Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Təbrizli tədqiqatçının İstanbulda kitabı çıxıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Mədəniyyət > Təbrizli tədqiqatçının İstanbulda kitabı çıxıb

Təbrizli tədqiqatçının İstanbulda kitabı çıxıb


Təbrizli tədqiqatçının İstanbulda kitabı çıxıb
Türkiyənin Adana şəhərindəki Çukurova universitetinin doktorantura müdavimi, təbrizli tədqiqatçı Nəbi Kəbutarianın “Tebriz aşıklık geleneğı ve aşık edebiyyatı” adlı kitabı çapdan çıxıb.


350 səhifəlik monoqrafiyanı Adanadakı “Karahan kitabevi” nəşriyyatı buraxıb.



Azərbaycan, Türkiyə, Cənubi Azərbaycan və Qərb alimlərinin aşıq ədəbiyyatına dair nəzəri araşdırmalarının önəmli nöqtələri ilə oxucuları tanış edən müəllif Təbriz bölgəsi aşıqlarından topladığı bəzi dastanlardan parçaları da kitaba daxil edib. Təbriz bölgəsi aşıqlıq ənənəsinin poetik xüsusiyyətlərini analiz edən Nəbi Kəbutarian Anadolu və Şimali Azərbaycan aşıqlıq məktəbləri ilə Təbriz aşıqlıq məktəbi arasında müşahidə edilən fərqlərin müqayisəli təhlilini də aparıb.



Kitabda Təbriz aşıqlıq məktəbinin önəmli təmsilçilərinin tərcümeyi-halları, əsərlərindən nümunələr və fotolar öz əksini tapıb. Monoqrafiya ilə bağlı APA-ya açıqlama verən Nəbi Kəbutarian kitabın Türkiyədə işıq üzü görməsindən çox məmnun olduğunu vurğulayıb: “Xalqımızın ədəbi-mədəni ənənələrinin bölgələrə görə müqayisəli metodla tədqiqi ədəbiyyatımızın və mədəniyyətimizin ümumi mənzərəsinin daha obyektiv şəkildə yaradılmasına kömək edəcək. Cənubi Azərbaycanın ədəbiyyatı, musiqisi, mədəniyyəti ilə bağlı araşdırmaların sayı artdıqca, biz özümüzü bir-birimizə daha yaxın hiss edəcəyik. Bu istiqamətdəki araşdırmalarımı bundan sonra daha böyük istək və şövqlə davam etdirəcəyəm”.



Qeyd edək ki, son illərdə Cənubi Azərbaycan ədəbiyyatı, tarixi və mədəniyyəti ilə bağlı Türkiyədə çap edilən kitabların sayı artmaqdadır. Anadoludakı universitetlərin araşdırma proqramlarında Cənubi Azərbaycanla bağlı mövzuların daha çox yer almağa başlaması da diqqəti cəlb edən cəhətlərdən biridir.

Geri dön