Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Yeni uşaq mahnılarının seçimi başladı
Yeni uşaq mahnılarının seçimi başladı |
"ELS" Müstəqil Araşdırmalar Mərkəzi layihənin ikinci mərhələsini təqdim etdi
Mədəniyyət Oktyabrın 22-də Bakı Musiqi Akademiyasının səsyazma studiyasında “ELS-Müstəqil Araşdırmalar Mərkəzi”nin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 2013-cü il iyunun 1-dən həyata keçirdiyi “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsi çərçivəsində “Yeni uşaq mahnıları - 2013” Ümumrespublika Müsabiqəsinin prezentasiyası keçirilib. Tədbirdə incəsənət xadimləri, o cümlədən Bakı Musiqi Akademiyasının prorektoru Gülnaz Abdullazadə, bəstəkarlar Oqtay Zülfüqarov, Oqtay Rəcəbov və Mehriban Əhmədova, şairlər Baba Vəziroğlu, Vahid Əziz, professor Minarə Dadaşova, Musiqi Kollecinin direktoru Nazim Kazımov, rejissor, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov, yazıçı Gülzar İbrahimova və layihənin rəhbəri İradə Yaqubovadan ibarət Münsiflər Heyəti müsabiqənin birinci mərhələsinin yekunlarını müzakirə etdi. Tədbir iştirakçılarını Üzeyir bəy Hacıbəyovun ocağında salamlayan Gülnaz Abdullazadə gənc nəslin formalaşması baxımından incəsənətin, o cümlədən uşaq mahnılarının danılmaz rolundan danışdı. Oqtay Zülfüqarov müsabiqəyə təqdim olunan mahnıların obyektiv seçılməsinin vacibliyini vurğulayaraq deyib ki, müsabiqədən keçən əsərlər vətənpərvərlik, valideynlərə hörmət, təbiətə məhəbbət, bir sözlə, uşaqların formalaşmasında əhəmiyyət kəsb edən mövzuları, həmçinin müxtəif yaş kateqoriyalarını əhatə etməlidir. Qaliblərin obyektiv şəkildə təyin olunması üçün seçilmiş mahnılar sosial şəbəkələrdə səsverməyə çıxarılacaq. Müsabiqənin qalibləri mükafatlandırılacaq və qalib mahnılar müsabiqənin yekun konsertində səsləndiriləcək. Qeyd edək ki, tədbirdə AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Bəstəkarlar İttifaqı, Yazıçılar Birliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər aidiyyətli rəsmi qurumların təmsilçiləri, KİV nümayəndələri iştirak etmişdir. Geri dön |