Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Maliyyə naziri Samir Şərifov: «SSRİ-dən qalan bank əmanətlərinin qaytarılması üçün 2012-ci ildə vəsait ayırmaq imkanları var»
Maliyyə naziri Samir Şərifov: «SSRİ-dən qalan bank əmanətlərinin qaytarılması üçün 2012-ci ildə vəsait ayırmaq imkanları var» |
Azərbaycanda SSRİ dövründən qalmış bank əmanətlərinin qaytarılması ilə bağlı Milli Məclisdə müzakirələr gedir.
Bunu maliyyə naziri Samir Şərifov bəyan edib. «Biz digər dövlətlərə köçmüş əmanətçilərin məsələsinə baxmalı, buna çarə tapmalıyıq. Digər tərəfdən, indeksləşmə və əmanətlərin qaytarılması müddətini müəyyənləşdirməliyik. Elə etməliyik ki, beynəlxalq məhkəmələrin sanksiyaları ilə üzləşməyək. Azərbaycandakı vəziyyəti digər MDB ölkələri ilə müqayisə etmək olmaz. Həm də o ölkələrdə qərarlar hələ icradadır, ya da ləng icra olunur. Milli Məclisdə əmanətlərlə bağlı qiymətli kağızların verilməsi də təklif olunub, lakin bunun da qüsurları var», - deyə maliyyə naziri bildirib. S.Şərifovun sözlərinə görə, yaxın vaxtlarda hökumət hazırladığı layihəni təqdim edəcək və müvafiq qanun qəbul edilsə, artıq 2012-ci ildə bunun üçün vəsaitin ayrılması mümkündür. Xatırladaq ki, SSRİ dövründən qalmış bank əmanətlərinin qaytarılması üçün tələb olunan vəsaitlərin həcmi 700-800 mln. manat səviyyəsində qiymətləndirilir. Geri dön |