Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > 2012-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi başa çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > 2012-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi başa çatıb

2012-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi başa çatıb


Azərbaycan hökumətinə 2012-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlament üzvləri tərəfindən səsləndirilən təkliflərin öyrənilməsi üçün 10 gün vaxt veriləcək. Bu barədə parlamentin spikeri Oqtay Əsədov bəyan edib.

Cümə axşamı Azərbaycan parlamenti 2012-ci ilin dövlət büdcəsi layihəsi üzrə müzakirələri başa çatdırıb.

“Müzakirələr zamanı 60 deputat öz təklif və fikirlərini bildirib. Hökumətə bu təkliflərin öyrənilməsi üçün 10 gün vaxt veriləcək”, - deyə O.Əsədov əlavə edib.

Xəbər verildiyi kimi, 2012-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 16 mlrd. 436,4 mln. manat, xərcləri 16 mlrd. 984,4 mln. manat, kəsiri 548 mln. manat və ya ÜDM-nin 1,3%-i səviyəsində proqnozlaşdırılır.

Geri dön