Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Daxili İşlər Nazirliyi vətəndaşları diqqətli olmağa çağırır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Azərbaycan Daxili İşlər Nazirliyi vətəndaşları diqqətli olmağa çağırır

Azərbaycan Daxili İşlər Nazirliyi vətəndaşları diqqətli olmağa çağırır


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən şənbə günü verilən məlumata görə, müraciətdə qeyd olunub ki, informasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə Milli Strategiya çərçivəsində Daxili İşlər Nazirliyində həyata keçirilmiş layihələrdən biri də "102" Xidməti - Zəng Mərkəzi sisteminin yaradılmasıdır.

Müraciətdə bildirilib ki, cinayət və hadisələrə çevik reaksiya verilməsinə, hər bir şəxsin təhlükəsizliyinin və qanuni mənafelərinin qorunmasına xidmət edən bu informasiya sisteminə respublikanın istənilən nöqtəsindən müraciət etmək imkanı vardır. Sistemin fəaliyyəti hazırlanan, törədilən və ya törədilmiş cinayətlər və digər hüquqpozmalar barədə məlumatlar üzrə ərazi polis orqanlarında görülən işlərə Nazirliyin nəzarətini daha da gücləndirib. Eyni zamanda, polis əməkdaşlarının hadisə yerlərinə vaxtında çıxmalarını, operativliyini, xüsusən hüquqpozma baş verən əraziyə ən yaxın yerdə xidmət aparan polis naryadının müvafiq ünvana istiqamətləndirilməsini təmin etmiş, cinayətlərin qeydiyyatında tamlığı şərtləndirib.

Bununla belə, daxil olan məlumatlardan görünür ki, hər hansı hüquqazidd əməllə bağlı vətəndaşların bilavasitə ərazi polis qurumlarına etdikləri mürajiətlərə bəzən həssaslıqla yanaşılmaması, lazımi reaksiya verilməməsi, hətta onların vaxtında qeydiyyata alınmaması kimi neqativ hallar da mövjuddur.

"Məlumat üçün diqqətinizə çatdırırıq ki, birbaşa "102" Xidmətinə edilən mürajiətlər qeydiyyata alınaraq avtomatik arxivləşdirilir, kompyuter şəbəkəsi ilə təxirəsalınmadan ərazi polis qurumuna ötürülür. Orada görülən tədbirlər, o jümlədən vətəndaşın qəbulu prosesi hər bir növbətçi hissədə quraşdırılmış videokameralar vasitəsilə izlənilir, nətijələri barədə Zəng Mərkəzi rəsmi məlumatlandırılır.

Öz işini qanunçuluq, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət prinsiplərinin uzlaşdırılması əsasında quran, qanuni mənafelərinizin etibarlı qorunmasını əsas vəzifə olaraq həyata keçirən Daxili İşlər Nazirliyi jinayət və hadisələr barədə ilk növbədə "102" Xidmətini məlumatlandırmanızı, sonra isə müvafiq ərizə ilə ərazi polis qurumuna müraciət etmənizi xahiş edir" müraciətdə qeyd olunub.

DİN-in müraciətində, həmçinin vurğulanıb ki, funksiyaları və texniki imkanlarına görə dərhal və qısa müddətdə qanunauyğun tədbirlərin görülməsi ilə səjiyyəvi olan "102" Xidməti qarşılaşdığınız və ya şahidi olduğunuz cinayət və hadisələr barədə mürajiətləriniz üzrə hər hansı neqativ halı tam istisna etmiş olacaq.

"Qanunçuluğun qorunması və möhkəmləndirilməsi işində bundan sonra da fəal vətəndaşlıq mövqeyi nümayiş etdirəcəyinizə əminlik bildirərək göstərəjəyiniz dəstəyə və köməkliyə görə hər birinizə əvvəljədən təşəkkür edirik".

Geri dön