Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət, Diaspor > Dünyanın on məşhur rəssamının Fransada keçirilən sərgisində azərbaycanlı rəssamın əsərləri də nümayiş olunub
Dünyanın on məşhur rəssamının Fransada keçirilən sərgisində azərbaycanlı rəssamın əsərləri də nümayiş olunub |
Parisdəki Pyer Karden mərkəzində təşkil olunan İncəsənət Biznesinin 5-ci yubiley salonunda müasir incəsənət sərgisi keçirilib.
Sərgidə dünyanın on məşhur rəssamının əsərləri Fransanın tanınmış rəsm qalereyaları tərəfindən təqdim olunub. Tanınmış Stella Beynəlxalq İncəsənət Qalereyasının xətti ilə Azərbaycanı təmsil edən Nigar Nərimanbəyovanın əsərləri Rotond zalında nümayiş etdirilib. N.Nərimanbəyovanın “Uşaqlıq yuxuları” seriyasından “Mələyin doğumu”, “Qız gecə”, “Maskalı qadın”, “Nar natürmortu”, “Gözətçi mələk” və s. əsərləri təqdim olunub. Sərgidə tanınmış rəssamlar və sənət adamları, Azərbaycan səfirliyinin əməkdaşları, diaspor təmsilçiləri iştirak ediblər. Fransız və ingilis dillərində çap olunan “İncəsənət” jurnalında Azərbaycan Rəssamlar İttifaqının üzvü Nigar Nərimanbəyova haqqında məqalə dərc edilib. Nigar Nərimanbəyova Bakıda anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini və Moskvada Kinematoqrafiya İnstitutunu bitirib. Rəssamın əsərləri Almaniyada, Avstriyada, Fransada sərgilənib. Geri dön |