Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının xarici işlər nazirlərinin görüşündə iştirak edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının xarici işlər nazirlərinin görüşündə iştirak edib

Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının xarici işlər nazirlərinin görüşündə iştirak edib


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının xarici işlər nazirlərinin görüşünə qatılıb. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov hazırda şurada sədr dövlət kimi Azərbaycanın təşkilatın rolunun genişləndirilməsi, fəaliyyətinin və imkanlarının artırılmasına xüsusi diqqət yetirdiyini söyləyərək bu xüsusda 2013-cü ilin avqustunda Qəbələ şəhərində keçirilmiş zirvə toplantısının əhəmiyyətini qeyd edib.



Qəbələ zirvə toplantısının açılışında prezident İlham Əliyevin mədəniyyət və iqtisadiyyat sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladığını xatırladan E. Məmmədyarov, birgə mədəni, tarixi və iqtisadi dəyərləri bölüşən üzv dövlətlərin bu amillər əsasında əməkdaşlığı daha da gücləndirmək üçün əlverişli imkanlara malik olduğunu diqqətə çatdırıb. Bu xüsusda nazir tərəfindən üzv dövlətlər arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün Bakı-Tiflis-Qars dəmir yol xətti və Trans Avrasiya super informasiya magistralı layihələrinin kəsb etdiyi əhəmiyyət qeyd edilib.



Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dövlətlər arasında beynəlxalq arenada bir-birilərini dəstəkləmək üçün səmərəli platforma rolunu oynadığını da deyən Elmar Məmmədyarov, Ermənistan-Azərbaycan münaqişəsi məsələsində Azərbaycana göstərilmiş dəstəyə görə üzv dövlətlərə təşəkkürünü ifadə edib. O, Azərbaycanın türkdilli dövlətlərin mədəniyyət və irs fondunun yaradılması təşəbbüsünü yaxından dəstəklədiyini bildirib.

Geri dön