Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gələn ilin dövlət büdcəsində təhsil və səhiyyə xərcləri artırılacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Gələn ilin dövlət büdcəsində təhsil və səhiyyə xərcləri artırılacaq

Gələn ilin dövlət büdcəsində təhsil və səhiyyə xərcləri artırılacaq


Büdcə lahiyəsində təhsil xərcləri 8, səhiyyə xərcləri 8,4 faiz artıb

Azərbaycan 2014-cü ilin dövlət büdcəsində təhsil və səhiyyə xərcləri üçün ayrılan vəsaitin həcmi 8 % artırılacaq.Bu barədə məlumat 2014-cü il dövlət büdcəsinin layihəsində yer alıb.

Qeyd edək ki, büdcə lahiyəsində təhsil xərcləri üçün 1653,4 milyon manat vəsait ayrılması proqnozlaşdırılır. Bu da 2013-cü illə müqayisədə 123 milyon manat və yaxud 8 faiz çoxdur.

Səhiyyə xərcləri üçün isə 2014-cü ilin dövlət büdcəsində 725,6 milyon manat vəsait ayırmaq nəzərdə tutulub. Bu rəqəm cari illə müqayisədə 56,3 milyon manat və yaxud 8,4 faiz artıq deməkdir.

Geri dön