Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Azərbaycan gələn il sosialyönümlü büdcə xərclərinə 5,3 mlrd. manat ayıracaq
Azərbaycan gələn il sosialyönümlü büdcə xərclərinə 5,3 mlrd. manat ayıracaq |
Azərbaycanın 2014-cü il dövlət büdcəsinin layihəsində sosial yönümlü xərclərin xüsusi çəkisi 26,6% olmaqla 2013-cü ilə nisbətən 1,3 faiz bəndi artıb.
Nominal ifadədə sosialyönümlü xərclərin gələn il 5 337, 3 mln. manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da 2013-cü ilin analoji proqnozu ilə müqayisədə 298,9 mln. manat və ya 5,9%, 2012-ci ilin faktiki göstəricisinə nisbətən isə 597,1 mln. manat və ya 12,6% çoxdur. Gələn il dövlət büdcəsi xərclərinin tərkibində əməyin ödənişinə 3 034,7 mln. manat (15,1%), təqaüdlər və sosial müavinətlərə 1 820,3 mln. manat (9,1%), ərzaq məhsullarının alınmasına 305,3 mln. manat (1,5%), dərman və sarğı ləvazimatlarının alınmasına 176,9 mln. manat (0,9%) məbləğində vəsait ayrılacaq. Həmçinin, 2014-cü ildə elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclər üçün 4 909,5 mln. manatın ayrılması nəzərdə tutulub ki, bu da 2013-cü illə müqayisədə 475,9 mln. manat və ya 10,7%, 2012-ci ilin faktiki göstəricisi ilə müqayisədə isə 719,8 mln. manat və ya 17,2% çoxdur. Bütövlükdə, bu sahələr üzrə nəzərdə tutulmuş məsrəflərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 24,5% təşkil edəcək ki, bu da 2013-cü illə müqayisədə 2,2 faiz bəndi çoxdur. Geri dön |