Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şirinxanım Kərimbəyli Şadiman: -HECA
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Şirinxanım Kərimbəyli Şadiman: -HECA

Şirinxanım Kərimbəyli Şadiman: -HECA


Şirin laylaların ana dilində,
Könlümün içinə dağılan heca.
Düşüb yuyunuram şaqraq selində,
Zərif çiçəklərtək yığılan heca.

O tuti ləhcənə vurulub qaldım,
Kövrək zəngulənə mehrimi saldım,
Evinə təb adlı sehrimi saldım,
Ruhumdan, canımdan doğulan heca.

Səndən qopub gəlir hər ağı, layla,
Dolmuşam küləyi, buludu hayla,
Ahımın təşnəsi sovrulsun vayla,
Doğma kəlmələrlə yoğrulan heca.

Sazımın, tarımın közü səndədir,
Min illik qopuzun izi səndədir,
Səndə bu məhrəmlik, doğmalıq nədir?!
Ögey baxışlardan boğulan heca.

Zərif çiyinində dastanlar gəzir,
Sən türk doğulana Tanrıdan nəzir,
Sənə xor baxanlar ruhumu əzir,
Ey heçdən var olan, doğrulan heca.

Anamın nəfəsin səndə duyuram,
Dəli istəyinə yartək uyuram,
Səni varlığımdan necə ayıram?!
Çocuqtək bağrıma sığılan heca.

Qolların boynuna dolar Şadiman,
Hissimin allahı, eşqimə iman,
Ağlayan könlümə bir təkcə dərman,
Təbsiz şe‘r əhlindən sıxılan heca…

Yerin zirvələrdən ucadır, uca!
Yerin zirvələrdən ucadır, uca!

04.10.2013

Şirinxanım Kərimbəyli Şadiman

Geri dön