Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Azərbaycan Dövlət Neft Fondunun aktivləri 35,8 mln. dolları ötüb
Azərbaycan Dövlət Neft Fondunun aktivləri 35,8 mln. dolları ötüb |
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2013-cü ilin yanvar-sentyabr ayları ərzində büdcə gəlirləri 10 086,0 mln. manat, büdcə xərcləri isə 8 746,7 mln. manat təşkil edib.
Bu barədə Fondun rəsmi məlumatında deyilir. Yanvar-sentyabr ayları ərzində Fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 9 774,8 mln. manat, o cümlədən mənfəət nefti və qazın satışından 9 766,8 mln. manat, akrhesabı ödənişlər 1,7 mln. manat, tranzit gəlirləri 6,0 mln. manat, bonus ödənişləri 0,3 mln. manat, xarici sərmayədarlar tərəfindən təhvil verilmiş aktivlərdən 0,06 mln. manat təşkil edib. Ötən 9 ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 311,2 mln. manata bərabər olub. Hesabat dövrü ərzində Fondun 8 339,9 mln. manat vəsaiti dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 249,3 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 106,4 mln. manat, «Bakı-Tbilisi-Qars yeni dəmir yolu Layihəsi»nin maliyyələşdirilməsinə 10,9 mln. manat, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının (2007-2015-ci illər) maliyyələşdirilməsinə 12,4 mln. manat yönəldilib. Bu ilin 9 ayı ərzində ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 27,8 mln. manat təşkil edib. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərci 38,7 mln. manat təşkil edib. Nəticədə, 2013-cü il oktyabrın 1-ə Fondun aktivləri ilin əvvəlinə nisbətən 4,9% artaraq 35 809,2 mln. ABŞ dollarına çatıb. Qeyd edək ki, 2012-ci ildən etibarən Neft Fondu qızılın alınmasına başlayıb və bu ilin oktyabrın 1-nə ARDNF tərəfindən alınmış qızılın miqdarı 26 442,5 kq (850 146 troya unsiyası) təşkil edib. Geri dön |