Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev neft pullarının abadlığa xərclənməsinə qarşıdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Fərəc Quliyev > Fərəc Quliyev neft pullarının abadlığa xərclənməsinə qarşıdır

Fərəc Quliyev neft pullarının abadlığa xərclənməsinə qarşıdır


Prezidentliyə namizəd: “Neft pullarının belə sürətlə xərclənməsi Azərbaycana yaxşı heç nə vəd etmir”

Prezidentliyə namizəd Fərəc Quliyev hazırkı hakimiyyətin yürütdüyü siyasətə qarşı sərt muxalif mövqe nümayiş etdirən bir siyasi liderdir. O, rəhbərlik etdiyi Milli Dirçəliş Hərəkatı Partiyasının fəaliyyətini tam milli mövqeyə yönləndirərək, real xalq hərəkatına çevirir ki, burada da hazırkı hakimiyyətin bir çox hallarda apardığı anti-sosial və anti-milli siyasətə qarşıdır. F.Quliyev siyasi lider kimi ortaya qoyduğu mövqeni hazırda qatıldığı prezident seçkilərində də platforma şəklində seçicilərinə təqdim edir. Onun qarşı olduğu məsələlərdən biri də, hazırkı hakimiyyətin həyata keçirdiyi neft siyasətidir. O, hesab edir ki, bir tərəfdən Dövlət Neft Fondunun xaricdə saxlanılması və kreditlər şəklində istifadə edilməsi olduqca yalnış bir siyasətdir, digər tərəfdən də neft pullarının əasasən abadlıq-təmir istiqamətində xərclənməsinin arxasında ciddi korrupsiya və mənimsəmə halları dayanır. F.Quliyev Dövlət Neft Fondunun şəffaf olmamasını və yuxarıda qeyd edilən məsələlərlə bağlı etirazını dəfələrlə ən yüksək tribunalardan bəyan etmiş və həmin mövqeyini bu gün də hakimiyyət platformasına daxil etmişdir.
Dövlət Neft Fondundan xərcləmələrlə bağlı hazırkı hakimiyyətin proqramını daim tənqid edən prezidentliyə namizəd Fərəc Quliyevə görə, hakimiyyətin bu cür siyasəti neft pullarının tükənməsini qaçılmaz edə bilər. Qeyd edək ki, Dünya Bankının ekspertləri də Azərbaycana il ərzində neft pullarından 4.9 milyard səviyyəsində xərcləmələrə getməsini məsləhət görmüşlər. Azərbaycan hökuməti isə neft pullarını yalnız büdcə vasitəsi ilə deyil, Neft Fondundan ayırmalar hesabına da xərcləyir. Bu siyasətə qarşı daim barışmaz mövqe sərgiləyən MDHP sədri bunu gələcək nəsillərin payının mənimsənilməsi kimi xarakterizə edir. O, hələ ötən il Parlamentin tribunasından səsləndirmişdi ki, “Neft pullarının belə sürətlə xərclənməsi Azərbaycana yaxşı heç nə vəd etmir. Nəticədə gələcək nəsillərin payının mənimsənilməsinə indidən imkanlar artır. Neft pullarının xərclənməsi prosesi şəffaf deyil.” Həmin çıxışında F.Quliyev daha sonra konkret rəqəmlərlə bu fikirlərinə aydınlıq gətirmişdi: “Bu ilin ilk yarısında dövlət büdcəsinə yenidən baxıldı və investisiya büdcəsinə 2,48 milyard manat pul ayrıldı. Həmin vəsaitin bölgüsünə diqqət yetirəndə onun mənimsənilməsi təəssuratı yaranır. Məsələn, bu barədə mətbuatda da müəyyən məlumatlar getdi: Bayıl qəsəbəsindən Dövlət Bayrağı Meydanına iki kilometr yolun çəkilməsinə 63 milyon pul ayrılıb. Bayraq Meydanının özünün abadlaşdırılmasına 55 milyon manat pul ayrılıb. Bakı şəhərinin abadlaşdırılması və işıqlandırılması sisteminə isə yalnız bu ilin ikinci yarısında 198 milyon manat pul yazılıb. Məgər Bakı şəhərinin işıqlanması sıfır dərəcədə idi ki, ona bu qədər vəsait ayrılmışdır. Bu cür xərcləmələr nəticəsində neft pulları sürətlə tükənə bilər.”
Məlum olduğu kimi, bu cür xərcləmələr hazırda bütün ölkə üzrə tətbiq edilir. Bu, bir tərəfdən neft pullarıyla bağlı xərcləmələrin səmərəsizliyini ifadə edirsə, digər tərəfdən də vəsaitin istiqaməti üzrə real xərclənməməsi, yəni çox hissəsinin mənimsənilməsini aşkarlamış olur. Fərəc Quliyev nəinki xərcləmələrdə mənimsənilməni faciə sayır və bunun qarşısının alınmasına çalışır, o, ümumiyyətlə Dövlət Neft Fondundan bu cür ayırmalara qarşıdır və öz hakimiyyət platformasında neft pullarının əsasən qeyri-neft sektorunun inkişafina, təhsilin səviyyəsinə və ölkənin təhlükəsizliyi-bütövlüyü baxımından istisna hallara yönəldilməsini nəzərdə tutub. Bu mövqeyini o, bu gün deyil, Milli Məclisdəki çıxışlarında və digər aidiyyatı orqanlar qarşısında dəfələrlə nümayiş etdirib.
İngiltərənin keçmiş baş naziri, dünyada iqtisadi sazişlərdə həmişə ölkəsinin qələbəsinə nail olmağı bacarması ilə seçilən “Dəmir ledi” ləqəbli Marqaritta Tetçer Azərbaycanda prezident Əbülfəz Elçibəylə apardığı neft sövdələşməsi ilə bağlı bir xatırlatma etmişdi ki, “Mən Əbülfəz Elçibəy qədər xalqını sevən bir lider tanımıram. O, neftin hər bir bariyeli ilə bağlı bizimlə mübarizə aparırdı. Səbəbini soruşduqda isə, onun cavabı belə oldu ki, bu mənə aid deyil, bu mənim xalqımın sərvətidir, mən onu hələ bundan sonra neçə nəsillərə çatdırmalıyam.” Əbülfəz Elçibəy yolunun davamçısı, İstiqlalçı deputat Fərəc Quliyev də neft siyasətində bu düşüncənin hakim olmasını qəbul edir.

Milli Dirçəliş Hərəkatı Partiyasının
Mətbuat Xidməti

Geri dön