Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Azərbaycanlıların qədim türklər olduğunu sübut edən daha bir tutarlı arxeoloji dəlil aşkarlanıb
Azərbaycanlıların qədim türklər olduğunu sübut edən daha bir tutarlı arxeoloji dəlil aşkarlanıb |
Azərbaycanın Salyan rayonunun Babazanlı adlanan ərazisində azərbaycanlıların qədim türklər olmasını sübut edən sanballı arxeoloji dəlil aşkarlanıb. Bu barədə şənbə günü Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Salyan Arxeoloji Ekspedisiyasının rəisi, tarix-elmlər doktoru, professor Arif Məmmədov məlumat verib.
Onun sözlərinə görə, aparılmış tədqiqatlar nəticəsində Babazanlı adlanan ərazidə aşkarlanmış küp qəbirlər üzərində şamanizmlə bağlı təsvirlər var. Bu da Azərbaycan ərazisində qədim türklərin (Oğuz türkləri) tarixin daha erkən dövründə yaşadığını və Azərbaycanın ən qədim sakinlərinin elə türklər olduğunu sübut edir. Məmmədov bildirib ki, indiyə qədər azərbaycanlıların qədim türklər olduğu haqda fikirlər səslənsə də, onu sübut edə biləcək arxeoloji dəlillər "yox" səviyyəsində idi. "İlk dəfədir ki, Azərbaycan ərazisində küp qəbirləri üzərində şamanizmlə bağlı təsvirlər aşkarlanır. Belə tapıntılar azərbaycanlıların türklərlə bağlılığını əsaslandırmağa və möhkəmləndirməyə xidmət edir", - tarixçi əlavə edib. O bunu da qeyd edib ki, ərazidə aşkarlanmış hər küpün ağız hissəsindən 20 sm məsafədə - sola doğru 1 ədəd antik dövrün ən gözəl hazırlanmış qazan tipli antik qablar qoyulub. Bu da qədim türklərdə tanrıya inam, yəni tanrıcılıq ilə bağlıdır. Geri dön |