Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Evlərin qiyməti düşəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Evlərin qiyməti düşəcək

Evlərin qiyməti düşəcək


"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyi 2011-ci ilin oktyabr ayı ərzində ilkin mənzil bazarında apardığı monitorinqin nəticələrini açıqlayıb. İctimai Birlikdən verilən məlumata əsasən,

Bu ilin 9 ayı ərzində daşınmaz əmlak bazarında qiymət indeksi və qiymətlər stabilləşib. Belə ki, satışa təklif edilən bahalı mənzillərin (kvadratı 1000 manatdan yuxarı) çoxalması təklif portfelində bahalı mənzillərin payının artmasına səbəb olsa da, bazarda daha çox ucuz mənzillərin (kvadratı 500-700 manat) satılması müşahidə edilib. "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən verilən məlumata görə, bu səbəbdən ilkin mənzil bazarında ilin sonlarına doğru qiymət indeksi stabilləşib.
İl boyu əmlak bazarında müəyyən canlanma da hiss olunub. Aparılan araşdırmalar, ötən illərlə müqayisədə onu da göstərir ki, qiymətlərin yüksək olması alıcılıq qabiliyyətinə təsir edir. Amma "Əmlak Bazarı İştirakçıları" İB-in ekspertləri hesab edirlər ki, bu, ilin sonuna kimi qiymətlərin düşəcək.

"Əmlak Bazarı İştirakçıları" İB tərəfindən ilkin mənzil bazarında aparılan qiymət monitorinqinin nəticələrinə görə, paytaxt üzrə ötən ay satışa təklif olunmuş mənzillərin orta qiymətində heç bir dəyişiklik baş verməyib. 1 kvadratmetr üzrə 837 manat səviyyəsində qalıb. Qiymət stabilliyinin artıq son 4 ayda davam edir.

Alıcılar yeni tikililərdə 3 otaqlı mənzillərə daha çox üstünlük verir.

Geri dön