Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tarixi Azərbaycan dövlətləri erməni saxtakarlığına qarşı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət, DAVAMın yazıları > Tarixi Azərbaycan dövlətləri erməni saxtakarlığına qarşı

Tarixi Azərbaycan dövlətləri erməni saxtakarlığına qarşı


Bu günlərdə Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) tərəfindən ötən il altı dildə nəşr edilmiş “Tarixi Azərbaycan dövlətləri” kitabının təkrar nəşri işıq üzü görüb. Kitab həcminə, həmdə məzmununa görə mərkəzin əvvəlki nəşrlərindən bir xeyli fərqlənir. Qeyd etməliyik ki, kitabın ideya müəllifi Şamaxıdan olan millət vəkili Elxan Süleymanov, yaradıcı qrupun rəhbəri isə siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayevdir. Azərbaycanın indiki ərazisində formalaşmış dövlətlər haqqında qısa ensiklopedik məlumatların yer aldığı nəşrdə bu dövlətlərin sərhədlərini özündə əks etdirən xəritələr də daxil edilib. Mərkəzin bu nəşri barəsində tarixçi alimlərimiz qiymətli fikirlərini bildirdiklərindən, biz kitabın Erməni müəlliflərinə göstərdiyi “müsbət” təsirdən danışmaq istərdik. Qeyd edək ki, bu təsir son günlər özünü daha qabarıq şəkildə göstərib. Belə ki, bu günlərdə Rusiya KİV-ində erməni mətbuatından seçmələr sırasında məhz yuxarıda sözügedən kitaba həsr olunmuş rəy rus dilinə tərcümə edilərək yayılmışdır. (http://www.inosmi.ru/sngbaltia/20131002/213488036.html) Vaan Ovanisyanın müəllifi olduğu “Diaqnoz” adlı geniş bir yazı “Yerkir” qəzetində nəşr edilib. Məqaləni oxuduqca aydın şəkildə görmək olar ki, ermənilərin tariximizə baxışları hələ də dəyişməmiş qalır...

Beləliklə, bir məqamı qeyd etməliyik ki, uzun əsrlər boyu mütləq hakimiyyətin bərqərar olduğu imperiya sərhədləri daxilində həmişə ciddi yerdəyişmələr baş verir. Və bu təbii qəbul olunur. Mütləq hakimiyyət kimi hara istəsə sürgün etdirir, köçürür və istədiyi hərəkəti edir. Böyük xalqların hamısının tarixi inkişaf prosesində məhz bu kimi faktlar kifayət qədərdir. Yazının sonunadək müstəqil dövlətçilik tarixi olmadığında ermənilərin zəngin dövlətçilik tarixi olan türkdilli xalqlara qısqanclıqla yanaşmaları hiss olunur. Qafqazda getmiş tarixi proseslərin bəzi məqamlarına müraciət edək. Çar Rusiyası dövründə rusların kütləvi şəkildə Şərqə və ya Qafqaza göndərilməsi ideoloji işin tərkib hissəsi sayılırdısa, ermənilərin Qarabağa, Stalin rejimi tərəfindən ayrı-ayrı xalqların Qafqazdan Orta Asiyaya köçürülməsi ermənipərəst maraqlardan qaynaqlanırdı desək yəqin ki, yanılmarıq...

1804-cü il 14 may tarixində “Kürəkçay” müqaviləsi imzalandıqdan sonra Çar Rusiyası Qarabağı ilhaq etdi. 1828-ci ildə Türkmənçay müqaviləsi ilə Azərbaycanın işğal prosesi başa çatdırıldı. İki ildən sonra, 1830-cu ildən regionda ciddi islahatlara başlayan çar hökumətinin verdiyi ilk qərar 1835-ci ilə təsadüf edən Qarabağda alban kilsəsinin ləğvi oldu. Bunu erməni müəllifləri nədənsə unudur. Kilsə hansısa bir quruma birləşdirilmədi. Maraqlıydı ki, birdəfəlik bağlandı. Bu isə ona işarə edirdi ki, belə bir kilsə mövcud olmamışdır. İkinci addım erməni əhalisinin İran və Suriya ərazisindən məhz Qarabağa yerləşdirilməsi oldu. Bu addım yerli alban əhalisinin erməniləşdirməklə tərəfdarlarının sayını artırmaq məqsədi daşıyırdı...

Kitaba həsr olunmuş yazının elə ilk cümləsindən hiss olunur ki, müəllif tarixdən bixəbərdir. Müəllif belə hesab edir ki, ingilislər indiki ərazilərə gəlmə olsalar da yerli əhaliyə və onun mədəniyyətinə qarşı “çox diqqətcil" olublar. Müəllif qeyd edir ki, məhz bu diqqətin nəticəsidir ki, “şotland mədəniyyəti indiyə kimi yaşayır.” Daha sonra müəllif belə müqayisə aparır ki, yalnız türk dünyası “harada məskunlaşıbsa oranı xarabazarlığa çevirib, yerli mədəniyyəti məhv edib...”. Biz ingilis, fransız və ya digər xalqların bu günədək atdıqları addımlara qiymət vermək fikrində deyilik. Hər halda bu gün ingilislərin irlandlara və şotlandlara qarşı yürütdüyü siyasəti hər kəsə bəllidir. Və bu haqda erməni tərəfinin də bilgisi olmamış deyildir. Biz erməni tərəfinə bəzi bilgiləri əlavə olaraq çatdırmaq istərdik. Birincisi, bir xalq olaraq onların ilk məskunlaşdığı yer hər halda Qarabağ ərazisi deyildir. Onların bu ərazilərə gəlişinin təşkilatçısı Çar Rusiyasının imperialist maraqları olub. Əgər ingilislər bu gün şotland mədəniyyətini yaşatmışlarsa ermənilər məskunlaşdığı bütün əraziləri erməniləşdirməyə çalışırlar. Tarixi faktlarda təsdiq edir deyək ki, bu gün dövlət olaraq formalaşdıqları ərazilər də onlara məxsus deyildir.

Tarixi Azərbaycan dövlətlərində sığınacaq tapan ermənilər daim digər böyük xalqlara xidmət göstəriblər, o cümlədən azərbaycanlılara. Ərazilərindəki yüzlərcə və minlərcə azərbaycanlı yaşayış məntəqələrinin adlarının hansı məqsədlə dəyişdiklərinidə yaxşı bilirlər... İkincisi, öz ərazilərindəki 500 min nəfərə yaxın azərbaycanlıya qarşı zor tətbiq edərək dədə- baba yurdlarından qovulmalarına hansı formada don geyindirə bilərlər. Üstəlik bu ərazilərdəki yüzlərcə mədəniyyət abidələrinin dağıdılmasına, qəbrstanlıqlara qarşı soyqırım aktının törədilməsinə nə ad vermək olar. Qərbi Azərbaycanda yüzlərcə mədəniyyət abidəsini kimlər məhv etmişdir bəs? Ümumiyyətlə, yaşadıqları ərazilərdə mövcud olan mədəniyyət abidələri hər halda ermənilərə məxsus deyildir. Tövsiyyə edərdim ki, daim xidmət etdikləri, yarındıqları dövlətin tanınmış şəxslərinin erməni xalqına verdikləri qiyməti bir daha nəzərdən keçirsinlər. Dahi Puşkinin və Qriboyedovun bu xalq haqqında dediklərinin yalnız bir cümləsini xatırlasalar yaxşı olardı... Artıq dünya ölkələri erməni müəlliflərinin, tarixçilərinin hər hansı bir sözünü ciddi qəbul etmir. Maraq doğuran fakt odur ki, uzun əsrlər boyu xalqda formalaşdırılan fikirlər yenədə qalmaqdadır. Onlar hətta bu fikirləri belə təkmilləşdirmək niyyətində deyillər. Bu gün harada məskunlaşırlarsa sabah oranı qədim erməni torpağı hesab etməyə başalyırlar. Baxmayaraq ki, Kaliforniyada da minlərlə erməni məskunlaşıb, amma oranı nədənsə hələ erməni torpağı adlandırmağa tələsmirlər... Daha sonra müəllif həyasızcasına qeyd edir ki, “azərbaycanlıların və türklərin ön Asiyaya gəlişi ancaq şəhər və məbədlərin dağıdılması, kitabxanaların yandırılması və çoxsaylı insan tələfatı ilə yadda qaldı... Onlar bütün yaxın şərq xalqlarını öz kökləri hesab edirlər...”.

Çox təəsüfedici faktdır ki, məhz ön Asiyada formalaşan xalqların eyni kökdən qidalandığını və bura yalnız erməniləri yamaq olmasını müəllifə ya çatmır ya da bilərəkdən özünü bilməməzliyə vurur. Azərbaycan ərazisində formalan dövlətlər indiki Azərbaycan xalqının tarixi keçmişidir. Və bu keçmişi yaşamaq isə hər xalqa nəsib olmur. “Tarixi Azərbaycan dövlətləri” kitabı da məhz bu tarixi yaşatmaq naminə nəşr olunub. Fikrimizcə, erməni müəllifləri çalışıb öz xalqının nümayəndələrini belə əsası olmayan fikirlərlə doldurmaq əvəzinə Azərbaycana qatılıb bu dövlətin qanunlarına tabe olmağı təbliğ etsələr daha yaxşı olardı...

Vüqar Tofiqli

Geri dön