Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > 2100-cü ildə dünya əhalisi 11 milyard olacaq
2100-cü ildə dünya əhalisi 11 milyard olacaq |
Fransız Əhali Araşdırmaları İnstitutunun son araşdırmalarına görə, sürətlə artan dünya əhalisinin sayı 2050-ci ildə indiki 7 milyard 100 milyondan, 9 milyard 700 milyona qalxacaq.Türkiyə mətbuatının məlumatına görə, araşdırmanın ən təəccüblü məqamı isə əsrin sonunda sayı artacaq əhali ilə bağlı təxminlərdir. Bu təxminlərə görə, 2100-ci ildə dünya əhalisi 11 milyarda çata bilər. Yalnız Asiyada 2050-ci ilə qədər əhali indikı 4 milyard 300 milyondan, 5 milyard 200 milyona yüksələcəyi qeyd edilib. Əhali artımı ilə bağlı qəti addımlar atan Çinin əhalisinin isə indi olduğu kimi 1 milyard 300 milyonda qalacağı, Hindistanın əhalisinin isə 1 milyard 200 milyondan 1 milyard 600 milyona qalxacağı bildirilir.
Fransız Əhali Araşdırmaları İnstitutu həmçinin 2050-ci ildə dünya əhalisinin dörddə birinin Afrikada yaşayacağını proqnozlaşdırıb. Araşdırmada Afrika qitəsindəki əhalinin 1 milyard 100 milyondan, 2 milyard 500 milyona qalxacağı qeyd edilib. Geri dön |