Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Konstitusiya Məhkəməsi Plenumu prezident seçkisinin nəticələrini təsdiqlədi, İlham Əliyev prezident elan edildi
Konstitusiya Məhkəməsi Plenumu prezident seçkisinin nəticələrini təsdiqlədi, İlham Əliyev prezident elan edildi |
Oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərinin yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası başlayıb.
Məruzəçi hakimlərdən Sona Salmanova və Rafael Qvaladze çıxış ediblər. S.Salmanova MSK tərəfindən seçki protokolunun təsdiq olunması üçün məhkəməyə göndərildiyini bildirib. R.Qvaladze isə seçkilərin nəticəsinə dair protokola əsasən İlham Heydər oğlu Əliyevin səslərin çox hissəsini toplayaraq qalib olduğunu bildirib. İclasda seçki prosesi barədə danışan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov namizədlərə yaradılmış şərait, həmçinin ödənişsiz efir vaxtının, həmçinin qəzetlərdə yer ayrılmasını qeyd edib. MSK sədri deyib ki, seçkilərin şəffaflığının təmin edilməsi üçün MSK tərəfindən kifayət qədər yerli və xarici müşahidəçi qeydə alınıb, habelə məntəqələrin 20 faizində veb kameralar quraşdırılıb. M.Pənahov bildirib ki, səsvermə günü seçicilər çox mütəşəkkil şəkildə məntəqələrə gəlib və öz seçdiyi namizədə səs veriblər: "Səsvermə günü baş verən proseslər həm MSK tərəfindən yayılan məlumatlarla, həm veb kameraların vasitəsilə ictimaiyyətə geniş şəkildə çatdırılıb. Səsvermə günü operativ şəkildə ilkin nəticələr ictimaiyyətə çatdırılıb". MSK sədri bildirib ki, səsvermə bitdikdən sonra MSK-ya 4 müraciət daxil olub ki, bunlar da dəqiqliklə araşdırılıb. Bütün seçki prosesi zamanı MSK müxtəlif dövlət qurumları ilə, aşağı seçki komissiyasının üzvləri ilə müxtəlif formatlı tədbirlər həyata keçirib. Sonra Dövlət Statistika Komitəsinin əməkdaşları məruzə ilə çıxış edərək seçki komissiyalarında səslərin hesablanması zamanı heç bir qeyri-dəqiqliyə yol verilmədiyini vurğulayıblar. Çıxışlardan sonra plenum fasiləyə ayrıldı. Fasilədən sonra KM sədri Fərhad Əliyev çıxış edərək nəticələri açıqlayıb və Konstitusiya Məhkəməsi Plenumu prezident seçkisinin nəticələrini təsdiq edib. F.Əliyev bildirib ki, qanunvericiliyə müvafiq olaraq İlham Heydər oğlu Əliyev Azərbaycanın Prezidenti seçilmiş hesab edilib. Qərar qətidir, heç bir şikayət qəbul olunmur. F.Abdullayev qərarı elan edərkən bildirib ki, Konstitusiya Məhkəməsi Plenumu maraqlı tərəflərin iştirakı ilə Azərbaycan Konstitusiyasına müvafiq olaraq daxil olan protokolda olan məlumatları ümumiləşdirərək yoxlayıb. Azərbaycan Konstitusiya Məhkəməsinin Plenumu prezident seçkilərinin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasının protokolunun Seçki Məcəlləsinin müddəalarına uyğun gəlir. İlham Əliyev səslərin 84,54 faizini topladığı üçün prezident elan edilib. Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 17-də keçirilən iclasında prezident seçkilərinə yekun vurub. Trend-in məlumatına görə, Seçki Məcəlləsinin 108-ci və 203-cü maddələrinin tələblərinə əsasən, MSK-nın seçkilərin nəticələri üzrə protokolu tərtib edilərək komissiya üzvləri tərəfindən imzalanıb. Sonra protokol təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə göndərilib. Qeyd edək ki, oktyabrın 9-da keçirilmiş Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 84,54 faiz (3 126 113 seçici) səs toplayaraq böyük üstünlüklə qalib gəlib. Digər namizədlərin səsləri isə belədir: Cəmil Həsənli - 5,53% (204 642 səs) İqbal Ağazadə - 2,40% (88 723 səs) Qüdrət Həsənquliyev - 1,99% (73 702 səs) Zahid Oruc - 1,46% (53 839 səs) İlyas İsmayılov - 1,07% (39 722 səs) Araz Əlizadə - 0,87% (32 069 səs) Fərəc Quliyev - 0,86% (31 926 səs) Hafiz Hacıyev - 0,66% (24 461 səs) Sərdar Məmmədov - 0,61% (22 773 səs) Qeyd edək ki, Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, prezident seçilmiş şəxs prezident seçkilərinin yekunları haqqında məlumat Konstitusiya Məhkəməsi tərəfindən rəsmən elan olunduğu gündən başlayaraq üç gün ərzində and içir. Geri dön |