Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > İrandan Azərbaycana öldürücü ərzaqlar daşınır
İrandan Azərbaycana öldürücü ərzaqlar daşınır |
“İrandan Azərbaycana gətirilən kənd təsərrüfatı məhsulları öldürücü dozada təhlükəlidir”
Bu sözləri Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib. O bildirib ki, İrandan Azərbaycana genetik modifukasiya olunmuş (GMO), yəni geni dəyişdirilmiş məhsullar gətirilir. “İrandan gətirilən çuğundur, badımcan, soğan, pomidor, habelə quru və təzə meyvələr də sağlamlıq üçün təhlükəli məhsullar siyahısındadır. Çünki bu məhsulların tərkibində yüksək dozada qatqılar olur. Ümumiyyətlə, İranda GMO malları çox hazırlanır, əksər məhsulların tərkibinə soya vurulur” - deyə AİB sədri bildirib. E.Hüseynov İrandan gətirilən ərzaq məhsullarının üzərində Azərbaycan dilində məlumat verilmədiyini də vurğuladı: “Məhsulların üzərində yalnız fars dilində məlumatlar verilir. Halbuki Azərbaycan qanunlarına görə, milli dildə markalanmayan məhsulların satışı qadağandır. Alıcılar məhsulun tərkibi, orqanizm üçün təhlükəli olub-olmadığı, hətta saxlama şəraiti ilə bağlı məlumat əldə edə bilmirlər”. AİB sədri Azərbaycanda GMO tərkibli məhsulların satışına nəzarətin zəif olmasından narahatdır: “GMO məhsullarına nəzarəti tənzimləyən qanun var. Lakin əhali hər gün GMO məhsullarından istifadə edir, üstəlik bu məhsulların orqanizm üçün təhlükəli olduğundan xəbərsizdir”. Xatırladaq ki, GMO məhsullar yetişdirilərkən müxtəlif heyvanların, orqanizmlərin genlərindən istifadə edilir. Yəni məhsula ona yad olan orqanizmlərdən genlər köçürülür. Hazırda 100-dən çox kənd təsəsrüfatı bitkilərinin genetik modifikasiya olunmuş analoqlar yaradılıb. Belə ərzaq məhsulları isə sonsuzlu Geri dön |