Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Azərbaycanda beş və beşdən çox uşağı olan qadınlara sosial müavinət ayrılır
Azərbaycanda beş və beşdən çox uşağı olan qadınlara sosial müavinət ayrılır |
Azərbaycanda beş və beşdən artıq uşağı olan analara sosial müavinət ayrılacaq.
Bununla bağlı Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Sosial müavinətlər haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi müzakirə olunub. Layihə barədə məlumat verən H.Rəcəbli bildirib ki, qanuna 4.0.1.12 - “beş və beşdən çox uşağı olan qadına müavinə” adlı maddə əlavə olunur. Qanuna edilən digər əlavədə isə yuxarıdakı əlavənin davamı olaraq izah olunur ki, “beş və beşdən çox uşağı olan qadınlara müavinət - beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda verilir”. Eyni zamanda əlavələr layihəsində bildirilir ki, beş və beşdən çox uşağı olan qadınlara müavinət uşağın 18 yaşı tamam olana qədər verilir. Bildirilib ki, müavinət miqdarını müvafiq icra hakimiyyəti təyin edəcək. Layihə parlamentin plenar iclasına tövsiyə olunub. Geri dön |