Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > İsrail səfirlərinə İranla bağlı məxfi təlimatlar verilib
İsrail səfirlərinə İranla bağlı məxfi təlimatlar verilib |
İsrail xarici işlər nazirinin müavini Zeev Elkin Tehranla qonşu ölkələrdəki səfirləri Tiflisə niyə çağırdı.
İsrailin İranla qonşu üç ölkədəki səfirləri yəhudi dövlətinin xarici işlər nazirinin müavinindən təlimat almaq üçün Ttiflisə çağırılıb. Virtualaz.org saytı İsrail qaynaqlarına istinadən xəbər verir ki, bu ölkənin Azərbaycan, Türkmənisan və Özbəkistandakı səfirləri Tehranın nüvə fəaliyyətləri ətrafında yaranmış vəziyyətlə bağlı təlimatlandırılmaq üçün xarici işlər nazirinin müavini Zeev Elkinlə görüşüblər. Xəbərə görə xarici işlər nazirinin müavini Qərbin İranla münasibətlərini bərpa etməyə başladığı bir vaxtda səfirləri təlimatlandırmaq üçün Tiflisə çağırıb. Görüşdə İsrailin İranla bilavasitə sərhədə malik olmayan bölgə ölkələrində-Qazaxıstan və Gürcüstandakı diplomatları da yer alıb. Diplomatik qaynaq xəbər verib ki, xarici işlər nazirinin müavini səfirlərlə onların işlədiyi ölkələrin İrandakı son prezident seçkilərinə və Həsən Ruhaninin seçkilərdə qələbəsinə necə münasibət göstərdiyinə dair müzakirələr aparıb. Diplomatlar həmçinin bölgədə İsrailin xüsusi önəm verdiyi ölkələrlə siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə ediblər. Səfirlərin Gürcüstandakı görüşü İranla “5+1” ölkələri (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü+Almaniya) arasında Tehranın nüvə fəaliyyətlərinə dair danışıqların Cenevrədə noyabrın 7-8-də keçiriləcək ikinci raundu ərəfəsinə təsadüf edib. İranla Qərb, xüsusən ABŞ arasında münasibətlər Həsən Ruhaninin prezident seçilməsindən sonra müəyyən qədər istiləşib. Lakin İsrail proseslərin bu cür inkişafından narahatdır və Qərbdən İrana qarşı sanksiyaları (təhrimləri) yumşaltmamağa çağırır. İsrail rəhbərliyi bəyan edir ki, İran beynəlxalq ictimaiyyəti aldadır və nüvə silahı əldə etmək yönündə fəaliyyətlərini dayandırmaq niyyətində deyil. “The Times of İsrael” nəşri qeyd edir ki, İsrail İrana qonşu ölkələrdən Azərbaycanla sıx hərbi və siyasi tərəfdaşlığa malikdir. Nəşr xatırladır ki, ötən il İsrailin İrana hava zərbələri endirmək üçün Azərbaycan ərazisindəki hərbi aerodromlardan istifadə etməyə razılıq aldığına dair məlumatlar yayılmışdı. Bu məlumatlar Azərbaycan tərəfindən təkzib edildi. Bildirilir ki, Azərbaycanın coğrafi mövqeyi onu İsrailin İranın nüvə obyektlərinə hava zərbələri üçün ideal platformaya çevirir. Geri dön |