Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fars şovinizmi formalaşmış siyasətini dəyişmək fikrində deyil- Müsahibə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > Fars şovinizmi formalaşmış siyasətini dəyişmək fikrində deyil- Müsahibə

Fars şovinizmi formalaşmış siyasətini dəyişmək fikrində deyil- Müsahibə


Növbəti müsahibimiz Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, politoloq İlham İsmayıldır.

-İlham müəllim, İran rejimində siyasi islahatlatın aparılması gözlənilirmi? Xüsusilə, Ruhani Amerika ilə münasibətləri yerinə qoya biləcəkmi?
-Həsən Ruhani ilk gündən bəyan etdiyi islahatları həm xarici, həm də daxili siyasətdə başlayıb və nəzərə alsaq ki, daxildə bu islahatların əleyhinə olan kifayət qədər güclər mövcuddur, yeni siyasi kurs ləng də olsa davam edir və bəhrəsini verməkdədi. Xarici siyasətdə daha çox uğur var. Ruhaninin ABŞ (Amerika Birləşmiş Ştatları) -a səfəri, Barak Obama ilə sentyabrdakı (september) telefon danışığı,1979 -dan bəri İranın ABŞ-la ilk yaxın münasibəti hesab oluna bilər. Atom proqramıyla bağlı Avropa İttifaqına, MAQATE-yə (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) təqdim etdikləri nizamlama proqramı qarşı tərəfin ilk dəfə olaraq marağına səbəb olmuş və müsbət dəyərləndirilmişdir. Bu istiqamətdə Cenevrədə bu ilin 7-8 noyabrında yüksək səviyyəli danışıqlar davam etdiriləcək. Daxili siyasətdə Ruhani daha çox müqavimətlə üzləşir. Hökümət kabinetini formalaşdırmaq üçün parlamentdə ona xüsusi çətinliklər törədilir. Nəcəfini təhsil naziri kimi irəli sürsə də parlamentdə onun namizədliyi keçmədi, məcbur olub onu vitse-prezident təyin etdi.
-Xüsusilə,Həsən Ruhani soydaşlarımızla bağlı verdiyi vədlər yerinə yetirələcəkmi?
-Konkret olaraq soydaşlarımızla bağlı verdiyi vədlər hələ bir müddət vəd olaraq qalacaq, müəyyən yumşalmalar olmağına baxmayaraq, çünki İran siyasətinin hal-hazırda proritetləri xarici siyasətdə dəyişiklik edib, ağır sanksiyaları aradan qaldırmaqdı.
Güney məsələsində fars şovinizmin əsrlərlə formalaşmış siyasətini dəyişmək istəyi yoxdu. Bu istiqamətdə kənar təzyiqi başqa siyasi kursla aradan qaldırmaqa çalışacaqlar. Güneylilər bu islahatlardan yalnız öz israrlı tələb və müqavimətləriylə bəzi müsbət sonuclara vara bilərlər.
-Suriya prosesləri İrana nələr vəd edir?
- Suriya məsələsində də ABŞ İranla məsələləri müzakirə etməyə hazır olduğunu bəyan edib. Ruhani öz mövqelərini möhkəmlədənədək istər Suriya məsələsində, istər daxildə radikal dəyişikliklər etməyəcək. Xameneyi faktorunu yaddan çıxarmaq olmaz. Dəyişikliklər hələ ləng gedəcək və bu da anlaşılandı.
Elnur Eltürk

Geri dön