Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Ötən ay 166 nəfər qidadan zəhərlənib
Ötən ay 166 nəfər qidadan zəhərlənib |
Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2013-cü ilin sentyabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 86 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə ötən ay 19 obyektin istismarının müvəqqəti dayandırılması barədə qərar qəbul edilib, 23 nəfər işdən müvəqqəti kənarlaşdırılıb. Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 974, mikrobioloji göstəricilərinə görə 1060, toksikoloji göstəricilərinə görə 331, radioloji göstəricilərinə görə 36 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 9-də orqanoleptik və fiziki-kimyəvi, 10-da mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub. Şadlıq evlərindən 2692 yaxma nümunəsi, 26 soyuq qəlyanaltı nümunəsi götürülüb, 53 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib. Sentyabr ayı ərzində əhali arasında 116 qida zəhərlənməsi hadisəsi baş verib, 166 nəfər zərərçəkən olub. O cümlədən 2 botulizm hadisəsi baş verib, 3 nəfər zərərçəkən olub, 1 ölüm hadisəsi baş verib. Geri dön |