Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın hərbi xərcləri artırılır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > Azərbaycanın hərbi xərcləri artırılır

Azərbaycanın hərbi xərcləri artırılır


Gələn ilin büdcə layihəsi Milli Məclisə təqdim edildi Gələn il üzrə dövlət büdcəsi layihəsi Milli Məclisinə təqdim edilib.
Maliyyə Nazirliyindən verilən məlumata görə, Konstitusiyanın 96-cı və 109-cu maddələrinə uyğun olaraq, 2014-cü büdcə ili üzrə dövlət büdcəsinə dair sənədlər Milli Məclisin müzakirəsinə təqdim edilib. Gələn ilin dövlət büdcəsində müdafiə sahəsi üçün ayrılan xərclər açıqlanıb. Maliyyə Nazirliyinin məlumatına görə, 2014-cü ildə müdafiə xərclərinin 1637362.4 min manat olması proqnozlaşdırılır. Bu isə 2013-cü ilin müvafiq xərclərindən 7.1 faiz çoxdur. 2014-cü ildə dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üçün ayrılan xərclərin 1240298.0 min manat təşkil edəcəyi gözlənilir. Bu isə bu ilki xərclərdən 11.3 faiz çox deməkdir. Qeyd edək ki, müdafiə xərcləri 2014-cü ildə dövlət büdcəsi xərclərinin 14.7 faizini təşkil edəcək. Xatırladaq ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası ötən illərdə dəfələrlə hökuməti hərbi xərcləri artırmağa çağırıb. BAXCP hərbi xərclərin büdcənin 11-13 faizini təşkil etməsi ilə razılaşmayıb və hər zaman bəyan edib ki, torpaqlarının 20 faizi işğal altında olan ölkədə hərbi xərclər kəskin artırılmalıdır.

Geri dön