Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > GÜNEY XƏBƏRLƏRİ
GÜNEY XƏBƏRLƏRİ |
İranda 11 nəfər edam olunub
Noyabrın 24-də İranın Şiraz şəhərində 11 nəfər edam olunub. Adları açıqlanmayan məhbuslar Şirazın Adilabad həbsxanasında dara çəkiliblər. Onlar külli miqdarda narkotik maddələrin daşınması, satışı və istifadəsi ittihamı ilə edama məhkum olunublar. İran Ali Məhkəməsinin Əfv Komissiyası məhbusların əfv olunması ilə bağlı müraciətə rədd cavabı verib. İranda azərbaycanlı müəllimə həbs olunub İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları azərbaycanlı müəllimə Leyla Bəhruzu həbs ediblər. Azərbaycanlı müəllimə noyabrın 3-də tutulsa da, xəbər yeni yayılıb. ETTELAAT əməkdaşları Leyla Bəhruzu qayınatasının evində həbsə alıblar, evdə axtarış aparılıb, azərbaycanlı müəlliməyə məxsus əlyazmalar və s. müsadirə olunub. Hazırda Təbriz şəhərinin mərkəzi həbsxanasına köçürülmüş Leyla Bəhruz 15 gün ETTELAAT-ın təcridxanasında saxlanılıb. Azərbaycanlı müəllimənin konkret nədə günahlandırıldığı bilinmir. Qeyd edək ki, Leyla Bəhruzun həyat yoldaşı Bəhruz Fəridi də həbsdədir. ETTELAAT-ın Təbriz şöbəsinin əməkdaşları onu noyabrın 3-də səhər tezdən yaşadığı mənzildə həbs ediblər. İranda tanınmış azərbaycanlı mühəndis zəmanətlə azadlığa buraxılıb noyabrın 24-də İranda azərbaycanlıların hüquqları uğrunda hərəkatın tanınmış fəallarından olan mühəndis Siyamək Mirzayi Meşkinşəhr (Xiyav) şəhərinin mərkəzi həbsxanasından zəmanətlə azadlığa buraxılıb. Azərbaycanlı fəal 20 min ABŞ dolları (20 milyon tümən) girov qoyaraq sərbəstliyinə qovuşub. Qeyd edək ki, Parsabad (Muğan) İnqilab Məhkəməsi şəhər polis idarəsinin müraciətinə əsasən Siyamək Mirzayinin həbsinə dair order verib. Sentyabrın 12-də İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları azərbaycanlı fəalın ata evinə basqın ediblər. Onlar Siyamək Mirzayi evdə olmadığından onu həbs etməyə nail olmayıb və evdə axtarış aparıblar. Nəticədə azərbaycanlı fəala məxsus kompyuter, kitab və əlyazmalar müsadirə edilib. Noyabrın 21-də isə ETTELAAT əməkdaşları Siyamək Mirzayini günortadan sonra Muğandakı parkların birində həbsə alaraq naməlum istiqamətə aparıblar. Hazırda azərbaycanlı fəalın üzərində 5 illik həbs hökmü var. Siyamək Mirzayi hökmdən apelyasiya şikayəti verib. Leyla Behruz tutuqlanıb və Təbrizin mərkəzi zindanına köçürülüb Şərqi Azərbaycan vilayəti kəndlərinin müəlliməsi xanım Leyla Behruz bir müddətdir həbsdədir. O, noyabrın 3-dən həyat yoldaşı Behruz Fəridi və daha 2 tutuqlu (Arəş və Siyavuş Məhəmmədi) ilə birlikdə ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinin təcridxanasında saxlanılırdı. HERANA-ya istinadən yayılan məlumata görə, adını çəkdiyimiz azərbaycanlı qadın həyat yoldaşının ata evində təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb və Təbriz ETTELAATının təcridxanasında 15 gün saxlanıldıqdan sonra Təbrizin mərkəzi zindanına köçürülüb. Bölgə əhalisi ekoloji faciənin bir addımlığında; “Urmu Gölü Veblaqı yaradıldı” İran rejiminin çıxardığı və çıxarmadığı siyasi qərarlar ucbatından, bölgə əhalisini gözləyən ekoloji faciə gündən-günə yaxınlaşmaqdadır. İran dövlətindən dəstək almaq yerinə zərbə alan Urmu Gölü artıq son nəfəslərini çəkir. Gündən-günə Gölün su səthinin aşağı düşməsini görən azərbaycanlılar uzun illərdir həyəcan təbili çalırlar. Lakin, Urmu Gölünə su çatdırmaq yerinə, çayların üzərindəki səddlərin artmasının şahidi oluruq. Artıq azərbaycanlılar Urmu Gölünün yükünü təmami ilə öz çiyinlərində daşımalı olduqlarını başa düşdükləri üçün, bu zəmində fəaliyyətlərini daha da gücləndiriblər. Yeni yaranmış Veblaqda bu yöndə fəaliyyət göstərəcək. http://urmugoli.wordpress.com/ Öyrənci fəal Cəlal Salehpur tutuqlanıb Azərbaycanlı fəal, yazıçı və şair Cəlal Salehpur dünən (noyabrın 24-ü , azərin 3-ü) ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən tutuqlanıb. Əhər universitetinin öyrəncisi və “Qaya” rəqs qruputun məsulu Cəlal Salehpur Təbrizin ETTELAAT idarəsinə müraciət edərkən tutuqlanıb. Onun tutuqlanmasının səbəbi barədə hələlik heç bir məlumat yoxdur. Qeyd edək ki, ETTELAAT məmurları bir gün öncə adını çəkdiyimniz azərbaycanlı fəalın ata evinə müraciət edib və ETTELAATa çağırış barədə xəbər veriblər. Lakin, məmurlar evə müraciət edərkən Salehpur evdə olmayıb. İRANDA GƏNC BLOQÇU TUTULUB İranda gənc bloqçu, Filippinin Manila Universitetinin tibb fakültəsinin tələbəsi Rojin Məhəmmədi tutulub. Noyabrın 13-də ailəsini görmək üçün İrana gələn Rojin Məhəmmədi Tehran aeroportunda tutularaq bir sutka dindirildikdən sonra azadlığa buraxılmışdı. İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Kirmanşah şöbəsinin əməkdaşları noyabrın 18-də gənc bloqçunu yenidən tutmaq üçün onun qaldığı atası evinə gəlsələr də, Rojin Məhəmmədi həmin vaxt mənzildə olmayıb. Evdə axtarış aparılıb, gənc bloqçuya məxsus kompüter və bir sıra şəxsi əşyalar götürülüb. ETTELAAT əməkdaşları noyabrın 23-də Rojin Məhəmmədini tutub bilinməz istiqamətə aparıblar. Tehranın Evin zindanında saxlanan gənc bloqçunun konkret nədə günahlandırıldığı haqda hər hansı məlumat yoxdur. İran rəsmiləri 12 amerikalı casusun həbs olunduğunu xəbər verib İranın xüsusi xidməti və Livan rəsmiləri ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinə casusluqda şübhəli bilinən 12 nəfəri həbs edib. İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik üzrə komitəsinin sədri Pərviz Soruri bu barədə məlumat verib. İranlı qanunvericinin sözlərinə görə, ABŞ xüsusi xidmətinin casusları İsrailin dəstəyi ilə ölkənin təhlükəsizliyinə, hərbi gücünə və atom proqramının inkişafına zərbə vurmaq niyyəti daşıyırmış. Casusluqda şübhəli bilinən şəxslərin nə vaxt həbs olunduğu və təfərrüatlar açıqlanmır. Qeyd edək ki, ABS (Ey-Bi-Si) telekanalı noyabrın 22-də ABŞ-ın kəşfiyyat xidmətlərinə istinadən xəbər vermişdi ki, Livan və İranda Mərkəzi Kəşfiyyat Agentliyinə çalışan 10-dan çox amerikalı casus həbs olunub. Casusların ifşa olunmasının vasitələrindən biri isə onların istifadə etdiyi mobil telefonların dinlənilməsi olub. İran saytı Rafiq Tağını Salman Rüşdiyə oxşatdı İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) keçmiş komandanı (fərmandeh), hazırda İran İslam Respublikası (Cümhuriyyət) Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü Möhsün Rzayiyə bağlı olan “Tabnak.ir” saytı noyabrın (November) 24-də azərbaycanlı yazıçı Rafiq Tağıya qəsddən yazıb. “Azərbaycan Respublikasının Salman Rüşdisi öldürüldü” başlıqlı yazıda deyilir: “Rəsul əkrəmi (peyğəmbəri) təhqir etdiyi üçün Azərbaycan Respublikasında Salman Rüşdi adı ilə tanınan Rafiq Tağını dünən naməlum bir şəxs qətlə yetirdi. O, peyğəmbəri misilsiz təhqirlərinə görə Azərbaycan Respublikası əhalisinin nifrətinə məruz qalmışdı. Məhz buna görə də Azərbaycan əhalisi ayətullah Fazil Lənkəraniyə müraciət edərək onun haqqında rəyini soruşmuşdu. Həmin vaxt ayətullah Rafiq Tağını edama məhkum etmişdi”. Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda bıçaqlanıb. Noyabrın 23-də yazıçı müalicə olunduğu 1 saylı xəstəxanada (Klinik Tibb Mərkəzi) vəfat edib. Rafiq Tağı 2006-2007-ci illlərdə “Avropa və biz” məqaləsinə görə həbsdə yatıb. 2006-cı il noyabrın 22-də iranlı din xadimi ayətullah Mürtəza Bəni Fəzl yazıçı Rafiq Tağının ölümünə fitva verib. Noyabrın 30-da İranın daha bir din xadimi - ayətullah Məhəmməd Fazil Lənkərani Rafiq Tağının ölümünə fitva verib. Salman Rüşdi Hindistan əsilli Böyük Britaniya yazıçısıdır. 1980-ci illərdə “Quran”dan bəhs edən “Şeytan ayələri” kitabına görə İranda onun ölümünə fitva verilib. SƏUDİYYƏ ƏRƏBİSTANININ XARİCİ İŞLƏR NAZİR İRANDAN GİLEYLƏNİB Noyabrın 23-də jurnalistlərə açıqlama verən Səudiyyə Ərəbistanının xarici işlər naziri Səud əl-Feysəl İrandan gileylənib. Səud əl-Feysəl deyib ki, İranın apardığı nüvə proqramı bölgədə sabitliyin pozulmasına gətirib çıxaracaq: “Çünki İran öz qonşularının, eləcə də bölgənin digər ölkələrinin daxili işlərinə qarışmağı hələ də davam etdirir. Müdaxilənin dayandırılması tələbi ilə Tehrana mesajlar göndərilsə də, İranın yürütdüyü siyasətdə hər hansı dəyişiklik müşahidə olunmur. Tehranın atom gücünə yiyələnməsi istiqamətindəki cəhdləri İranın nüvə silahı istehsal etməsi ilə nəticələnə bilər. Belə olanda isə bütün bölgənin sabitliyi və təhlükəsizliyi təhlükə ilə üz-üzə qalacaq. Bu isə çoxlu problemlərin meydana çıxmasına səbəb olacaq”. İran hərbçiləri müharibə təhlükəsindən danışırlar İranın nüvə proqramıyla bağlı yaranmış problem ətrafında gərginlik davam edir. Tehran rejiminin nüvə fəaliyyətlərini dayandırmayacağı təqdirdə Qərb ölkələrinin hərbi müdaxiləsinə məruz qalacağı ethimalı artıb. İranın ali dini lideri ayətullah Əli Xamneyinin hərbi müşaviri Yəhya Rəhim Səfəvi jurnalistlərə açıqlamasında ölkəsinə qarşı mümkün hərbi hücum variantına (seçənək) toxunub. “Mignews” xəbər saytının məlumatına görə, Səfəvi bildirib ki, İran İsrailin bütün hərbi təlimlərini nəzarətdə saxlayır: “İsrailin bütün hərəkətləri və onun bölgədə ayrı-ayrı ölkələrlə birgə keçirdiyi hərbi təlimlər haqda yetərli məlumatımız var. Bizim informasiya toplamaq sahəsində güclü sistemimiz var. Bu gün həm sionist rejimin, həm də ABŞ-ın (Amerika Birləşmiş Ştatları) vəziyyəti elədir ki, onlar hərbi hücuma keçə bilməzlər. Lakin biz İranın hərbi qüvvələri olaraq ən pis ssenariləri fikirləşirik”. Xamneyinin müşaviri İsraili hədələməyi unutmayıb. O, Təl-Əvivin müharibə variantını işə salacağı təqdirdə həm Livanın (Lübnan) cənubunun, həm də “Həmas” və İranın hədəfinə çevriləcəyini bildirib: “Bizim raketlər işğal olunmuş Fələstin ərazilərinin hər yerini hədəfə götürə bilir. Heç yer yoxdur ki, raketlərimiz oraya çata bilməsin. Sionist rejimi qorumaq üçün bu gün Türkiyədən tutmuş işğal olunmuş Fələstin ərazilərində, eləcə də İraq, Küveyt, Qətər, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərində quraşdırılmış hava hücumundan müdafiə sistemləri bizim bütün raketlərimizi vurmağa, onun qarşısını almağa qadir deyil”. Hannoverdə 21 Azər dərnəyinin açılışı Dəyərli vətəndaşlar: Almanıyanın Hannover şəhərində Azərbaycan firqə demokrat herekatının 66-incı il dönümü deyərləndirilicək. Hannover 21 Azər günündə yeni dərnəyin açılışıni qutluyacaq. dərnəyin yönətimi dərnəyin işə başlanmasın resmən elan edərək, hədəflər və proqramları haqqında bilgi veriləcək sonrar 21 Azər Güney Azərbaycanda dövlətçilik günü və 26 Azər soyqırım günü adı ilə bağlı siminar keçiriləcək, siminarada Güney Azərbaycanın tanınmış faaları çıxış edəcək. deyişik düşüncəli aktivistlərimizin bir arada olmaları siminarın və gələcəyimizin birliyi üçün önəmli olmasınıa ınannırıq. Bütün vətəndaşlarımızı bu siminara və dərnəyimizin açılışına dəvət edirik. Başqa şəhərlərdən və ölkələrdən gələnlərdən Hotelin sinirli ödası olduğu üçün öncədən xəbər vermələrin rica edirik. Yer: Hannover Hotel Aran Göttinger Landstraße 100, 30966 Hemmingen 0511/76825526 www.hotel-aran.de maps.google.de Zaman: 10.12.2011 - saat 16.00 dan 24.00 dək yaşasın 21 azər yaşasın birliyimiz Hannover 21 Azer dərnəyi “Traxtur-Şəhrdari” müsabiqəsində tutuqlanan 12 nəfərin ittihamlarına baxılıb Təbrizdə “Traxtur-Şəhrdari” müsabiqəsində tutuqlanan daha 12 nəfər soydaşımızın ittihamlarına baxılıb. Onlar ümumi asayişi pozmaqda günahlandırılır. Noyabrın 21-də (abanın 30-da) keçirilən məhkəmə iclası hakim Həqiqinin sədrliyi ilə baş tutub. Müttəhimlər irəli sürülən ittihama qarşı özlərini müdafiə ediblər. Xatırladaq ki, Əmin Kutahi, Vəhid Fərdisi, Həmid Qurbanəlizadə, Behnam Əlizadə, Yaşar Abbasi və Haşim Mahmudi daha 6 nəfərlə birlikdə avqustun 25-də (şəhrivərin 3-də) “Traxtur-Şəhrdari” futbol müsabiqəsi zamanı tutulmuşdular. Onlar, Urmu gölünün qurudulmasına qarşı etiraz şüarları səsləndirib və stadionun (stadyom) qapısına simvolik olaraq su butulkaları (botri) qoymuşdular. ETTELAAT daha bir azərbaycanlı fəalın iş yerini qapadıb Azərbaycanlı milli-mədəni fəal Əli Lütfipur Təbrizdəki “Nikan” ticarət mərkəzindəyerləşən iş yerini açmağa nail ola bilmir. Lütfipur, mağazasını açmaq üçün bütün səlahiyyətli orqanlara müraciət etsədə, 2 ay öncə ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) tərəfindən qapadılmış mağazanın açılması hələki mümkün olmayıb. Qeyd edək ki, sözü gedən mağaza “Qaya qrupu”nun müdiri Əlirza Hüseynzadənin toy mərasimini videokameraya çəkdiyi üçün qapadılmışdır. Xatırladaq ki, ETTELAATın milli-mədəni fəalların iş yerlərini qapatması, nə qədər mühüm olsada artıq adi hala çevirilibdir. Amerikalılar İran qarşı hərbi əməliyyatlara başlamağın tərəfdarıdır Amerikalıların 50 faizi hesab edir ki, ABŞ İranın nüvə proqramından əl çəkməyə məcbur etmək üçün ona qarşı hərbi əməliyyatlara başlamalıdır. «Lenta.ru»ya istinadən verilən xəbərə görə, bunu Kuinnipiak universitetinin keçirdiyi rəy sorğusu üzə çıxarıb. Respondentlərin 36 faizi hesab edir ki, ABŞ sanksiyaların nəticələrini gözləmədən İrana zərbə endirməlidir. 14 faiz isə əmindir ki, hərbi güc yalnız sanksiyalar işləmədiyi təqdirdə tətbiq oluna bilər. Bununla belə, 60 faiz hesab edir ki, iqtisadi sanksiyalar effektsizdir. 46 faiz amerikalı hesab edir ki, əgər İsrail İrana qarşı hərbi əməliyyatlara başlasa, onda ABŞ israilliləri müdafiə etməlidir. Qeyd edilir ki, demokratlara nisbətən respublikaçılar arasında sərt qaydaların tətbiqinin tərəfdarları çoxdur. TEHRANDAN BAKIYA QARŞI İNFORMASİYA SAVAŞI İranda hakimiyyətə bağlı “Fars” xəbər agentliyi Azərbaycan əleyhinə daha bir informasiya yayıb. Orada deyilir ki, İraqın şimalından qaçan PKK və PJAK terrorçuları Gəncə şəhəri ətrafında yerləşdirilir. “Super güclərin hər cür dəstəklərinə sahib olan PKK-PJAK terror təşkilatı bir müddətdir Azərbaycanın dini şəhərlərindən Gəncəyə yerləşir. Türkiyə, İran, İraq və başqa ölkələrdə əlləri minlərlə günahsız insanın qanına bulaşan PKK-PJAK mənsubları neçə vaxtdır bu şəhərdə yerləşiblər. Ermənistan tərəfindən də təşkilatlandırılıb yönləndirilən bu təşkilat Gəncədə yerləşmək üçün Bakı hökumətindən də maliyyə-siyasi dəstək almağa başlayıb, onlar şəhərin müəyyən bir hissəsinə yerləşdirilib” deyə, iddiada bildirilir. “Fars” agentliyinə istinadən bu xəbəri Türkiyənin bəzi internet portalları da yayıb. İran agentliyi iddia edir ki, Azərbaycan rəsmiləri Tehran rejiminə qarşı çıxan “Xalqın mücahidləri” adlı təşkilatı da öz KİV-ləri vasitəsilə dəstəkləyir, məlumatlara görə, İraqdan sıxışdırılan bu qruplaşmaya öz ərazisində yer verməyi müzakirə edir. Qeyd edək ki, PKK ünsürlərinin Azərbaycanda, o cümlədən Gəncəətrafı bölgələrdə yerləşdiyinə dair yerli mətbuat əvvəllər çox yazıb. Lakin indi bu məlumatın İran agentliyi tərəfindən yayılmasının Tehranın Bakıya qarşı neçə vaxtdır apardığı informasiya müharibəsinin bir hissəsi olduğuna şübhə yoxdur. Göründüyü kimi, xəbər hər hansı dəlilə və fakta əsaslanmır, məqsəd Azərbaycanın İrana və Türkiyəyə qarşı döyüşən terror təşkilatını himayə etməkdə günahlandırmaqdır. Bundan əvvəl İran KİV-ləri gah İsrail kəşfiyyatının Azərbaycan ərazisində baza yaratması, gah ABŞ-ın Bakının dəstəyini alaraq Tehrana qarşı hücum hazırladığı haqda xəbərlər yayıb. Həmçinin İran KİV-lərində tez-tez Azərbaycan hakimiyyəti və onun rəhbərləri barədə təhqiredici çıxışlar yer alır. İran sərhədçilərindən Azərbaycan dövlətinə qarşı növbəti təhqir... İran sərhədçiləri Biləsuvar keçid məntəqəsində Azərbaycan pasportundakı dövlət rəmzi olan gerbimizi (milli nişan) cırıb ayaq altına atırlar. Hazırda Azərbaycandan İran İslam Respublikasına (Cümhuriyyət) müalicəyə gedən vətəndaşlarımızın sayı çoxdur. Nicat tapmaq üçün, eləcə də başqa məqsədlərlə qonşu ölkəyə üz tutan vətəndaşlarımız İranın sərhəd-keçid məntəqəsində kobud davranışla üzləşirlər. Hətta bəzi hallarda ağır vəziyyətdə olan xəstələr geri dönməli olurlar. Qarabağ Azadlıq Təşkilatının sədr müavini İlqar Əliyev də bu il noyabrın (November) 19-da belə bir faktla (gərçək) rastlaşıb. İ.Əliyevin “Yeni Müsavat”a ünvanladığı məktubda göstərilir ki, həmin tarixdə Biləsuvar gömrük-keçid məntəqəsindən qonşu ölkəyə gedərkən İran İslam Respublikasının gömrük-keçid məntəqəsinin işçiləri ona qarşı fiziki güc tətbiq edib, nalayiq ifadələr işlədib, onu və xəstə əmisini geri qaytarıblar: “Məqsədim şəkərli diabet xəstəsi olan əmimi İrana müalicəyə aparmaq idi. Lakin biz orada elə qaba davranışla üzləşdik ki, əmimin səhhəti daha da ağırlaşdı. Mənə bəhanə gətirildi ki, guya ucadan danışmışam. O taya keçmək üçün bir neçə dəfə məntəqəyə yaxınlaşsam da onlar eyni ifadə və hərəkətləri ilə bizi sərhəddən keçməyə qoymadılar”. İ.Əliyevin yazdığına görə, Azərbaycanın sərhəd-keçid məntəqəsinin işçiləri də bu cür faktlarla çox üzləşdiklərini bildiriblər: “Bizim sərhəd-gömrük işçiləri bildirdilər ki, İran tərəfdən belə kobud davranışlarla bağlı vətəndaşlarımızın dilindən dəfələrlə şikayətlər eşidiblər. İranlı sərhədçilər və gömrükçülər vətəndaşlarımızı döyməkdən də çəkinmirlər. Hətta pasportumuzda dövlət rəmzi olan gerbimizi də cırıb ayaqlar altına atırlar. Faktı bizim sərhəd-gömrük işçiləri də təsdiqləyə bilər”. Eyni məzmunlu məktubla Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edən İ.Əliyev xahiş edir ki, məsələ ilə bağlı araşdırma aparılsın və bu cür hərəkətlərin qarşısı alınsın. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da məsələ ilə əlaqədar İranın Azərbaycandakı səfirliyinə müraciət edib. Geri dön |