Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial, DAVAMın yazıları > Avropanın „insan hüquqları“ ilə pərdələnən „demokratiya“-sı
Avropanın „insan hüquqları“ ilə pərdələnən „demokratiya“-sı |
Bu gün dünyaya demokratiya hayqıran, insan hüquqlarının „müdafiəçisi“ rolunda çıxış edən, nəhayət özünü hümanist ideyaların müəllifi kimi göstərən Avropa heç də kənardan göründüyü kimi rahat yaşanılası məkan deyil. Bunu bizim „avropa fanatları“ daha yaxşı bilirlər. Sadəcə işlərinin rahat getməsi xatirinə kimlərəsə „dayı“ deməyi daha üstün tuturlar. Bu isə mənəviyyat məsələsidir.
Etdiyim müşahidələrin və yaxın insanlarımın danışdıqlarından belə bir nəticəyə gəldim ki, yazı şəklində fikirlərimi siz oxuculara çatdırım. Biləsiniz ki, ideal görünən Avropa heç də demokratiyanın tam anlamda hökm sürdüyü məkan deyil, hətta bəlkə incəliklərinə qədər müqayisə edəsi olsaq, ən tolerant və ən humanist dövlət elə öz vətənimiz Azərbaycandır. Sizə xitab edirəm, öz bacarıqsızlığı ucbatından ölkəsindən, əslində özündən bezən, hər nə fürsət olursa-olsun faydalanıb xaricə qaçmaq istəyən, işsizlikdən əziyyət çəkən, maaşlardan şikayət edən, rüşvətxorluqdan iyrənən kəslər! Bir gün Avropanın mərkəzi, demokratiyanın məskəni sayılan Almaniyaya gedib yaşamaq fikrinə düşsəniz və oradan da Azərbaycana əxlaq dərsi verməyə çalışsanız, bilin ki mütləq aşağıdakı hallarla rastlaşacaqsınız. Bilin ki, başınızı götürüb qaçmaq istədiyiniz dövlətin idarəetməsində, quruluşunda nə qədər çox müsbət olsa da, bir o qədər də çox mənfi hallar mövcuddur. Bu qəbldən olan ölkələr yalnız hansısa ali məqsədlərə çatmaq üçün, müvəqqəti dözümlülük nümayiş elətdirmək məcburiyyətində qaldığın üçün seçilməlidir. Almaniyada yaşayış zamanı bəxtiniz gətirməzsə, aşağıda sadalanan xüsusiyyətlərə malik insanlarla rastlaşacaqsınız və bu halların mütləq şahidi olacaqsınız: 1. Diskriminasiyaya meyllilik - Demokratik ölkə sayılan Almaniyanın dövlət orqanlarında çalışan işçi və ya məmurların müəyyən qismi ölkəsinin dilini bilməyənə biləndən daha az hörmət edərlər, bir alman və ya xaricinin hər hansı dövlət qurumunda həllini tapması mümkün olan problemini çözmək qarşısında qalanda, dövlət məmurları düşünmədən almanı seçərlər. Başqa millətdən olan hətta Almaniya Federativ Respublikasının vətəndaşı olsa belə. 2. Süründürməçilik - Səndən rüşvət tələb eləməzlər, şirinlik də istəməzlər, onlar sənin işlərini çətinləşdirərək səni elə bir vəziyyə psixoloji salarlar ki, rüşvət verən mənəvi cəhətdən boş, əxlaqı zəif insandan sən qat-qat daha əzilmiş görünərsən. Səni rahat və yüksək həyat standartları olan ölkələri ilə ofsunlayarlar, dövlətlərinin əzəmətli olması üçün tək-tək hər əməkdən, hər beyindən, hər əqildən faydalanarlar. İşlərinə yararsa, sənin işini yerindəcə həll edərlər, yaramazsa, “Get bacardığın qədər həyatda yaşamaq uğrunda mübarizəni davam elə“ düşüncəsiylə ürəklərində sənə səslənərlər. 3. İnsan sağlığına laqeydlik - Bu ölkədə xəstələnsən, ya da sağlığınla bağlı hər hansı bir şikayətin olsa, mütləq əvvəlcədən həkimə yazılmaq məcburiyyəti qarşısında qalarsan, həkimə yazılmaq istəyəndə sənə ən yaxşı halda həftələr sonraya, ən pis halda isə aylar sonraya həkimlə görüş təyin edərlər. O vaxta qədər də Allah üzünə baxsa, ya sağ qalarsan, ya da xəstəliyinin daha da ağırlaşması nəticəsində bərpad hala düşər, bu həyatdan köçmüş olarsan. Bütün bunlar icbari şəkildə hər ay tibbi sığorta şirkətlərinə ödədiyin pulun müqabilində baş verər. Bu rəqəm aylıq 80, 120 avro və ya daha artıq ola bilər. Bu rəqəmləri hesablayanda tibbi sığorta şirkətlərinin və həkimlərin nə qədər gəlir əldə etdiyini təssəvvür etmək elə də çətin deyil. Həkim qəbulunda olma halllarının aylarla fasiləsi olduğunu nəzərə alsaq (həkimlərin qıtlığı və öz keflərinə uyğun xəstə qəbul eləmə istəkləri) yalnız bir dərdivin əlacının tapılması üçün bir ixtisasın həkiminin qapısını bir ildən artıq müddətdə döyə bilərsən. Fırıldaqçılıq – Almaniya xəstəxanalarında bəlkə də bir tendensiya halını almış „maraqlı“ bir hal- bir məşhur həkimin qəbuluna yazılmaq, onunla söhbət aparmaq, əməliyyat vaxtı gələndə isə əməliyyatın sənin xəbərin olmadan başqa həkimə tapşırılması və səni heç görmədiyin bir həkimin səni əməliyyat etməsi. Çox hallarda belə hərəkətlərin gizli saxlanılması və sənin bir xəstə olaraq əməliyyat zamanı huşda olarkən görmədiyin bir halı, oyandıqdan sonra isə həkimlə danışıqlar zamanı anladığın, hiss etdiyin məqamların sübut edilmə mümkünsüzlüyü insanı hansı vəziyyətə salar özünüz düşünün. 4. Tələbə yataxanalarında ədalətsizlik- Əslində onlar bunu həddən ziyadə ədalətlilik kimi qələmə verirlər. Tələbə yataxanalarında otaqların bölgüsü zamanı ev üçün müraciət edən ərizəçinin aylarla gözlədilməsi, səbəb səndən öncə ərizəçilərin olması və boş otaqların olacağı təqdirdə daha öncəki ərizəçiyə otağın təhvil verilməsi. Elə deyil! Sən otaq üçün müraciət edirsən,sənə öncə yox cavabı verirlər, bizdə yer yoxdur deyirlər. Bir az ki yalvar-yaxara başladın, ya da hiss etdilər ki, yeri gəlsə hər gün səhərə qədər qapılarında yatasan, elə anındaca sənə hardansa ev tapıb verirlər. Halbuki 5 dəqiqə öncə müraciət edəndə qətiyyətlə yox demişdilər. Belədir ki, bu ölkədə yaşadığın illərin sayı çox olduqca, daha çox sayda qarşılaşdığın neqativ halların siyahısını səhifələrlə uzada bilirsən. Avropa seçmək iqtidarında qalsan Səni təəccübləndirəcək mənfilikləri görməmək üçün öz yurdunda, sənə doğma olan məkanda vicdanın sənə hökm elədiyi şərtlər altında özünlə mübarizə apar Həsən ELBRUSOĞLU Geri dön |