəs Qarayev əlavə edib ki, Azərbaycanda kitabxana işinin əsas prioritetlərindən biri də gənc nəslin kitabxanalara cəlb olunmasıdır: “Bizim qarşımızda duran əsas məsələlərdən biri gənc nəsli kitabxanalara gətirməkdir. Buna nail olsaq, deməli, kitabxana gələcək əsrlərdə də yaşayacaq. Biz gəncləri diskotekalara yox, kitabxanalara yönəltməliyik”



Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov CENL-in 27-ci illik görüşünün Azərbaycanda keçirilməsinin əhəmiyyətindən, kitabxana sahəsində ölkələr arasında həyata keçirilən əməkdaşlığın faydalarından danışıb. O qeyd edib ki, Azərbaycanda kitabxana şəbəkəsinin formalaşması, inkişafı üçün son illərdə müxtəlif tədbirlər həyata keçirilib və bu tədbirlərdə Milli Kitabxana yaxından iştirak edib: “Dünən Azərbaycanda III Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkası keçirildi və bu tədbir göstərdi ki, bizim ölkəmizdə kitaba necə diqqət var. Azərbaycanda kitabxana işinə həmişə xüsusi diqqət yetirilib. Azərbaycan oxucularının Avropa kitabxanalarına daxili olub onların informasiya vasitələrindən istifadə etməsi, məlumat almağı üçün səylərimizi artıracağıq. Azərbaycan Milli Kitabxanası Avropa kitabxanalarının tədbirlərində fəal iştirak edib və biz inkişafa aparan qarşılıqlı əməkdaşlığa həmişə hazırıq”.

Geri dön