Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasi partiyalar, Fərəc Quliyev > Milli Dirçəliş Hərəkatı Partiyasının 09.10.2013 tarixində keçirilmiş prezident seçkilərinin nəticələri ilə bağlı açıqlaması
Milli Dirçəliş Hərəkatı Partiyasının 09.10.2013 tarixində keçirilmiş prezident seçkilərinin nəticələri ilə bağlı açıqlaması |
Milli Dirçəliş Hərəkatı Partiyası 09.10.2013 tarixində Azərbaycan Respublikasında keçirilmiş prezident seçkilərində partiyanın sədri Fərəc İbrahim oğlu Quliyevin prezidentliyə namizədliyi ilə iştirak etmişdir. MDHP seçicilərin 43333 imzasını MSK-ya təhvil verərək seçki kompaniyasına başladı. Seçki kompaniyası zamanı Agdam rayonu ərazisində yalnız bir maneçilik yarandı və dərhal aradan qaldırıldı. Təbliğat mərhələsində 5300-ə qədər məntəqədə təyin olunmuş yerlərə plakatlar yapışdırıldı və elə bu sayda məntəqədə təbliğat materialları yayıldı, təbliğat avtomobillərimiz plakatlarla, üzvlərimiz xüsusi mayka və şarflarla Respublika ərazisində təbliğatla məşğul oldular. Bu zaman heç bir təziq və qanun pozuntusu ilə üzləşmədik. Seçicilərlə bölgələrdə keçirdiyimiz görüşlər, KİV-də qurduğumuz təbliğat kompaniyası yüksək səviyyədə keçdi və yaradılmış bərabər şəraitdən faydalandıq. Seçki günü 800-dən çox müşahidəçimiz, məşvərətçi səs hüquqlu nümayəndəmiz, vəkil və səlahiyyətli nümayəndəmiz seçkini müşahidə etdi. Kompaniya dönəmində nümayəndələrimiz və müşahidəçilərimiz tərəfindən bir sıra qanun pozuntuları qeydə alındı. Lakin müdaxilələrimiz nəticəsində rastlaşdığımız neqativ halları dərhal aradan qaldırmağa nail olduq. Bunlar müşahidəçilərin qeydiyyata alınmaması, səlahiyyətli nümayəndələrin vəzifələrinin icrasına qarşı törədilən maneçiliklər kimi hallardan ibarət idi. Seçki kompaniyası artıq geridə qalıb. Dünən (10.10.2013-cü il tarixdə) Mərkəzi Seçki Komissiyası rəsmi nəticələri açıqladı və İlham Heydər oglu Əliyevin seçkinin qalibi olduğu məlum oldu.
Biz təbliğat-təşviqat kompaniyası zamanı ona hədəflənmişdik ki, öz ideyalarımızı hakimiyyətə gəlməklə özümüz həyata keçirək. Lakin biz hesab edirik ki, əgər bu gün biz hakimiyyətdə deyiliksə, ideyalarımızın da bizim kimi müxalifətdə qalması millətin əleyhinə işləyən bir haldır. Ona görə də bu ideyaların kim tərəfindən deyil, növbəti 5 ildə necə həyata keçməsi bizim üçün əsas priaritet olacaq. Biz inqilabi dəyişikliyin əleyhinəyik. Çünki, inqilab bir dövləti sarsıdan və zəiflədən ən ciddi hadisədir. Ona görə də biz əhalinin böyük əksəriyyətini təşkil edən bizimlə eyni düşüncədə olanları növbəti seçkilərdə (Bələdiyyə, Parlament, Prezident seçkilərində) sivil dəyişikliyə nail olmaq üçün bu gündən toparlanmağa çağırırıq. Partyamız və seçkilərdəki namizədimiz Fərəc Quliyev adından hazırkı hakimiyyətdən bundan sonrakı fəaliyyətində milli-demokratik düşərgənin maraqlarını ciddi şəkildə önəmsəməsini, milli birlik və barışı təmin edən, Qarabağ problemi də daxil olmaqla bütün ümummilli məsələləri iç güclərə söykənərək həll etmənin vacibliyini qeyd edərək, İlham Əliyevi seçkilərdəki qələbəsi münasibətiylə təbrik edirik! Milli Dirçəliş Hərəkatı Partiyası Mətbuat Xidməti 11.10.2013 Geri dön |