Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > MƏN ONU BELƏ TANIDIM
MƏN ONU BELƏ TANIDIM |
Mən söz adamı deyiləm və bu vaxta qədər nə mətbuatda çıxış etmişəm, nə də ədəbiyyatda bir yazım da olmayıb, peşəm də ki, bədii ədəbiyyatdan çox uzaqdır – ancaq bədii ədəbiyyatın həvəskarıyam. Orta məktəbi 1966-cı ildə qurtarmışam. Demək lazımdır ki, sovet vaxtında təhsil çox yüksək dərəcədə idi və orta məktəbi qurtaran şagird indiki filologiya fakültəsini qurtaran tələbədən geri qalmazdı. O dövür kitab oxunan dövr idi, həmçinin yaxşı kitab dükanların rəflərində çox dayanmazdı.
1985-ci ilin payızı yadıma gəlir, mən onda «Günəşli» yatağında dəstə rəisi işləyirdim, geofizik materallarını təhfil vermək üçün «Neft Daşları» ekspedisiyasına gəldim, interpretasiya şöbəsində təzə işçi gördüm, o Şirin xanım idi. Onun atası da, rəhmətlik Ağabala kişi ekspedisiyada qaldırıcı maşında maşinist işləyirdi. O vaxt Şirin xanım nazik bir qız idi, onun qıvrıq saçlırı, qara parıldayan gözləri, uçaq yerişi diqqəti cəlb edirdi. 1986-cı ilin yazında mən ekspedisyanın baş mühəndisi vəzifəsinə təyin olundum. «Neft Daşları»na tez-tez yaradıcı adamlar, məşhur artistlər gəlirdi. Yadımdan heç vaxt çıxmaz «Neft Daşları»na Xəlil Rza Ulutürkün və Mikayıl Mirzənin gəlməyi…«Neft Daşları»nın kino-teatrında oturmağa yer yox idi, adamlar ayaq üstə dayanırdılar. Qeyd etmək lazımdır ki, sovet qurluşu hələ dağılmamışdı, amma Ermənistan artıq Azərbaycana qarşı hərbi əməliyyatları aparırdı. Respublikada vəziyyət gərgin idi, vətənpərvərlik hisslər camaatda coşurdu. Belə mühitdə Mikayıl Mirzənin Ulutürkün şeirlərini deməyi «Neft Daşları işçilərinə böyük təsir etmişdi. Mən bu vaxta qədər Mikayıl Mirzədən emosional artist görməmişəm. Hər şair onda xoşbaxt olur ki, nə vaxt cəmiyyətin onun yazdığına təlabatı var. Xəlil Rza Ulutürk xoşbəxt şair idi. O, öz vətənpərvərlik şeirləriynən fərqlənən yaradıcılığı ilə millətə lazım olduğunu sağ ikən gördü. 1991-ci ildə Şirin xanım Şadimanın «Ürək niyə ağrıyırsan?» adlı birinci kitabı çıxıb. O kiçik həcimli, 56 səhifəlik kitabçada çox mövzulara yer tapılıb – vətənpərvərlik, dünyaya baxış, təbiət, məhəbbət lirikası, amma onun bütün şeirlərindən əsas yaradıcılıq xətti kimi vətən sevgisi keçir. Şirin xanımı tanıyanlar bu birinci kitabı ilk qaranquş təki qəbul etdilər, ondan təzə kitablar, təzə şeirlər, mətbuatda və mediyada tez-tez görünməyi gözləyirdilər, amma təsadüf belə olmadı… Şirin xanım böyük istedad sahibi – vergili şairdi. O istedad hələ ilk dəfə məktəbdə hiss olunub: İlk müəllim, bizə Sabir dayımız, Dərsi bir gün bilməsəydik vayımız, Döyülərdik qalmaz idi hayımız, Dərsdən evə dönməz idik, Tağayım, Necə həlim, dinməz idik, Tağayım. Evə gəldim taxçamıza çıxardım, Tapşırılan dərsliklərə baxardım, Şeir oldu elə bərkdən oxardım, Lap ürəkdən alışardım, Tağayım, Öz səsimlə yarışardım, Tağayım. («Tağayım» poemasından) Şirin xanımın sözüylə, şeir oxunanda, öz səsi ilə yarışanda o qədər uyardı ki, şeir qurtaranda Şirin xanım üçün qurtarmazdı özündən də davamı gəlirdi, onun ilk müəllimi Sabir dayısı buna fikir verib. Bir dəfə saxlayıb onun inprovizasiyasını və Şirin xanımdan soruşub: «Ay qız, sən şeir yazırsan?», yox cavabı eşidəndə deyib: «Bu qız şair olacaq». Balaca qız hələ özü də bilmirdi ki, o onun yaradıcılığıdı, onu yazmaq lazımdır, dediyi misralar, ancaq və ancaq ona məxsusdur. Amma fələk az qalıbdır ki, bu təzə həyata başlayan gəncin bütün arzularını pozsun: On dörd yaşlı canım xəstə düşəndə, Ürəyimi yaralayıb deşəndə, Zalım əcəl yatağımı eşəndə, Əzrayılın üzün gördüm, Tağayım, Başım üstə özün gördüm, Tağayım. («Tağayım» poemasından) «Qarayara»ya məruz qalan gənc qız xəstəliyi çox ağır keçirdirdi. Qızın yanında qalan anası Mənsurə xala danışırdı ki, qırx gün huşu gəlmirdi Şirin xanıma, sayıqlamada qalan qız bu qırx günü, ancaq şeirlə danışırdı. Allah bilir, onun gözünün qabağına nə gəlirdi? Mənsurə xala indiyə kimi heyifsilənirdi ki, onun dediyi şeirləri yazmağa maqnitafon olmayıb. Ola bilsin bu xəstəliyi keçirtməknən Allah ona öz vergisin də bəxş edib. Sağalandan sonra arayış almaqçin, Ağabala kişi Siyəzən rayon xəstəxanasına gələndə ona deyiblər ki, qızının adını dünyasını dəyişdiyiniə görə siyahıdan pozublar. O rus qadın Şirin xanımı görəndə, özünə xaç qoymağa başlayıb, Allahın möcüzələri böyükdür deyib. Şirin xanım – xoşbəxt uşaqlıq vaxtında özü də bilmirdi ki, o istedad sahibidir və istedad Allahdan gələn paydır, hamısına verilmir və əsil istedadın aqibəti çox vaxt acınacaqlı, ağır olur. Yaşa girəndə, həyat təcrübəsi yığandan sonra bu misralar yaranıb: Niyə şair doğdun məni, ay ana? Bu ağrı-acını çəkə bilmirəm. Vallah həyatımdan doymuşam cana, Sinəmdən məlalı tökə bilmirəm. Məni də ilhamsız doğaydın sən də, Dünyaya hamıtək baxa biləydim, Təbimi beşikdə boğaydın sən də, Hamıtək ağ günə çıxa biləydim. «Niyə şair doğdun məni, ay ana» «Çəkənə qəm dünya…» kitabından. Şirin xanım qapalı şairdir, onu çox nadir halda cəmiyyətin içərisində, hansı isə tədbirdə görmək olar. Onun ən xoşbaxt vaxtı ona ilham gələndə, yaradıcılıq anlarında olur: Ah ilham pərisi, bu zülmət gecə, Könlümün evinə gəlmisən necə? Hissim, həyəcanım yenə əlində, İncəlik, lətiflik tuti dilində, Dadlı duyğuların qəlbimi bəzər, Ruhumun bağında mələyə bənzər. Büküb ürəyimi o atəşinə, Dönmüsən bəxtimin sən günəşinə. «Seçmələr-1» səhifə 172 Şirin xanımın zəngin həyat təcrübəsi var – orta məktəb, üzümçülük savxozu, Volodarski adına tikiş fabriki, Bakı Dövlət Universitetində tələbəlik vaxtı, Gilgilçay kəndində kitabxana müdiri, nəhayət ki, «Neft Daşları» Geofizik ekspedisiyası. Onun çox şeirləri xalqın içərisində olmaqdan, xalqının dərdini, arzularını bilməkdən yaranıb. Bununla belə qeyd etmək lazımdır ki, allah ona həmişə təklik şəraiti yaratmayıb. Cavan şairin «Neft Daşları»na gəlməmişdən qabaq da heç vaxt yaradıcılıq hücrəsi yox idi. «Neft Daşları»nın yataqxanasında özünə qapanmaq, həyatda birinci dəfə öz ilhamıyla təkbətək qalmaq onun yaradıcılıq üçün böyük imkan yaratdı. Onun çöx şeirləri dəmir dirəklərin üstündə, iş yerində yaranıb: Dənizdə uğultu, tufan, sərt külək, İşdəyəm, narahat vaqon otağım. Yenə də üzülür dəhşətdən ürək, Donur əllərimdə qələm-varağım. Dəmir dirəklərin üstündə bu an, Boylanıb baxıram coşan dənizə. Allah, rüzigarı qan tutubdu, qan, Durub dalğalarla yenə üz-üzə. Şairin iyirmi iki il ömrü və ən bəhrəli yaradıcılıq illəri: Dəmir dirəklərin üstündə keçdi, Ömrümün cavanlıq, gənclik illəri. Taleyim gah nəş‘ə, gah kədər içdi, Ağartdı əndişə məhzun telləri. «Dənizlə mən» şeiri, «Çəkənə qəm dünya…» Şairin bu iyirmi iki il ərzində «Ürək niyə ağrıyırsan?», «Çəkənə qəm dünya…», «Kiminə acı dünya…», «Ağıla bəhər dünya…» adlı iri həcimli kitabları çap olunub. Bu çıxan kitabların əsas leytmotivi vətəndaşlıq lirikasıdır. 1980-ci illərin axırı və 1994-ci il də daxil olmaqla Azərbaycan tarixində Azərbaycan-erməni müharibəsi ilə qalacaq. Müharibə vaxtı ölkəmizdə bəzi tanınmış şairlər, yazıçılar deyirdi ki, qoy müharibə qurtarsın, olan hadisələr analiz olunsun, sonra müharibə mövzusunu işləyərik. Amma Şirin xanım o illərin ağrı-acılarını, bizim uğurlarımızı, uğursuzluqlarımızı vətənpərvərlik şeirlərinin misralarına gətırıb. Onun yazdığı vətənpərvərlik şeirlərində, poemalarında, dram əsərində Qarabağ müharibəsi tarixinin ağrılı, dəhşətli illəri səhifələnir. Şairin «Ağı-dastan», «Xocalı Soyqırımı», «Burdan bir atlı keçdi», «Ruhların fəğanı», «Qaçqın ana», «Qarabağda hal qalmadı», «Həyatda dost idik, şəhidlikdə də», «Axsıxa elinin didərgin harayı», «Gecədən doğan ölüm» poemaları, «Kahada ölüm hökmü» pyesi insanları fəlakətlərə salan müharibə acılarından bəhs edir. Şirin xanım sayır ki, bu növbəti məğlubiyyətdə, kim özünü Azərbaycan vətəndaşı hesab edirsə, hamısının günahı var, həmçinin özündən də bu günahı götürmür. Çünki Rus İmperiyasının siyəsətini həyata keçirən erməni daşnaklarının qarşısında millət bir yumruq kimi birləşə bilmədi. Ey Vətən yolunda canı verənlər, Müqəddəs torpağa ərlər, ərənlər, Ey qana şahidlər, qanı görənlər, Qanlı köynəyini yurda sərənlər… Siz şəhid, biz isə günahkar olduq, Yurdlar haray çəkdi niyə kar olduq?! Qarabağ sızlayır aman içində, Yanır ellərimiz yaman içində, Oxumuz paslanıb kaman içində, Fırlanır bu dünya zaman içində, Məğlubtək tarixdə qaldı adımız, Boğuldu sinədə ah-fəryadımız. «Kiminə acı dünya…», «Vətən fəryadı». Qədim Roma İmperiyasında Vətənə təhlükə olanda senat diktatoru seçirdi və altı aya bütün səlahiyyəti onun əlinə verirdi, lazım olanda, yarım il bəs etməyəndə diktatorluğun vaxtını yenə də altı aya uzadırdılar. Çox heyıf ki, bizim siyasətçilər Roma İperatorluğunun təcrübəsindən istifadə etmədilər və partiyaların mənafeylərini Vətənin mənafeyindən üstün saydılar. Yerdə qalmamalı bu tökülən qan, Yara qaysaqlanır ötüşdükcə an, Millət bir-birinə can deməli, can! İqtidar, müxalif bir Azərbaycan, Əsir yurd-yuvaya etməsək çarə, Sonra lap dərinə işləyər yarə. «Vətən fəryadı» Şirin xanım sayır ki, o nəsil ki, torpağı əldə saxlaya bilməyib qisasla yaşamalıdır: Bizə ölmək olmaz, ey soydaşlarım, Analar, bacılar, qan qardaşlarım, Quru gözlərimdən axan yaşlarım, Batıb əsirlikdə olanlar yasa, Qisasa çağırır Vətən, qisasa! Uşaqdan böyüyə ağlamaq, yetər, Özgəyə ümidlər bağlamaq, yetər, Bəsdi sinəmizi dağlamaq, yetər, Son qoyun bu yurddan olanlar yasa, Qisasa çağırır Vətən, qisasa! «Çəkənə qəm dünya…», kitabından «Qisasa çağırır» şeiri. Amma Şirin xanım inanır ki, vaxt gələcək və güclənmiş Azərbaycan Ordusu Ali Baş Komandanın – Prezdentin əmriylə hərbi döyüşdə öz bayrağını Xankəndinə sancacaq. Bu da bizim millətə eyhamla baxanlara cavab olacaq: Bizə məğlub deyir hər yoldan ötən, Çox meydan oxuyur hər gəda, yetən, İnsana şirindir canından Vətən, Qartal hünərini bilsin yarasa, Qisasa çağırır Vətən, qisasa! Biz istəyiriksə dünyada, müstəqil ölkələrin sırasında nufuzumuz olsun qələbə mütləq lazımdır. Sülhnən alınmasa da hərb yoluynan biz torpağı geri qaytarmalıyıq, çünki: Ləkəli namusu qanla yuyarlar, Namussuz olanın bağrın oyarlar, Qan alsaq dünyada bizi sayarlar! Qorxağı kim duya, kim qulaq asa? Qisasa çağırır Vətən, qisasa! Şirin xanımın vətən mövzusundan yazanda heç cür «Qan-qadalı məmləkətim» şeirindən yan keçmək olmaz. Çox vaxt mətbuatda bu şeiri «Səndən başlar, gözəl Vətən, Allahıma ibadətim» başlığıyla adlandırırlar. Bu fəlsəfə-tarixi şeir çox yanğılı və təsirlidir. Şirin xanım vətən mövzulu şeirlərində dəfələrlə torpağ uğrunda qurban getməyə hazır olduğuna rast gəlmək olur: Al canımı birdəfəlik, canım sənə fəda olsun, Başın üstə bu sonuncu itgi olsun, qada olsun, Dur əyilən qəddi düzəlt, get savaşa səda olsun, Ayağının altın qazan, övladların gəda olsun, Düşməninə, satqınına bu mərtəbən əda olsun, Xain çıxsam, quşlarının yemi olsun təndə ətim, Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim. 20-ildən çoxdur ki, torpaqlarımız düşmən tapdağı altındadır. Təzə nəsil doğulur, böyüyür o nəsil ki, artıq öz yaxınlarından, doğmalarından, və kitablardan Qarabağ haqqındakı müsibətləri oxumalı və eşitməli olurlar. Biz gözləsək ki, nə vaxt isə rusların və ermənilərin rəhbərləri bizə qarşı ədalətli olacaqlar, bu heç vaxt baş verməyəcək. Ruslara lazımdır ki, bu torpaq onların nəzarəti altında olsun, biz «avropalı» olub dini dəyişdirək, xaçpərəst olaq və Azərbaycanın hər küçəsində, evində rus dili işlənsin. Azərbaycan qabaqki kimi Rus İmperiyasının müstəmləkəsi olsun. Qarabağın açarını rus, erməni cibində yox, oz cibimizdə axtarmalıyıq: Qarabağın qıfılına düşməyirmi heç bir açar? Şəhidimin məzarının goru çatlar, yerim qaçar, Bədənimin əti gedər, vücudumdan dərim qaçar, Eyləmişik özümüzü qul fikirli qəmə düçar, Əri olan bir ölkənin yurdu qalmaz düzdə naçar, Boğulubmu kişi həddim, ərdözümüm, dağcürətim? Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim. Biz vuruşmasaq, qan tökməsək, canımızı qurban verməsək, bu torpaq heç vaxt qaytarılmayacaq: Nədir belə qoruyuruq canımızı tən altında, Kürsülərə aşiq olduq hiss boğuldu mən altında, Ağlımızı ovxalayır iradəmiz çən altında, Sərçələrin sürüləşib, qartalların dən altında… Öz gözümün güzgüsündən sanki mənə ay surətim, Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim. Qarabağın problemi heç vaxt diplomatik yolla prezdentin və prezdent aparatının gördüyü işlərlə həll edilməyəcək, o vaxta qədər ki, ümummilli xalq hərəkatı olmayacaq. Dəfələrlə müsəlman azərbaycanlılara qarşı törədilən soyqırımlar bundan sonra heç vaxt bizim yaddaşımızdan çıxmayacaq: Kitablar az yazdı bu cinayəti, Qocalar yaşatdı bu hekayəti, Yaddaşın gətirib imdadlarına, Onlar pıçıldadı övladlarına. Ağıllar hifz etdi qırğını, ahı, Arxivlər gizlətdi haqqdan günahı. Fəqət unuduldu vaxtın sabahı, Aldada bilməyib şeytan Allahı. «Qanlara boyandı Bakı ah ilə» şerindən. Çox təəssüf ki, şəhid məzarlarıyla dolu Azərbaycanda bu günə qədər Lenin, Fioletov, Kalinin adlı küçələrə rast gəlmək olur. Şirin xanımın sovet dövrdə yazdığı şeirlərində özünəməxsus xüsusiyəti var. O Sovet imperyasını heç vaxt özünün böyuk vətəni saymayıb. Onunçun Vətən həmişə onun Azərbaycanı qalırdı. Şirin xanım aydın bilirdi ki, milliyətcə o azərbaycanlıdır, dili – türk, dini də –İslam, o türk dünyasının nümayəndəsidi, islam aləmin nümayəndəsidi. Millətin yaddaşında qalmaqçın mütləq öz millətinin dilində yaratmaq lazımdır, öz millətinin mədəniyyətini inkşaf etdirmək lazımdır. Bu düşüncəsi ilə mən heç vaxt Şirin xanımı milliyətçi də saya bilmərəm, çünki o bütün millətlərin xalq mahnılarını, musiqisini, folklorunu böyük diqqətlə mediada izləyir və onnan feyziyab olur. O görürdü və anlayırdı ki, bir ölkədə o qədər milliyətləri, bir-birindən dil fərqli, din fərqli, mentalitet ayrılıqlarını birləşdirmək imperiya siyasətindən əmələ gəlir. Bizim torpağımızın işğal altında olması «böyük qardaşın» imperiya siyasətindən irəli gəlir. Rusiyanın sabiq prezidentı Medvedev demişdi ki, «Azadlıq azadlıqsızlıqdan yaxşıdır». Deyəsən, bu sözləri qonşular, ancaq özlərinə aid sayırlar. ¬ Yuxarada misal gətirdiyim xüsusiyətlərə görə Şirin xanımı Sovet vaxtda çap eləmirdilər, hələ indi də onun yaradıcılığına münasibət eyni mənalı deyil. Çünki rus mədəniyyəti üstündə bəslənmiş adamlar, rusu özünə türkdən daha da yaxın sayan adamlar, aydındır ki, Şirin xanımın yaradıcılığına nə münasibət göstərər? Bir də çətindir ki, rus düşüncəli müəllimlər azərbaycanları Vətəni sevməyi öyrətsin. Ümumiyyətlə, Şirin xanım Şadimanın iri həcmli kitablarının mövzusunu müəyyən şərtlə İlahi, Dünya, Vətən, Özümü axtarıram, İlham, Məhəbbət, Təbiət, Xatırlamalar başlıqları ilə hissələrə bölmək olar. Onnan başqa, onun yaradıcılığında nəzmdə yazılan dramları, poemaları, rəvayətləri, bayatıları, dördlükləri, rübailəri və ancaq Şadimana aid yanğıları xüsusiylə qeyd eləmək lazımdır. Onun məqalələrinin dilini də nəzər-diqqətə çatdırmaq yerinə düşər. Şadimanın nəsirdə yazılan məqalələrini də oxucu nəsirli-şeir kimi mənimsəyir, o qədər mətin axıcılığı var ki, onun publisist yazılarında… Şadiman xanım nəsiri də qafiyəynən yazır, o da, deyəsən məqalələrin şirinliyini artıran bir amildir. Şairə hər şeir növündə yazır. Onun hecada yazdıqları şeirlər dörd hecalıdan başlamış on altı hecalıya qədərdir. Hecadan başqa onun çox şeirləri sərbəstdə və əruzda yazılıb. Butün bu amillər onun yaradıcılığını rəngbərəng və zəngin edir. Mən bir qədər də müəllifin dünya şeirləri haqqında fikir söyləmək istəyirəm. Hələ şairənin «Ürək niyə ağrıyırsan?» adlı ilk toplusundan «Damğalayırlar» şeiri cahanda baş verən haqsız lıqlardan bəhs edirdi. Onun «Çəkənə qəm dünya, çəkməyənə dəm dünya» kitabından – Dünya sevincdən doldu ya kədərdən gözlərin? Verilir haqqa cəza, Dünya mənə tanış gəlir–«Siyasətdi, siyasət, Dünya susdu, Yalan dünya», «Kiminə acı dünya, kiminin tacı dünya» kitabından, «Daha bu dünyaya səbrim çatmayır, Dünya şeytan içində, Erməni fitvasını dünyaya faş eyləmisən, Hər kəs öz gözüylə baxır dünyaya» - «Ağıla bəhər dünya, ürəyə qəhər dünya» kitabından, «Qara fikirlər olmasa, Ey mağaralar insanı, Dünyanın qəminə qəm kimi baxdım» – «Ay adamlar, mən burdayam» adlı kitabından nümu-nələrdir. Yuxarda sadaladığım kitablardan misal gətirdiyim bu şeirlərin adlarını çəkməmək qeyri mümkündür, çünki onlar, şairin dünyavi fəlsəfəsini tə‘yin edir, hansı ki, hələ Zərdüşt peyğəmbərdən gələn xeyir-şər davası, ədalət-haqsızlıq mübarizəsi, şeytannan-Allah mübarizəsi daim dünyada öz təsdiqini tapır. Şər, haqsızlıq, kasıbçılıq bu dünyada həmişə var idi və olacaq, ancaq hər adamdan aslıdır ki, o hansı göznən mövcud vəziyyətə baxır: Zülm ərşə bülənddi, Həyat feildi, fənddi, Əzrayıl himə bənddi, Ay çəkənə qəm dünya, Çəkməyənə dəm dünya. Kiminin yurdu savaş, Kiminin gözündə yaş, Kiminin ürəyi daş, Ay çəkənə qəm dünya, Çəkməyənə dəm dünyə. Birinin başda tacı, Acın puldur amacı, Yox sabaha əlacı, Ay çəkənə qəm dünya, Çəkməyənə dəm dünya, İnsan Yaranandan sonra çox şey insanın əliylə bu dünyanın başına gəlib. Xatirələr səlnamələrdə qalmayıbsa da daşda, sümüklərdə, qədim heykəllərin qalığlarında keçmiş dövrlərin izlərini qoyub və o izlərnən bərpa olunmuş tarix göstərir ki, insanın yaşayışı heç vaxt sakit, sülh vəziyyətdə keçməyib. İnsanın tarixi söküb-tikmək, dağıdıb-yaratmaqdır deyəsən: Baxışından min əsrin dərdi-səri tökülür, Gündüzün əliylə min bir zülmət sökülür, Gözlərinə gecənlə, sanki sürmə çəkilir, O göz yaşın deyilmi çayların, dənizlərin? Dünya, sevincdən doldu, ya kədərdən gözlərin? Və yaxud: Başında min bir qovğa əsirlər yola saldın, Hər günü ötürəndə bir mərhələ qocaldın, Namərd əlində enib, mərd əlində ucaldın, Sinəndə köçün sürdü çirkinin, təmizlərin, Dünya, sevincdən doldu, ya kədərdən gözlərin? Bu suala «Dünya sevincdən doldu, ya kədərdən gözlərin?» adlı şeirinən şairə cavab verir. Dünyanın qəminə qəm kimi baxdım, Dünyanın sevinci güldürdü məni, Bütün ağrıları qəlbə buraxdım, Bu ağrı acılar öldürdü məni. Şirin xanımın şeirlərində qəm, kədər çox olduğuna görə dəfələrnən tənqidə məruz qalıb. Burda da şairin yaradıcılığı qəmin filosofu sayılan Şopenqauernən səs-səsə verir. O yazırdı ki, bütün insanların gündəlik həyatı qəmdən, kədərdən ibarətdir. İnsan yaşayır, gəlir ölüm astanasına çatır, ondan soruşanda ki, «həyatının ən parlaq anını de» çox adamlar heç onu yadına sala bilmir. Bu parlaq an üçün böyük alimlər həyatı elmə qurban verir, bu parlaq an üçün əsli yaradıcılar yaşayır və yaradır. «Dünya susdu» şeirində Şirin xanım yazır: Qətrə-qətrə qan töküldü, çox talandı məkanımız, İnsanlığa yaxşı bələd ali ədəb, ərkanımız, Haqqımızı anlatmağa az tapıldı imkanımız, Heç olmadı özümüzə, içimizə təkanımız, Hər zülümə, müsibətə, həqarətə dünya susdu, Ağzımıza daş basıldı, ədalətə dünya susdu. Hey çəkildi gözümüzə zaman-zaman yağı mili, Hey kəsildi cəlladların əllərində haqqın dili, Nə bir qansız, nə qovğasız olmadı ki, vətən ili, Ocaqları kor qoydular, quru yurdda qaldı külü, Fitvalarda biz əzildik, biz üzüldük, dünya susdu Kətan təki hey nazildik, hey süzüldük, dünya susdu. Şəhidimiz məzar-məzar çoxaldıqca, adiləşdik, Torpağımız hissə-hissə alındıqca, vadiləşdik, Beynəlmiləl deyildikcə üzümüzə, sadələşdik, Yurdumuzdan pay verməkçin xainlərlə, vədələşdik… Qan töküldü, bel büküldü, yurd söküldü, dünya susdu. Atamızın qəbirinə xaç çəkildi, dünya susdu, Mən ona görə bu şeirdən belə çox parça götürdüm ki, çünki bili-rəm Şirin xanımdan yaxşı deməyi bacarmaram. Mənim yeganə arzum budur ki, kimin indi yaşı 40-70 il arasıdır, tutduğu vəzifəyə baxmayaraq, növbəti hərbdə onları ön cəbhəyə çağırsınlar, çünki torpağı əldən verməkdə bu nəsilin böyük günahı var. Bir də dünyadan ədalətlik gözləmək boş şeydir, dünya güclünü sevir. Budur, qansız, qadasız Yaşamaq üçün haqqına gedən yol, Haqlı olmaq istəyirsən – Güclü ol, Güclü ol! Şirin xanımın İlahi şeirləri haqqında söz deməmək günah olardı. Onun bütün kitabları Allaha müraciətnən açılır, onnan sonra dünyavi şeirlər təbii ki, davamçı kimi gedir. Allahımız yer üzərində öz xalifəsini yaradanda (Quran-2/30) yəqin ki, Şirin xanım kimi sözü düz, niyyəti düz, əməli açıq, əxlaqı təmiz adamı nəzərdə tuturdu. Amma insan şeytannan mübarizəyə dözmədi və onu düz yola dəvət üçün cənnətnən bərabər cəhənnəm də lazım oldu. Bütün dünyanın tarixi göstərir ki, yer kürəsində insanların günahları çoxalır ki, azalmır. Həbsxanalar dustaqlarnan doludur və azadlıqda da hələ nə qədər adam qalır, kimin ki, əsil yeri zindandı! Günahların sayının göstəricisi ölkələrdə olan vəkillərdir. Bütün ölkələrdə ən populyar peşə – vəkildir. Buna baxmayaraq, bu dünyada haqq qazanmaq çox çətindir. Varlı, güclü həmişə kasıbdan, zəifdən haqlıdır. Ona görə də yaşadığımız dünya haqsız dünya kimi adlanır, kasıbın, gücsüzün haqq qazanmaq üçün yegənə imkanı axirət məhkəməsinə qalır. Orda rüşvət, orda dayı olmayacaq, Orda kimsə, bir kimsəni vurmayacaq, Orda ciblər haram pulla dolmayacaq, Kimsə kimin arxasında durmayacaq. Orda bəşər öz haqqına çatacaqdı, Fərqi yoxdur hansı dində doğulacaq. Təmiz ruhun təndən ayrı yatacaqdı, Orda hikkə, orda tamah dağılacaq. «Bir tanrı var» Şadimanın ilahi şeirlərini «Böyük Yaradana, Qoru Allahım, Rəbbə, Nə ola yetişəm sənə, Allahım, Niyə şairləri yaratdın, Allah» –«Çəkənə qəm dünya, çəkməyənə dəm dünya» kitabından, «Bir Tanrım var, Yaradanım, Qalib ola bilməz» – «Kiminə acı dünya, kiminin tacı dünya» kitabından, «Quranda şairlər haqqında ayə, Saxla göydə hələ daşı, Allah; Göyu, yeri yaradan, Dualarımda mən səni tutdum» – «Ağıla bəhər dünya, ürəyə qəhər dünya» kitabından , «Səcdə nə gərək hər bütə Allah olan yerdə; İlahi, sən məni oda salmısan, Allah öz sirrini bizə verməyir, Allah bizim yanımızda; Sənə açılıbdı əllər, İlahi» – «Ay adamlar, mən burdayam» kitabından xüsusiylə qeyd eləmək lazımdır. Şirin xanımın ilahi şeirləri içərisində iki dənə dua şeiri var. Biri hələ onun ilk kitabında, Sovet vaxtda çıxmış «Ürək niyə ağrıyırsan» toplusunda – «Əncam et» adlı şeiridir. Bu dua 1990-cı ildə – Qarabağ müharibəsinin gur vaxtında yazılıb: Axıdılan qanlara, Yandırılmış canlara, Köməksiz insanlara, Ay Allah, bir əncam et! O vaxtdan 23 il keçib, amma vəziyyət dəyişmir, o zamannan müqayisədə artıq vəziyyət getdikcə pisləşir. İndiki vaxta qədər bizim 20% torpağlarımız hələ də işğaldadır və problem necə var idi belə də qalır. Qan ağlayan ellərə, Ağı deyən dillərə, Bu bəlalı illərə, Ay Allah, bir əncam et! Ümumiyyətlə, demək lazımdır ki, ilahi, vətən, dünya janrlarda şeir yazmaq şairdən fəlsəfə səmtli ağıl, böyk emosianal enerji və istedad tələb eləyir. Kim ki, bu mövzuda yazmamağa çağırır, deməli yuxarıdaki sadalanan üç cəhətdən, heç olmasa birindən, onun çatmamazlığı var. Bu mövzular ümumbəşər mövzulara aiddi və hər adama onu yazmaq verilməyir. Xüsusiylə qeyd etmək yerinə düşər ki, kitabların ilham adlı bölməsindən «Tək səni istəyirəm, Mavi yuxularım, Yanacağam, Sazım çal» – «Çəkənə qəm dünya, çəkməyənə dəm dünya», «İki damla yaş, Baxa bilmirəm, Dəli ürək, Dolan vaxtı, İlham pərisi, Kimdən öyrəndin, Ürəyimin dolan vaxtı»–«Kiminə acı dünya, Kiminin tacı dünya», «Nə şölələr saçdın yenə? Ürəyimdə diləklərim sellər təki, Dilə gəldi ürəyimdə duyğular, Ağladır könlümü sultan təbim» – «Ağıla bəhər dünya, Ürəyə qəhər dünya» kitablarından seçmələrdir. Mən çapdan çıxmış kitablarda gedən bu bölmələri Şirin xanımın yaradıcılıq labaratoriyası adlandrardım. Çətindir kim isə bu labaratoriyaya girə bilsin. Neft Daşlarında işləyəndə mən bir dəfə belə səhnə gördüm: Qazan elektrik sobada qaynayır, balaca mətbəxtdə tavanın üstündə su damcıları yığılıb və Şirin xanım, əlində qələm nə isə yazır. O yazı «Burdan bir atlı keçdi» poeması olmuşdu. O xörəyin duzu, istiotu necə olub yadıma gəlmir, amma bu poemaya, şair-publisist Əli Rza Xələflinin yazdığı «Axtala əfsanəsi» kitabından belə başa düşmək olar ki, poemanın həm duzu, həm istiotu tam qaydasında olubmuş. İlham bölməsinin şeirlərinin lirikasını məhəbbət şeirləriynən müqayisə etmək olar, yanğı da, atəş də heç vətənpərvərlik şeirlərdən az deyil. İçimdə alışan yanan bir odam, Eşqi ərşə bülənd dəli fəryadam, Məndən od alıbdı Həvva və Adam, Min ildi qovuyla közsüz ocağam, Ölsəm də məzarda hey yanacağam! Köksə İlahidən basılıb atəş, Ki, hərarətimdən od alır Günəş, Yer-göy bu alovdan qəş eləyir, qəş! Dünyanın sazağın mən anacağam, Ölsəm də məzarda hey yanacağam! Şirin xanımın yaradıcılıq enerjisinin reaktoru o qədər güclüdür ki, onun «hərarətindən od alır günəş», həmçinin laqeyd adamların ürəkləri də onun odunnan alışır. Söndürə bilməyir odumu rüzgar, Odur ki, arada qalıbdı ögar, Qovrulur köksümdə ürək, can-cigar, Külümlə alova boyanacağam, Ölsəm də məzarda hey yanacağam! Dad çəkir əlimdən uca fələklər, Yanır atəşimdən odsuz ürəklər, Göydə qanad açır mavi mələklər, Demə ki, ey könül, usanacağam, Ölsəm də məzarda hey yanacağam! Yuxarıda yazmışdım ki, Şirin xanımın bütün yarıdıcılığının qırmızı xətti – vətənpərvərlikdir. O vətəndaşlığı həmçinin sevği şeirlərinə də gətirə bilib. Məhəbbət bölgəsinin diqqətimdə iz qoyan bir şeirindən danışmaq istəyirəm. Bu şeirin adı « Yanıq Kərəm»dir, hamı bilir ki, bu dastan erməni Əsli və müsəlman Kərəmin arasında baş vermiş məhəbbət faciəsindən bəhs edir. Azərbaycanda qədim vaxtlardan xaçpərəstləri ermənilər kimi adlandırırdılar. Dağlıq Qarabağda xaçpərəst erməni kəndləri var idi, belə çıxır ki, torpaq da ermənilərin idi. İndi öz-özümüzə sual verək: Canubi Qafqazda ermənilərdən də çox, yerli xalq gürcülər yaşayır, həmçinin Azərbaycanda da onların kəndləri var və Zaqatala və Qax rayonunda müsəlmanlaşmış gürcülər – inqiloylar da yaşayır, niyə Qarabağ xaçpərəstlərini gürcülər yox ermənilər adlandırırlar? Niyə görə ərmən adını daşıyan xalq bizim türk dilimizə çox meyillidir? Niyə görə bizim xalq mahnıları, onlar, əsil öz xalq mahnılar kimi qəbul edirlər? Bununçın da Türkmən və Ərmən sözlərini müqayisə edək. Bu hər iki sözü türk dilinə aid etmək üçün linqvistika üzrə böyük mütəxəssis olmaq lazım deyil. Türkmən – mən türkəm, Ərmən – mən ərəm mənası daşıyır. Deməli bu iki xalq eyni köklüdürlər – türk mənşəlidirlər. Hamımıza aydınca bəllidir ki, ermənilərin arasında ağbəniz, göygöz və qara, tükli olanlar var. Ağbəniz, göy -göz olanlar – ermənilərdi, türk mənşəlidirlər; qara, tüklü – haylardı, kimi ki, ruslar Suriyadan və Türkiyədən cənubi Qafqazı ələ keçirəndə bizim torpaqlara köçürtmüşdülər. Xİİ-ci əsrdə qıpçaq türklər də (rus ədəbiyyatda Polovtsı) Şimal Qafqaz səhralarından Cənubi Qafqaza köc eləyəndə yerli xalqların arasında əriyiblər. Buna görə də türk mənşəli erməniləri haylardan ayırmaq lazım idi. Haylar Qafqaza gəlmədilər və onların Qafqaza köçürülməsi Rus İmperiya siyasətiynən bağlı idi. İndi Dağlıq Qarabağın erməniləri özləri də hayların əlində, rusların siyasətinin əlində əsir qalıb. Fikirimcə, bədii ədəbiyyatda Şadiman ola bilsin birinci olub ki, kim bu problemə belə nöqteyi-nəzərdən baxıb. «Yanıq Kərəm» – «Əsli, Kərəm» dastanın can fəryadı, Bir millətin iki dində nalə dadı, O xaçpərəst Albanyanın İslam adı, İsa (s) ilə Mühəmmədin (s) Rəbb imdadı!… «Yanıq Kərəm» – Əsrlərin o tayında din savaşı, Bir millətin gözlərindən axan yaşı, İslamını tutan Kərəm dərdə naşı, O xaçpərəst Əsli ilə can sirdaşı. «Yanıq Kərəm» – İki gəncin bir məhəbbət simfonyası, Bir tayfanın iki dində hicran yası, Kərəm deyib, yanan qızın qız həyası, Külə dönən iki gəncə dövran ası. «Bir millətin iki dində nalə dadı», «Bir millətin gözlərindən axan yaşı», «Bir tayfanın iki dində hicran yası» deməklə şair oxucusuna hansı mətləbləri çatdırır? Bizim milli akademiklər vaxtıyla şairənin fikrinə gələ bilsəydilər, məsuliyyəti öz boynuna götürə bilsəydilər, vaxtında lazım olan məqalələrnən kütləvi mətbuatda çıxış etsəydilər milləti başa salsaydilar ki, Yuxarı Qarabağda biz iki dində bir millətik, bunu orta məktəblərdə dərsliklərə salsaydılar biz indi nə Qarabağ problemiynən üz-üzə qalmazdıq, nə də o qədər qurban verməzdik. Bu şeir birinci dəfə 2007-ci ildə «Ağıla bəhər dünya, ürəyə qəhər dünya» kitabında çıxıb, 2008-ci ildə «Kredo» qəzetində və 2008-ci ildə «Seçmələr» kitabında çap olunub, internetdə saytlara qoyulub, heyif ki, bu şeir ədəbiyyatnan bağlı heç bir mütəxəssisin diqqətini cəlb etmədi. Yəqın ki, haylar bizimnən aparılan ideoloji müharibədə belə səhflər buraxmazdılar. Baş vermiş bu faciəvi vəziyyətlə bağlı biz, birinci növbədə, özümüzü təqsirləndirməliyik. Şirin xanımın təbiətnən də bağlı çoxsaylı şeirləri var, onlar o qədər lirikdir ki, adamda bu axıcı bəndləri əzbərləmək istəyi yaranır. Amma mən bu şeirlərin arasında ekoloji şeirləri izhar etmək istəyirəm. Axırıncı 20-30 il dünyada kəskin əhali artmasıynan xarakterizə olunur və onuynan bağlı qida, təmiz hava, içməli su mənbələrinin azalması problemlərini şairə müasir adamın qabağında sual kimi qoyur: «Ya təmizlikdə yaşamaq, ya da çirkdə batmaq?» Şairə buna kənardan müşahidə kimi yanaşmır, özünün fəal bir mövqeyi var, hansı ki, bu onun şeirlərdə təzahür edir. Hələ onun birinci kitabından bu mövzuya aid şeirlərini qeyd eləmək olar. Onun «Yanan övladam, Xəzər, dərdə döz ağlama», «Ey adamlar, mən burdayam» kitabından – «Fəlakət yürüyür məmləkətlərə və Kim kəsibdi bu ağacın başını» yüksək vətəndaşlıq mövqeyi ilə fərqlənir. Şadimanı başqa müasir şairlərdən fərqli cəhətlərindən biri də onun satirik şeirlərdir. İndi satiraya üz tutan az qism şairlərə rast gəlmək olar. Müasir zamanda belə şeir növü dəb deyil, deyəsən o heç vaxt şairlərin arasında populyar olmayıb, çünki belə şeilərlə dost qazanmazsan, amma düşməninin sayı artar. Sayca cəmi – 19 dənədir. Bu satiralar – «Çıxar canı yoxsulun, Satıram, Jorjiklər, Bu yazıq xalqa qalan boş quruca zəhmət olur» – «Seçmələr-1», «Ah yazıq məmləkət, ah yazıq Vətən, Müstəqilik, Əcəb yaxşı məkandı, Şeytan özü puldu, pul, İndi hamı varlıya, pulluya təzim edir, Neftçi mühəndisin yuxusu, Rüşvətə pərəstiş, Haram yeyən başdadı, Məddahı» – «Seçmələr-11», «Ay bu könül yoxsulu, Günah edəni, Ucaldaq islamı, Kişidi bu, Tülkü xislətli adam, Ələbaxan» – «Seçmələr-111» də özünə yer alıb. Bu şeirləri sosial, din və məişət satira növlərinə bölmək olar. Çap olunmuş kitabların Xatırlamalar bölgəsində Məmməd Əmin Rəsulzadəyə həsr olunmuş «İstiqlalın sorağı» (Seçmələr-111), Bəxtiyar Vahabzadəyə əruzda yazılan «Ey böyük şairim» (Seçmələr-11), Dahi Üzeyir Hacıbəylinin unudulmaz xatirəsinə əruzda yazılmış «Üzeyir elimizin dahisidir» (Seçmələr-11), bütün türklərin atası olan «Mustafa Kamal Atatürk» (Seçmələr-111) və həmçinin Şadimanın yarıdıcılığında əməyi olmuş «İlyas Tapdıq», və şəhid olmuş «Azərnəşr»in sabiq direktoru Əjdər Xanbabayevə həsr olunmuş «Ölümdən yüksəkdə duran vətəndaş» şeirlərini xüsusi qeyd etmək yerinə düşərdi. «Ötənlərdən gələn səslər» kitabıynan Şadimanın çap olmuş şeirlərin sayı 3600-i ötdü. Çox təəcüblidir ki, o qədər yazan vətənpərvər şairə öz ölkəsində geniş tanınmır. Həmçinin ədə-biyyat salnaməçiləri də müasir ədəbiyyatdan yazanda heç onun adını da çəkmirlər. Tanış olan salnaməçilər deyirlər ki, «yadımızdan çıxdın», tanış olmayan da, nə deyəsən – deyir tanımıram belə şairi... Bu mənə qədim dünyada olan işgəncəni xatırladır, latınca onun adı «Domnatsio memori» – mənası xatırlama işgəncəsidir. Vaxtıyla bu işgəncəyə İsa peyğəmbər məruz qalıb. Ona görə də, onnan bir tarixi şəxs kimi, qədim kitablarda, o yaşayan illərdə, heçnə tapmaq olmaz. İndiki zamanda yenə də yaxşı ki, amerika alimləri var, interneti kəşf etdilər, internet verməz ki, yaradıcı adamın adını tam yer üzdən silmək mümkün olsun. Mən bu icmal məqalədə çalışmışam Şirin xanımın ümumi yaradıcılıq potensialından oxucularda təsəvvür yaradım. Məqsədə və mərama nə qədər çatdım tək Allah bilər. Məqalənin davamı olaraq Şadimanın təzə kitabından ayrıca danışmaq istəyirəm. Bu kitabın səbəbkarı mən olmuşam. «Kredo» qazetində 2008-ci ildə şairənin ilk şeirlərindən bir neçə dənə çap olunub, onlardan biri də mart 1970-ci ildə yazılmış və «Kiminə acı dünya…» kitabına salınmış «Bayramım gəlir» şeiridir. Bu şeir şairənin, hələlik ki, birinci kağıza köçürülən əsəridir. Bəzi adamlarda şübhə yaranıb ki, on dörd yaşlı qız, özü də ucqar bir kənddən, belə mükəmməl şeir yaza bilərmi? Bunu mən Şirin xanıma təhqir kimi saydım və boş vaxtımız olan kimi ondan xahiş elədim ki, arxivi qaldırsın. Arxiv çoxsaylı olduğuna görə onu hamısını araşdırıb, çap eləyə bilmədik. İndiki çıxan kitabların şeirləri əsasən 1970-1980-cı illərdə yazılıb. Bu kitabın üstündə biz ikimiz iki ildən çox işləmişik, nəticədə «Ötənlərdən gələn səslər» adlı iri həcmli orijinal kitab dünyaya gəlib. Kitabın tərkibində olan şeirlər nə heç yerdə çap olunmayıb, nə də səslənməyib. Vaxtıyla müəllif nə qədər cəhd edibsə, çox təəssüf ki, o illərin şeirlərinin çapına nail ola bilməyib. Demək istəyirəm ki, arxivi tam araşdırıb, çap etməyi bacarmadıq. Qalan şeirlər, allah qoysa, bir kitaba bəs eləsə, ayrı kitab kimi çıxacaq, ya da növbəti çap olunacaq kitabda bölmə kimi – «Ötənlərdən gələn səslər 11» adıyla çap olunacaq. Ümidvaram ki, «Ötənlərdən gələn səslər» adlı kitab çapdan çıxandan sonra daha heç kimdə şeirlərin tarixinin saxtalaşması barədə şübhə yaranmayacaq. Ənənəvi şəkildə kitab bölmələrdən ibarətdir və həmişəki kimi Allaha müraciətnən başlayır. Bu bölmədən iki şeiri qeyd etmək istərdim «Ya Rəbb» və «Tanrı saxlasın». «Ya Rəbb» şeirində şairə yazır: İnsana yararsız həyat nə fayda? Dilsizə acizdi bu qanun-qayda, Vicdan haqq itirib, can haya-hayda, Ya Rəbb bu dünyaya mən niyə gəldim? Yaqın ki, hər adam belə məqama çatır ki, nə vaxt onun qaba-ğında bu suallar durur. Tarixi şəxlər təsəlli tapır ki, onların adı onlardan sonra da onları yaşadacaq. Bəs mütləqi çoxluqu təşkil eləyən adamlar bu dünyada nə iz qoyacaq? Bu fəlsəfi suala şairə öz şeirində «Qabarlı əllər»lə cavab verir: Böyuk şəhərləri, böyuk kəndləri, Dünyaya gətirdin, qabarlı əllər, Sussuz torpaqlarda tikdin bəndləri, Bar-bəhər yetirdin, qabarlı əllər. Ağılla nemətlər süfrəyə doldu, Zəhmətin hamıdan birinci oldu, Fərəhdən gözlərin qürurla doldu, Daşdan gül bitirdin, qabarlı əllər. Qabarlı əllərin yiyələri qürurla deyə bilərlər: «Biz dünyanın dayağıyıq, dünyada nə varsa bizim zəhmətimiznən əmələ gəlib, mən də yaradıcıyam, Allahın payı mənim də ruhumda var» İkinci şeir «Tanrı saxlasın», bu da Şirin xanımın ikinci duasıdı. Məncə mükəmməldi, onu bu kitabdan oxumağı oxucullara tövsiyə edirəm. Dünya bölgəsinə aid şeirlər, əksəriyyəti1980-ci illər-lərə aiddi. Onlardan qeyd eləmək olar: «Şad yaşa insan, Tökün yerə silahları insanlar, Ay əsrin övladları, Dünyam niyə qəmli-sən, Analar sülhə yardır, Qoyun azad uçsun göylərdə quşlar, Bizim dünya adlı vətənimiz var, Uymayaq, Dağıtmayın, amandır, Atomsuz, nüvəsiz dünya olaydı». Sadalanan şeirlərin adından cavan şairənin sülhə qayğısı hiss olunur. İnsan yer kürəsində yeganə şüurlu canlıdır və bizim planetdə qalmağı onun öz məsuliyyətindən aslıdır. Təbiət də, kainat da, yer kürəsi də o vaxt gözəldir ki, nə qədər bu gözəlliyə qıymət qoyanı var. Yer də, göy də, kainat da gözəldir, İnsan varsa, təbiət də gözəldir, Tikir-yıxır, sökür-qurur, düzəldir, Bu bolluğu məhv eləmək, yamandır, Dağıtmayın bu dünyanı, amandır, «Uymayaq» adlı – 27.02.1988-ci ildə yazılan şeirdə Şirin xanım xalqımıza tələ quran haylardan bizi ayıq olmağa səsləyirdi. Hələ o vaxt cavan şairə gəlmə hayları «bizim kökdən» olan ermənilərdən ayırırdı. İrəvandan ağızları dadlaşıb, Millətimiz öz kökünə yadlaşıb, Sayat Nova haylara övladlaşıb… Gülər bizə düşmən yağı, qoymayaq, Qonşuluqda hər fitnəyə uymayaq. Bu şeirnən Vətən bölməsində olan «Qonşu, belə qonşu-luğa ar olsun» şeiri uzlaşır. Şirin xanım, bu şeirdə, qonşuları bir dəfə, o da hay adıynan, səsləndirir. Erməni adı haylara yaddı və onlar onu özğə xalqdan alıblar. Ad axtardın özğəsinin adında, Çox isindin bu torpağın odunda, Tarixini pis saxladın yadında, Qonşu, belə qonşuluğa ar olsun. Musiqimi, mənim deyim, almısan, Özğəsinin tar-kəmanın çalmısan, Adın haydı, yurduma göz salmısan, Qonşu bələ qonşuluğa ar olsun. 06.12.1988 Bu mövzunu bu cür yozmaq, hələ sovet gücü olan vaxtda, an-caq vergili şairə qısmət ola bilərdi. Vətən bölməsindən gənc vaxtında yazılan (1970-ci illərin əvvəli) şeirləri qeyd eləmək la-zımdır, Naxçıvana və Neft Daşlarına həsr olunmuş şeirlər çox maraqlıdır. Şirin xanımı, lap uşaq vaxtlardan, düşündürürdü niyə azəri milləti Sovet Azərbaycanından başqa yerlərdə yaşayır? Niyə dili bir, dini bir olan millət öz razılığı ilə parçalanıb və onun bir qismi yad dili, yad dini, yad ənənəsi, yad tarixi olan Rus İmperiyasına könüllü birləşib? Bu sualları, kənd məktəbində, müəllimlərə verirdi, ancaq onların cavabları, biliyə maraq göstərən uşağı, heç cür razı sala bilmirdi. O hələ uşaq vaxtlarında başa düşüb ki, rus ordusu Azərbaycana xilaskar ordu kimi yox, işğalçı ordu kimi gəlib. Beləliklə, müəllifin universitetdə oxuduğu tələbə vaxtlarında,1980-cı ildə, «Quzey elin Güney elə məktubu» adıyla yazdığı nəzm-hekayə bu düşüncələrdən yaranıb. 1985-ci ilin yayında Şirin xanımı yüksək qızdırmaya görə, «yatalaq» xəstəliyinin şübhəsiynən, Musa Nağıyev, o vaxt Semaşka adına adlandırılan xəstəxanaya salıblar. Diaqnoz doğrulmayıb, ancaq evə buraxmağa da icazə verməyiblər, onun bir aydan çox kənardan təcrid olunmuş palatada qalması çoxsaylı silsilə şeirlərin yaranmasına səbəb olub. Mövzulara görə müxtəlif bölmələrdə bu şeirlərə rast gəlmək olar. İnsanda ən yuksək hisslər məhəbbət və vətən sevgisi yaradır, onlardan hansının güclü olmasını demək çətindir. Yəqin ki, belə şair tapılmaz ki, kim bu mövzuları işləməsin. Bu kitabda ən böyük bölmə məhəbbət bölməsidir (276 şeirdir). Demək lazımdır ki, Şadimanın yarıdıcılıqda bu ən işlənən mövzulardır. Məhəbbət şeirlərinin arasında ən cazibədar Yasamalıda və xəstəxanada yazılanlardır. Məqalənin axırında Şirin xanımın bir balaca şeirini nümunə gətirmək istəyirəm, hansı ki, hamısından yaxşı şairin xasiyyətini və həyat mövqeyini göstərə bilir: SƏLAM OLSUN Bu dünyanın hər üzünü Görənlərə səlam olsun. Qatlayanda şər dizini Ərənlərə səlam olsun. Ala zaman çələyini, Döyə şərin diləyini, Hər namərdin biləyini Gərənlərə səlam olsun. Heç dönməyə haqq yolundan, Buxov düşə mərd qolundan, Həqiqəti öz kölundan Dərənlərə səlam olsun. Dərya qopmaz mayağından, Qəlb dönməsin dayağından, Şəri dartıb ayağından Sərənlərə səlam olsun. Haqq çıxarda səs-səmrini, Tütyə edən Rəbb əmrini, Halallıqla öz ömrünü Sürənlərə səlam olsun. Öz adımdan Şirin xanıma onun yaradıcılığını təbliğ edən carçı və yeni uğurlar arzulayıram. Noyabr-dekabr 2012. Abdulov Əli. Geri dön |