Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda Beynəlxalq BMT Təhlükəsizlik Şurası Model Konfransı öz işini davam etdirir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Bakıda Beynəlxalq BMT Təhlükəsizlik Şurası Model Konfransı öz işini davam etdirir

Bakıda Beynəlxalq BMT Təhlükəsizlik Şurası Model Konfransı öz işini davam etdirir


Bakıda təşkil edilən Beynəlxalq BMT Təhlükəsizlik Şurası Model Konfransı öz işini davam etdirir.
İkigünlük konfrans öncəsi təlim seminarından sonra iştirakçılar bu gün Azərbaycan Diplomatik Akademiyasında (ADA) Təhlükəsizlik Şurasının simulyasiyasını həyata keçirmək üçün rol oyununa start veriblər.
Tədbirdə ADA-nın icraçı prorektoru Fariz İsmayılzadə model konfransın Azərbaycan üçün əhəmiyyətindən bəhs edərək iştirakçılara uğurlar arzu edib.
İki gün davam edəcək simulyasiya oyununda tədbir iştirakçıları kibertəhlükəsizlik mövzusu ətrafında debatlara qoşulacaq, yaranmış böhran üzrə qətnamələr qəbul edəcək və problemin həlli yolları üçün ümumi çərçivəni müəyyənləşdirməyə səy göstərəcəklər.
Model Konfransın obyekti kibertəhlükəsizliyin pozulması səbəbindən böhranla üzləşmiş Afrikada yerləşən "Tobanqo" ölkəsidir. Razılaşdırılmış sülh planının bəzi müddəalarının ictimaiyyətə sızması ilə ölkədə gedən vətəndaş müharibəsi daha da qızışıb və Təhlükəsizlik Şuranın üzv ölkələrindən həmin böhranın həlli yollarının tapılması tələb olunur. Bu model şura real BMT Təhlükəsizlik Şurası kimi günün istənilən saatında toplaşa, müzakirələr keçirə və müvafiq qərarlar verə bilərlər.
Təhlükəsizlik Şurasının prezidentlik vəzifəsi beynəlxalq ekspert xanım Hannah Musaya həvalə edilib. Müzakirələrin nəticəsində məsələ ilə bağlı yekun qətnamə veriləcəyi və onun səsə qoyulacağı gözlənilir. Rəsmi bağlanış mərasimində konfrans iştirakçıları beynəlxalq dərəcəli sertifikatlarla təltif ediləcəklər. Bundan sonra BMT Təhlükəsizlik Şurasını təmsil edən ölkələrin mədəniyyət gecəsi keçiriləcək.

Geri dön