Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > Aurelia Qriqoriu: Təqsirkar tərəf Ermənistandır
Aurelia Qriqoriu: Təqsirkar tərəf Ermənistandır |
-Necə oldu ki, Ermənistana getməli oldunuz?
-Ombudsmanların işi ilə bağlı beynəlxalq forumlarda iştirak etmək üçün getmişdim. İnsan Hüquqlarının Müdafiə Mərkəzi konfrans üçün Yerevana dəvət aldı. Belə qərara alındı ki, konfransa mən gedim. Mənim çıxışımın mövzusu konfransın təşkilatçılarına əvvəlcədən göndərilmişdi və üstəlik hesabatın mətni də ingilis dilinə tərcümə üçün Yerevana göndərildi. -Öncədən belə bir təzyiqlə qarşılaşacağınızı düşünmüşdünüzmü? -Əlbəttə ki , hesabatın hər kəsi məmnun etməyəcəyini başa düşürdüm, amma belə bir reaksiyanı gözləmirdim. Ermənistan dünyaya gerçək üzünü göstərdi. -Ermənilərin təzyiqləri qarşılığında Azərbaycandan yetərincə dəstək ala bildinizmi? -Düşünürəm ki, bəli. Xüsusilə də 5 iyuldan etibarən dünyanın müxtəlif yerlərindən mənə yazan sadə azərbaycanlılara minnətdaram. Bu məktublar olmasaydı mənə qarşı yönələn belə təzyiqlərə, yalan və böhtanlara bilmirəm necə dözə bilərdim. Amma Moldova hökumətinin mövqeyi maraqlıdı. Maraqlısı budur ki, sadə moldoviyalılar məni dəstəkləyirdi, amma hökumət sadəcə kömək etmək üçün heç bir addımımı, cəhdlərimi dəstəkləmirdi. Əksinə, hər şeyi Ermənistan tərəfinə dəstəyi nümayiş etdirmək üçün nə lazımdırsa etdi. Beləliklə rəsmi Moldova mənə dəstək vermir. -Qarabağın hələ də işğal altında qalmasında daha çox kimi günahkar hesab edirsiniz? -Kimin düz, kimin səhv olduğunu müəyyən etmək mənim vəzifəm deyil. Lakin təcavüz edənlə, təcavüzdən əziyyət çəkən ölkə və onun vətəndaşlarına eyni münasibət yolverilməzdir. Buna görə də təqsirkar tərəf Ermənistandır ki, xarici ölkənin ərazisini işğal edib və bu hərəkətlərinə haqq qazandırmağa çalışır -Ermənilərin Xocalıda törətdikləri vəhşiliklər bəllidir. Sizə edilən "Xocalını bütün xırdalığına qədər sənə göstəririk" təhdidi onların işğal mahiyyətinin göstərcisi deyilmi? İşğalın mahiyyətini mən Yerevanda çıxışımda açıqlamışam. Bu, insan hüquqlarının kütləvi şəkildə pozulması, yüz minlərlə qaçqın, mülki əhalinin qətli, məhrumiyyət və əzabları Ermənistanın beynəlxalq qərarlara açıq-aşkar hörmətsizliyidir. -Sizə elə gəlmir ki, Ərəb ölkələri ilə bağlı BMT qərar verərkən dərhal icra olunur, amma Azərbaycanla bağlı dörd qətnaməyə isə , sanki heç olmayıbmış kimi səthi yanaşılır? Bəlkə Qərbin ikili münasibəti problemin uzanmasına səbəb olur? Bu siyasət ikili standartlıdır. Təəssüf ki, Qarabağ münaqişəsinin həllində bu siyasət təsir etmir. Məhz buna görə, mən Yerevandakı beynəlxalq tədbirdə bu məsələni qaldırdım. Mövzum “ Qanunun aliliyinə dair Avropa standartları-Avropa Şurasına üzv ölkələrin sərhədlər çərçivəsində hakimiyyətlərinin məhdudlaşdırılması” idi. Mən dondurulmuş münaqişələr olan ərazilərdə insan hüquqlarının pozulması, ikili standartların yolverilməzliyi məsələsinə diqqət çəkmək istədim. Bu, indiki siyasətçilərin fəaliyyəti üçün real sahədir. Qəti və birmənalı şəkildə Qərbin ikili standartla yanaşması məsələnin həll edilməməsi səbəbi kimi göstərilməməlidir. Təhlükəsizlik Şurasının qətnamələrinin icrası və BMT Baş Assambleyasının beynəlxalq səviyyədə icrası üçün təkid etmək lazımdır. Daha ətraflı danışsaq onu qeyd etməliyik ki, yarandığı 70 ildən artıq müddətdə Birləşmiş Millətlər Təşkilatı və onun Təhlükəsizlik Şurası əhəmiyyətli dəyişikliklərə dözümsüz yanaşıblar. Amma dünya dəyişir, yeni problemlər və çətinliklər vardır. Onların həlli yeni yanaşmalar, yeni axtarış yolları tələb edir. Beləliklə, bu quruluş içində bəzi islahatlar etmək lazımdır. Xüsusilə də bu, “dondurulmuş ərazi konfliktlərinə” aiddir. "Dondurulmuş münaqişələr" işğal olunmuş ərazilərdə təcavüzkar ölkənin möhkəmlənmək imkanını təmin edir. Status-kvo vəziyyəti yalnız təcavüzkar ölkəyə fayda verir, təcavüzün qurbanı olan ölkələrə deyil . Ona görə də, buna yol vermək olmaz. -Bildiyimizə görə, məlum cəsarətli çıxış etdiyiniz üçün, hətta ölkənizdə belə, sizə qarşı təzyiqlər olub ki, “Moldova problemdə tərəf tutmasa daha yaxşı olardı”. Siz necə düşünürsünüz? Sizcə, doğru qərar vermisiniz? Haqlını müdafiə etmək , yoxsa haqsızla münasibətlələri pozmamaq üçün ona göz yummaq? -Mən belə hesab edirəm ki, həqiqəti üzə demək iki ölkə arasındakı dostluq münasibətlərinə təsir etməməlidir. Baş verən bütün hadisələr, məsələn, Xocalıda baş verənlər tarixdə sübut olunmuş faktlarla mövcuddur, yeri gəlmişkən, ermənilər özləri də bunu inkar etmir. Amma beynəlxalq münasibətlərdə bu bazar deyil ki, hamı danışır və kimsə bir-birini eşitmir. Problemləri müəyyənləşdirmək və ardıcıl həll etmək lazımdır. Dəvəquşu siyasəti yaxşı bir şey gətirməyəcək . Bütün beynəlxalq forumlarda , hər yerdə bu məsələni qaldırmaq, müzakirə etmək lazımdır. Mehman Həsən Geri dön |