Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Müsahibə > Güneyli vəkil İranda məhkəmələrin ədalətsiz qərarından danışıb– Müsahibə
Güneyli vəkil İranda məhkəmələrin ədalətsiz qərarından danışıb– Müsahibə |
Musa Bərzin Xəlifəlinin sözlərinə görə, mötədil siyasətçi kimi tanınan Həsən Ruhaninin prezident olaraq vəzifəyə başlamasından sonra İranda 400-dən artıq edam hökmü çıxarılıb və 100-dən artıq edam hökmü icra olunub. Güneyli vəkil “Amerikanın Səsi”nə müsahibədə son aylarda İranın Azərbaycan şəhərlərində edamların artması, İranda qaçaqmalçılıq ittihamı ilə edam edilən yoxsul, habelə etnik və dini azlıqların nümayəndələrinin məhkəmə prosesində üzləşdikləri haqsızlıq və ədalətsizlikləri şərh edib.
İnsan haqları qruplarının açıqladığı statistikaya görə, İran Çindən sonra edam hökmünün ən çox icra edildiyi ölkədir. Son bir neçə ay ərzində Ərdəbil, Urmiyə və Təbriz şəhərlərinin zindanlarında narkotik qaçaqmalçılığı ilə ittiham edilən onlarla adam asılaraq edam edilib. Güneyli vəkil Musa Bərzin Xəlifəlinin sözlərinə görə, bəzən başqa səbəblər üzündən həbs edilib və narkotik qaçaqçılığı ilə əlaqəsi olmayan müttəhimlərə də həmin ittiham adı altında ölüm cəzası çıxarılır. “Mən deyərdim ki, İranda narkotik qaçaqçılığı ittihamı ilə edam ya ömürlük həbs cəzası ilə üzləşənlərin 95 faizi kənar məhəllələrdə yaşayan yoxsullar və azlıq cəmiyyətlərin fərdləridir,” deyə Musa Bərzin İranda narkotik qaçaqçılığı ittihamı ilə edam edilənlərin çoxunun yoxsullar və dini/etnik azlıqlardan ibarət olduğuna dair beynəlxaq təşkilatların yaydığı məlumatı təsdiq edir. Amnesty International ölüm cəzası ilə üzləşənlərin əksəriyyətinin ədalətsiz məhkəmələrdə mühakimə edildiyini bildirir. Güneyli vəkil mühakimə prosesində baş verən ədalətsizliklərin bəzi nümunələrini Amerikanın Səsi ilə paylaşıb: “İnqilab Məhkəmələrinin narkotik qaçaqmalçılığı ilə bağlı çıxardığı hökmlər qətidir və müttəhimlərə etiraz haqqı verilmir. Muhakimənin gözdən keçirilməsi sadəcə prokuror ya Ali Məhkəmənin iradəsi ilə mümkün ola bilər,” deyə bildirən Musa Bərzin bu qaydınan ədalət və insan haqları dəyərlərinə qarşı olduğunu irəli sürür. Cənab Bərzinin dediklərinə görə, İranda narkotik ittihamlarına sadəcə İnqilab Məhkəmələrində baxılması ədalətsizliyin baş verdiyi digər məqamlardan biridir: “İnqilab Məhkəmələrində hökm sadəcə bir hakim tərəfindən verilir. Bir insanın həyatı ilə bağlı qərarın sadəcə bir şəxs tərəfindən verilməsi böyük ədalətsizlikdir.” “İnqilab Məhkəmələri tərəfindən çıxarılan edam hökmləri adətən müttəhimlərdən alınmış etiraflar əsasında yazılır. Bu etiraflar isə umumiyyətlə ənənəvi yollardan yəni işgəncə vasitəsi ilə əldə edilir,” deyə vəkil Bərzin müttəhimlərdən etiraf almaq mərhələsində ciddi qanunsuzluq yaşanıldığını vurğulayır. Vəkil rüşvət məsələsinin də bu proseslərdə önəmli rol oynadığını istisna etmir: “Mən özüm böyük narkotik qaçaqçılarının nüfuzlarından istifadə edib ya rüşvət verərək sərbəst buraxıldıqlarına şahid olmuşam. Belə duurmlarda suç cəmiyyətin zəif və yoxsul təbəqəsindən olan şəxslərin üzərinə düşür.” Musa Bərzinin farsca bilməmək və ya yaxşı anlamamağın qeyri-fars müttəhimlərə qarşı çıxarılan hökm üzərində təsirli olduğunu təsdiq edir: “Məhkəmə layihələri fars dilində yazılır və müttəhimlərə də bu dildə oxunur. İran qanunlarında rəsmi dil, farscanı bilməyənlərə tərcüməçi verilməsi nəzərdə tutulub, ancaq mən vəkil kimi işlədiyim illərdə əməldə kimsəyə tərcüməçi gətirildiyini görməmişəm. Ayrıca, təhqiqat mərhələsində vəkilin də proseslərə daxil olmasına imkan verilmir və məhbusun vəkillə görüşməsi yasaqdır.” Beynəlxalq insan haqları qruplarının məlumatına istinadən, edam hökmü ilə üzləşən bir çox məhbusun məhkəmə proseslərində vəkil tutmaq üçün maddi imkanı omur və onlar məhkəmənin təyin etdiyi ictimai vəkil tərəfindən müdafiə edilir. “İranda yoxsul məhbuslara təyin edilən vəkillərə dövlət çox aşağı məbləğ ödəyir və bu kiçik məbləği belə almaq çətindir və uzun bir prosedurdan keçmək lazim olur. Buna görə də bu vəkillərin müttəhimi müdafiə məsələsinə könül verməsi onların insaflarına qalır,” deyə Musa Bərzin əlavə edir. Audionu qaynağımız olan aşağıdakı LİNKdən dinləyə bilərsiniz: Buraya tııklayın, dinləyin! Geri dön |