Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda ilk dəfə sümük iliyi nəqlinə başlanması üçün hazırlıq işləri gedir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Azərbaycanda ilk dəfə sümük iliyi nəqlinə başlanması üçün hazırlıq işləri gedir

Azərbaycanda ilk dəfə sümük iliyi nəqlinə başlanması üçün hazırlıq işləri gedir


Son illər Azərbaycanda orqan transplantasiyası müvəffəqiyyətlə həyata keçirilir. Səhiyyə müəssisələrində böyrək və qaraciyər köçürülmələrinin sayı durmadan artır. Səhiyyə nazirinin müavini Elsəvər Ağayev onlayn-konfransda ünvanlanan sualları cavablandırarkən bildirib ki, 2012-ci ildə böyrək köçürülənlərin sayı 41, qaraciyər köçürülənlərin sayı isə 12 nəfər olub. 2013-cü ilin 6 ayı ərzində isə 24 nəfərə böyrək, 9 nəfərə isə qaraciyər köçürülüb.

E.Ağayev bildirib ki, hazırda sümük iliyi nəqlinə başlanması üçün hazırlıq işləri gedir.

Səhiyyə sistemində kadr islahatlarına dair sualı cavablandıran E.Ağayev deyib ki, səhiyyəmizin dünya standartları üzrə inkişafının əsas istiqamətlərindən biri tibbi təhsil və kadr islahatlarıdır: "Nazirlik tərəfindən son illər ərzində bu sahədə müstəsna əhəmiyyətli tədbirlər həyata keçirilib. Bildiyiniz kimi, 2011-ci ilin yanvar ayından tibb işçilərinin inkişaf etmiş ölkələrdə qəbul edilən sertifikasiyasının həyata keçirilməsinə başlanılıb. Sertifikasiya əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsi, ölkədə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının artırılması məqsədi ilə həyata keçirilir, həkim və orta tibb işçilərinin nəzəri və təcrübi bilik və bacarıqlarını daha da artırmalarına imkan yaradır. Bir sözlə, demək olar ki, sertifikasiya - yalnız savadlı mütəxəssislərin praktiki tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olması məqsədi daşıyır. Artıq bu günə kimi 10 mindən artıq həkim sertifikasiyadan keçib".

Geri dön