Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Rəssam Çingiz Mehbaliyevin yeni rəsmi-Şah İsmayıl hücumda adlanır(FOTO)
Rəssam Çingiz Mehbaliyevin yeni rəsmi-Şah İsmayıl hücumda adlanır(FOTO) |
Gənc və istedadlı rəssam Çingiz Mehbaliyev yknews.az-a verdiyi məlumatda özünün indiyə qədər çəkdiyi ən böyük rəsm əsəri üzərində işlədiyini deyir. Rəsmin uzunluğu 2 metr, eni isə 1,5 metrdir və artıq 4 aydır ki, rəsmin üzərində aktiv iş gedir, - deyə rəssam bildirib.
Rəsm tarixi mövzudadır, tablonun mərkəzində Səfəvilər İmperatorluğunun qurucusu Şah İsmayılın qılınc zərbəsi isə topun lüləyini kəsməsi anı təsvir olunur. Bu mövzunun haradan qaynaqlandığı barədə suala rəssam belə cavab verdi: “Sözün düzü, bu mövzuda böyük bir tablo çəkərək insanın qılınc zərbəsi ilə topun lüləyini və zəncirləri kəsməsini təsvir etmək bir az əfsanəvi görünürdü. Mən də çəkdiyim rəsmin məsuliyyətini dərk edərək işə başlamazdan əvvəl bu mövzuda araşdırmalar etdim. Məlum oldu ki, bu hadisəni tarixçi, akademik Ziya Bünyadov özünün 1994-cü ildə çapdan çıxan "Azərbaycan tarixi" kitabında qələmə alıb. Bu mötəbər mənbə belə bir hadisənin baş verməsi barədə kifayət qədər ciddi sübutdur. Şah İsmayılın qılıncla topun lüləyini kəsdiyini görən Osmanlı hökmdarı Sultan Səlim Yavuz həmin qılıncı gətirtdirir və İsmayılın hünərini təkrarlayaraq topun lüləyini kəsmək istəyir. Amma Sultan Səlimdə heç nə alınmır. Osmanlı Sultanı həmin qılıncın oxşarını - saxta bir qılıncın ona göndərildiyini deyir. Şah İsmayılın isə məsələyə münasibəti belə olur: “Qılınc həmin qılıncdır, qol həmin qol deyil!” Bununla yanaşı, Şah İsmayılın dolğun təsvirini yaratmaq, bir rəssam olaraq mənim üçün böyük məsuliyyət olduğundan sadəcə bir mənbə ilə kifayətlənmədim, o dövrdə çəkilmiş miniatürlərdən, Şah İsmayılla şəxsən ünsiyyətdə olmuş tacir və səyyahların yazdıqları qeydlərdən faydalandım. Digər bir məsələ isə mənə qədər kimlərin Şah İsmayılı çəkməsi və necə çəkməsi məsələsi idi. Qeyd etmək istərdim ki, indiyə kimi Azərbaycanın tanınmış rəssamlarından Elmira Şaxtantinskaya, Maral Rəhmanzadə, Sakit Məmmədov və digərləri öz yaradıcılıqlarında Şah İsmayıl mövzusuna toxunmuşlar. “Lakin mən inanıram ki, məhz mənim çəkdiyim Şah İsmayılın rəsmi əvvəlki rəsmlərdən daha möhtəşəm və yaddaqalan olacaq”, - deyə rəssam əlavə etdi. Rəsmin niyə məhz 2 metr uzunluğunda çəkildiyini soruşduqda isə rəssam bildirdi ki, bu ölçü təsadüfən seçilməyib: "Mən öz boyumdan daha böyük bir rəsm çəkmək istədiyimdən onun ölçüsünün 2 metr olmasını qərarlaşdırdım. Rəsmin eskizi Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən qeydiyyata alınıb, müəllif hüquqları qanunla qorunur və rəsm bütöv halda "Şah İsmayıl hücumda" adlanır". Xatırladaq ki, bu rəsm Azərbaycan təsviri sənətində Şah İsmayılın topun lüləyini və zəncirlərini öz qılınc zərbəsi ilə qırmasını təsvir edən ilk rəsm olacaq. Geri dön |