Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gənclik, Siyasi partiyalar > Xalqın Milli Arzusu
Xalqın Milli Arzusu |
Hər bir xalq onu idarə edəcək lideri seçərkən özünün mənəvi dəyərlərinə, əxlaqına, duruşuna, milli ruhuna uyğun, bu keyfiyyətlərlə əsas götürülmüş milli hədəflərə çatdıra biləcək öndərə ehtiyac duyur. Bu ehtiyac xalqın milli hədəflərinə ən doğru şəkildə çatmaq arzusundan irəli gəlir.
Azərbaycan xalqının öz öndərini seçərkən nəzərə aldığı kriteriyaları onun adət ənənələrinə, milli mənəvi dəyərlərinə, döyüş ruhuna, ədalətli davranış tərzinə, düşməninə sərtliyi, dostlarına sədaqətliyinə və digər müsbət keyfiyyətlərinə uyğundur. Azərbaycan xalqı artıq öz öndərini seçmək ərəfəsindədir. Bu dönəmdə xalqımızın seçimini doğru edə bilməsi üçün öz iddialarını ortaya qoyan övladlarını yaxından tanımaq, onun kriteriyalarına nəzə yetirmə ehtiyacı var. Biz MDHP GT olaraq partiyamızın prezidentliyə namizədi, liderimiz Fərəc Quliyevin sadaladığımız keyfiyyətlərin hər birinə sahib olduğu qənaətindəyik. Bu qənaətə gəlməyimizin səbəbi isə Fərəc bəyin keçdiyi şərəfli mübarizə yoludur. Problemlərə özünə xas baxış açısı və onları çözmə metodları Fərəc Quliyevi digər iddialılardan müsbət mənada fərqləndirir . Daim yenilikci olması, məsələlərə praqmatik yanaşması və bəzən hələ xalqın hazır olmadığı amma bilinməsi və həll olunması vacib olan gerçəklikləri ortaya qoyması ilə seçilir. Elçibəyin də zamanında dediyi bəzi fikirləri o anda qəbul olunmurdu və illər keçdikdən sonra onun nə qədər düzgün, doğru qərarlar verdiyi fikirlər irəli sürdüyü ortaya çıxır. Elçibəyin yaninda görünüb Elçibəy yoluna daş qoymağa çalişanlardan fərqli olaraq Fərəc bəy hər zaman Elçibeyin yanında və yolunda olaraq mübarizəsini xarici düşmənlərə və onların daxildəki əlaltılarının bütün hücumlarına baxmayaraq davam etdirmişdir. Əlində olan kiçik imkanlarla millət üçün böyük işlər görməyə çalışmışdır. Çox təəssüflər olsunki Fərəc bəy hər zaman “mənim ölkəmdə düşmənim yoxdur mənim düşmənim ölkəmin sərhədlərinin kənarındadır” deməsinə baxmayaraq ölkəmizin kənarında hesab edtiyi düşmənlərinin dediyi fikirlərlə ölkəmiz içərisində də Fərəc bəyə qarşı bəzi qrupların əsassız ittihamları oxşar xarakter daşıyır. Bu sadəcə fərd olaraq Fərəc bəyə qarşı olan münasibət deyil bu götürülən siyasi xəttə, milli dava yoluna qarşı olan münasibətdir. Buna misal olaraq MDHP-nin təşkilatçılığı Fərəc Quliyevin liderliyi ilə Qərbi Azərbaycanla bağlı “ İrəvanın işğalının 185 illiyi” adlı 29 dekabr 2012-ci ildə keçirilən tədbiri göstərə bilərik. Bu tədbir MDHP-nin imkanları çərçivəsində mümkün qədər məsələlərə təsir etmək və real işə keçmək , düşmənə milli güc var və mübarizəsini davam etdirir mesajını vermək mahiyyəti daşıyırdı və istənən də oldu. Tədbirin əks sədası özünü çoxda gözlətmədi, erməni mətbuatı və saytları Sarkisyanın bu tədbir haqda dediklərini yaydı. Iraqir.am saytında Sarkisyan tədbir haqda deyir “bu günlərdə Bakıda bir qrup başıbozuqlar yığılıb toplantı keçiriblər guya İrəvanin ermənilər tərəfindən işğalından danışıb və İrəvana qayıdışla bağlı çağırışlar ediblər”. Təbii ki düşməndən tərif gözləmirdik. Bizlərə qarşı ölkə içərisində müxtəlif ittihamlar irəli sürənlərin də hansısa xarici dövlətlərdə ermənilərlə əməkdaşliq məqsədilə müqavilə bağlamaq üçün masa arxasına oturmalarınıda istəməzdik. Çox təəssüflər olsun ki bu bir gerçəklikdir. Bütün bunlara baxmayaraq mübarizə davam edir . Burada vurğulamaq istədiyimiz məqam həmdə ondan ibarətdir ki əgər Sarkisyan səviyysində bir tədbirə bu qədər ciddi münasibət bildirilirsə demək Fərəc Quliyev hədəf seçməkdə və o hədəfə çatmaqda istifadə oluna biləcək silahları seçməkdə, projelər ürətməkdə, minimum enerji və itkiylə maksimum nəticələrə çatmaqda çox bacarıqlıdır. Fərəc bəy sadəcə partiya vasitəsilə Sarkisyanı bu qədər qıcıqlandıra bilirsə hakimiyyət resursları, dövlət imkanları əlində olacaği təqdirdə nələr edə biləcəyini düşməni necə mat vəziyyətində qoya biləcəyini düşünmək çətin məsələ deyil. Fərəc bəyin həbsdə olduğu dövrdən bu güne qədər dəfələrlə səsləndirdiyi Qarabağ formulunun həyata keçməməsinin nəticəsi xalqimiz üçün Qarabağsız illər deməkdir. Təklif olunan formul ondan ibarətdir ki ilk növbədə ölkə boyu iqtidarlı, müxalifətli , QHT-lərli və digər irili xirdalı təşkilatların birgə hazirladığı Qarabağ konsepsiyası ortada olmalıdır. Buna nail olunduğu halda: 1 ci və önəmli olan Qarabağ məsələsi haqda artıq sabit konsepsiya olacaq və kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq bu konsepsiya əsas olaraq ələ alınacaq və görüləcək iş ardıcıl olacaq 2. İqtidar Qarabağ məsələsindən ortada olan konsepsiyadan xaric bir hərəkət edə bilməyəcək 3. Müxalifət Qarabağ məsələsindən istifadə edib hakimiyyət naminə iqtidara təsir edə bilməyəcək 4. Qarabağ məsələsinin həllinə dair konsepsiya hazirliğindakı danışıqlar iqtidar və müxalifət arasında digər milli məsələlərin danişilmasında və çözülməsində yeni birlikdəliklərə qapı acacaq ki buda artıq ölkəmizdə siyasi mədəniyyətin oturuşmasına təkan verəcək. Çox təəssüf olsunki bu günə qədər bu təklifin həyata keçməsi üçün nə hakimiyyət nə də digər müxalifət qüvvələri addım atmadılar. Zamanında Fərəc bəy “hakimiyyətlə dalaşmaq yox danışmaq lazımdır” deyəndə həm hakimiyyət həmdə müxalifət tərəfdən hücumlara məruz qaldı. Əslində Fərəc bəy danışığı məhz bu milli məsələlərin birlikdə çözülməsi üçün irəli çəkmişdi. 10 il gecikilsədə indi də bu istəkləri həyata keçirmək mümkündür bunun üçün Fərəc bəyin onun düşüncələrinin hakim olmasına ehtiyac var. Digər tərəfdən Fərəc bəyin artıq ölkəmizdə bir milli barışa, milli məsələlərdə birliyə olan çağırışları çox önəm daşıyır. Bu fikiri səsləndirdiyi zaman Ferec bəyə qarşı kompaniyalar aparırlar, “biz radikliq və heç nəylə barışmırıq” deyirlər. Özlərini radikal adlandıranlar anlamalıdırlar ki radikallıq otağında oturub kimlərisə söyməkdən ibarət deyil, bu, cəsarət heç deyil. Cəsarət düşməninin üzünə sən işğalçısan deməyi bacarmaqdır ki, Fərəc Quliyev qədim torpağımız olan İrəvanda Avronestin PA-nın toplantısı zamanı Sarkisyanın elə onun öz otağında bunu etdi, Sarkisyana sən işğalçısan dedi. Bir erməni nümayəndəsinin “mən sizin prezidentə bu cür desəm sən nə edərdin “ sualına “səni pəncərədən aşağı atardım” cavabını verə bilməkdir cəsarət . Cəsarət, həmdə imperiya zamanı yarım hərbi qisas təşkilatı yaradaraq qeyri legal mübarizə aparmaqdı, hələ ordusu olmayan bir ölkədə silahlı dəstələr yaradıb düşmənə qarşı döyüşməkdi, 11 illik həbs həyatını göz önünə alaraq mbarizəni davam etdirməkdi, müstəqillik qazanıldıqdan sonra “ölkədə barış olmalıdır, ölkə içərisində dalaşmaq yox danişmaq lazimdır “ deməyi bacarmaqdır. Bunların hamısını Fərəc bəy deyib və tək tək həyata keçirib və keçirməkdədir. Bu eyni zamanda hakimiyyətə də aiddir ki bəzi məqamlarda özünü qorumaq naminə güc tətbiq etməyə çalışır. Ölkə içində radikallıq olmaz, ölkə içində hər kəsin bir birinə sevgisi, dayağı, köməyi olar. Radikallıq, cəsarət düşmənə qarşı olar. Fərəc bəyin səsləndirdiyi milli barış düşüncələri əslində milli hədəflərə çatmaq üçün ortaya qoyulmuş formuldur. Çünki milli barış milli birliyin milli birlik isə milli hədəflərə catmağın yeganə yoludur. Fərəc bəy Qarabağ məsələsi qədər həssas olduğu Güney Azərbaycan məsələsindədə hər zaman doğru taktikalar seçmiş və həyata keçirməyə çalişmışdır.Sərhəd hərəkatı ideyasını ortaya qoyan və onu həyata keçirən liderlədən birisi olaraq mübarizəsinin bütün dönəmlərində Güney məsələsinə xüsusi önəm vermişdir. Fərəc bəyin təsis etdiyi “Yeni Dirşəliş” və “Davam” qəzetleri içərisində Bütöv Azərbaycan adına “Təbriz” qəzeti yəni qəzet içində qəzet layihəsi sırf Güney məsələsinə hesablanan Güneyli soydaslarımıza dəstək və davamızı genişləndirmək üçün atılan addımdır. Fərəc bəy hər dəfə Güney Azərbaycandan danışarkən Güney Azərbaycan milli azadlıq hərəkatı yoxdur , Bütöv Azərbaycan Milli Azadliq Herekatı vardır deyə vurğulayır. Bu o deməkdir ki, bir millətin milli azadlığına çatma uğrunda mübarizəsi onun tam olaraq azadlığına çatmasını özündə ehtiva etməlidir. Bu həmdə o deməkdir ki, Güney Azərbaycanın azadlıq mücadiləsi Güneyli Quzeyli bütöv Azərbaycanın azadlıq mübarizəsidir . Təbiidir ki bu mübarizə aparıldığı üçün İranın bir sıra mətbu orqanları mübarizə insanlarına qarşı hücumlara keçir onları təxribatçı, quldur adlandırır. Yenə de çox təəssüf edirik ki özünü radikal sayan və “Elçibəy yolundayıq” deyən qrupların Fərəc bəyin, Elçibəyin tənqid olunduğu o media qurumlarında tərifləri və fəaliyyətləri “ radikallıqları” reklam olunur. Yəqinki buna səbəb də Fərəc bəyin “İran Güneydə 40 milyon soydaşımızı əzir, Güneyimiz azadlığına qovuşmalıdır ” fikri və “radikalların” isə “ xomeneyiyə söz deməyin o Güney Azərbaycanlıların dini lideridir” (doğrudur Güneyli soydaşlarımız haqli olaraq əvəzində “o sənin liderindir bizim yox” cavabınıda verdilər) demələrindən irəli gəlir. Hətta səhər tv və saytı kimi bir orqanlarda bunlara yer verilir. Maraqlıdır, İran bizləri yəni Azərbaycan xalqını nə vaxtdan sevməyə başlayıb ki “demokratiya” istəyənlərə bu qədər yol açmağa çalışır? Bu münasibet Fərəc bəyin milli mübarizəsinin ardıcıl və effektli olmasının göstəricisidir. Bölgəmizlə və ümumiyyətlə dünya siyasətiylə bağlı Fərəc bəy hələ həbsdə olarkən yazdığı 5 kitabdan birisi olan “Yeni Dünya Düzənində Azərbaycanın Yeri və Rolu” kitabında geniş bəhs edib. Bu kitab Azərbaycanda ortaya qoyulmuş geopolitik və geostrategiyaya dair ən samballı sistemli əsərlərdən biridir. Kitabda qlobal siyasətin durumu, süpergüclərin bloklaşma xarakteri araşdırılmış, mövcud yeni dünya düzənində Azərbaycanın yeri və rolu təhlil edilmiş bir sıra elmi nəzəri müddəalar irəli sürülmüşdür və ən önəmlisi Turan Avrasiya Bloku (TAB) modeli təklif olunmuşdur. İllərdir 2 cümlə yazının sahibi ola bilməyən liderlər heç olmasa bu kitabı oxusalar onlar üçün yaxşı olar, əgər anlasalar. Aydın məsələdir ki, bu cür əsərlərin ortaya qoyulması üçün kifayət qədər vəsait ,məlumat, material və ən əsası normal mühitin olması önəmli şərtlərdir. Ancaq Fərəc bəy bu kitabı həbsdə 3 metrlik kamerada, səhətinin ağırlaşdığı dönəmdə heç bir material, vəsaiti, xəritəsi , qəzeti, kitabı olmadan sadəcə öz şəxsi bacarığı, zəkası, güclü yaradıcılıq qabliyyəti hesabına ortaya qoyub. Və onuda qeyd edək ki bu sadəcə Fərəc bəyin həbsdə yazdığı 5 kitabdan 1-dir. Əgər Fərəc bəy o şərtlər altında bu cür siyasi əsərlər, projelər ortaya qoymağı bacarırsa əlində hakimiyyət və dövlət resursları olacağı təqdirdə nələri ortaya qoya biləcəyini necə projelər cıza onları həyata keçirmək yollarını tapa biləcəyini görmək mümkündür. Fərəc bəyin liderlik keyfiyyətlərini dahada aydınlaşdırmaq üçün yuxarıda qeyd etdiyimiz məsələlərdən başqa kifayət qədər misal gətirə bilərik. Onların böyük bir qismini xalqımız bilir. Nəticə etibarı ilə biz MDHP GT olaraq düşünürük ki, sadaladığımız və sadalaya bilmədiyimiz şəxsi müsbət keyfiyyətlərinə görə Fərəc bəy xalqimizin liderlik istəyinə cavab verə bilən bir liderdir. Xalqımız seçimini edərkən milli arzusuna uyğun ən doğru qərarını verəcəyinə inanırıq. “Milli arzu, milli ideya milli hədəfdir. bu ideyanı bütöv şəxsiyyətlər həyata keçirə bilər” Fərəc Quliyev. Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatı Geri dön |