Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hakerlər Adobe şirkətinin 38 milyon istifadəçisinin məlumatlarını oğurlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Hakerlər Adobe şirkətinin 38 milyon istifadəçisinin məlumatlarını oğurlayıb

Hakerlər Adobe şirkətinin 38 milyon istifadəçisinin məlumatlarını oğurlayıb


Hakerlər “Adobe Systems” şirkətinin 38 milyon istifadəçisinin məlumatlarını oğurlayıb. Oğurlanan məlumatlar əsasən “Adobe Acrobat”, “ColdFusion”, “ColdFusion Builder” məhsulları istifadəçilərinə aiddir. Bundan başqa, hakerlər “Adobe”un bəzi proqramlarının çıxış kodlarını da əldə etməyə nail olublar.

Şirkət nümayəndəsi Bred Arkin hakerlərin istifadəçi səhifələrinin login və parollarını, eləcə də onların şifrlənmiş bank kartları məlumatlarını oğurladığını bildirərək müdaxilə edənlərin bu məlumatların şifrini aça biləcəklərinə inanmadığını əlavə edib.

Şirkət bütün istifadəçilərə səhifələrinin parollarını dəyişməyi məsləhət görüb. “Adobe”un mətbuat katibi Hizer Edel qeyd edib ki, müdaxilənin nəticələrinin aradan qaldırılması üçün şirkət tərəfdaşlar və hüquq-mühafizə orqanları ilə birlikdə çalışır.

Geri dön