Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Azərbaycan Avropa Seysmoloji Müşahidə və Tədqiqatlar Mərkəzinə Ermənistandan şikayət edib
Azərbaycan Avropa Seysmoloji Müşahidə və Tədqiqatlar Mərkəzinə Ermənistandan şikayət edib |
Noyabrın 25-də Azərbaycanın Gəncə şəhərində 1,8 bal gücündə zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli məlumat verib. Q. Yetirmişlinin sözlərinə görə, zəlzələ hiss olunmayıb. Ermənistan mətbuatı isə respublikanın seysmoloji xidmətinə istinadən dünən saat 21:16-da Azərbaycanın Şəmkir rayonunun 9 kilometr şimal-qərbində 3-4 bal gücündə zəlzələ baş verdiyi haqda məlumat yayıb. Lakin Q. Yetirmişli Ermənistan tərəfinin yaydığı bu məlumatın həqiqətə uyğun olmadığını bildirir: “Ermənistan tərəfinin bu məlumatı ilə bağlı artıq Avropa Seysmoloji Müşahidə və Tədqiqatlar Mərkəzinə müraciət etmişik. Biz əvvəllər də ermənilərin yaydıqları bu tip məlumatlarla bağlı həmin təşkilata müraciət göndərmişik. Bu dəfə bir daha onlara bildirdik ki, erməni tərəfi həqiqətə uyğun olmayan məlumat yayıb. Azərbaycanda baş verən zəlzələlər haqqında düzgün məlumatlar yalnız bizim yaydığımız rəsmi məlumatlarımız sayılmalıdır”. Q. Yetirmişli dünən Gəncədə baş vermiş zəlzələnin gücünün zəif olması səbəbindən bu barədə RSXM-in saytında məlumat yerləşdirmədiklərini deyib. Geri dön |