Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan, Türkün şanlı tarixi > Osmanlı sultanları haqqında 14 maraqlı fakt
Osmanlı sultanları haqqında 14 maraqlı fakt |
Osmanlının 36 sultanı olub. Bəzi sultanlar iki dəfə taxta çıxdığı üçün 39 dəfə hakimiyyət dəyişikliyi olub. II Murat, II Mehmet və I Mustafa iki dəfə taxta çıxıb.
- Osmanlı sultanlarının 8-i xəlifə ünvanına sahib olmayıb. Ondan sonrakı 28 sultan, həm padişah, həm də xəlifə ünvanını daşıyıb. - Şair sultanların şeirlərində və divanlarında istifadə etdiyi ləqəblər bunlardır: II Murat - Murad, Fateh Sultan Mehmet - Avni, II Bəyazid - Adni, I Səlim - Səlimi, I Süleyman - Muhbibi, II Səlim - Səlimi, III Murat - Murad, III Mehmet - Ədliyyə, I Əhməd - Bahtı, II Osman - Faris / Farisi, IV Murat - Muradi, II Mustafa - İqbal, III Əhməd - Nəcib, I Mahmud - Sebkati, III Mustafa - Cahangir, III Səlim - İlhami, II Mahmud - Ədliyyə. - Sultanlar arasında ən çox Orxan Qazi yaşayıb - 78 il. Ən gənc ölən isə, 18 yaşında şəhid edilmiş II Osmandır (Gənc Osman). - Taxta çıxarkən ən yaşlı padişah 65 yaşlı V Mehmet, ən gənci ilə 7 yaşlı IV Mehmetdir. - Ən çox taxtda qalan padişah Qanuni Sultan Süleymandır - 45 il 11 ay 7 gün. Ən qısa hökmdarlıq eləyən sultan isə V Murad - 93 gün. - Osman Qazidən Qanuniyə qədər ilk 10 padişah döyüşlərdə ordunun başında olub. Bu hərb ənənəsini ilk pozan II Səlim (Sarı Səlim) olub. Ondan sonra ancaq II Mehmet, II Osman, IV Murat, IV Mehmet, II Mustafa döyüşlərdə iştirak edib. Sultanlardan bəziləri ordu ilə döyüşə getsələr də döyüşlərdə iştirak etməyib. Həqiqətən döyüşən 15 Osmanlı sultanı var. Geri qalan iyirmi biri döyüşlərdə olmayıb. - Bəzi padişahlar döyüşdə iştirak etmədikləri halda "Qazi" statusu alıb: I Mahmud, III Mustafa, I Əbdülhəmid, III Səlim, II Mahmud, II Əbdülhəmid, V Mehmet. - Səkkiz padişah öz əcəliylə ölməyib: I Murat döyüşdə şəhid olub; II Fatehlə Bəyazid zəhərlənib; Gənc Osmanla, III Səlim öldürülüb; I İbrahim ilə IV Mustafa devdirlikdən sonra edam edilib; Əbdüləziz ya öldürülüb, ya da özünü öldürüb. - Yeddi padişahın ölümü bir müddət gizli tutulub. Bunlardan I Məhəmmədin 41 gün, II Muradın 15 gün, Fatehin I gün, Yavuzun 9 gün, Qanuninin 48 gün, II Səlimin 7 gün, III Muradın 11 gün ölümü gizlədilib. - Padişahlar içində ən çox III Muradın uşağı olub. Onun uşaqlarının ümumi sayının 100-130-a çatdığı bildirilir. - Fateh dövründən etibarən şahzadə edamı ənənəsi I Ahmet dövründə qaldırılıb. Ondan əvvəl yalnız Qanuni ilə II Səlim taxta çıxarkən qardaş qanı tökməyiblər. Çünki, onların öldürəcək qardaşı yox idi. - I Əhmədin həyatında 14 rəqəminin birləşdiyi nöqtələr var. Hicri təqvim hesabı ilə 14 yaşında 14-cü padişah olaraq taxta çıxıb. 14 il taxtda qaldıqdan sonra 32 yaşında dünyasını dəyişib. - I İbrahim tarixə "Dəli İbrahim" adıyla düşüb. Çünki, bəzək əşyalarına düşkün idi. Saqqalına inci düzdürdüyü də deyilir. "Dəli İbrahim" bəzək əşyalarına olan marağı səbəbindən dövlət xəzinəsini dəlicə xərcləyib. - IV Murat Osmanlı padişahları içində ən zalımı olaraq bilinir. Məhşur tarixçi Hammerin yazdığına görə 7 il ərzində 20 min adam edam elətdirib. - Osmanlı tarixində olmuş 203 vəzirdən 44-ü padişahların əmri ilə öldürülüb. İlk öldürülən vəzir, Fahetin əmri ilə öldürülmüş Çandarlı Xəlil Paşadır. Geri dön |