Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda trafikin orta sürəti 5 Mbit/s-yə yaxınlaşmışdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Bakıda trafikin orta sürəti 5 Mbit/s-yə yaxınlaşmışdır

Bakıda trafikin orta sürəti 5 Mbit/s-yə yaxınlaşmışdır


“Ookla” şirkəti “Speedtest.net” xidmətinin məlumatlarına, həmçinin istifadəçilərin sorğularına əsaslanaraq internetin orta sürətinə dair növbəti reytinq tərtib etmişdir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, şirkətin “NetIndex” reytinqinə əsasən, Azərbaycanda daxil olan trafikin orta sürəti 4.71 meqabit saniyə (Mbit/s) təşkil edir. Oktyabrda bu göstərici 4.56 Mbit/saniyə olmuşdur.
Bakıda bu göstərici 5.05 Mbit/s, Sumqayıtda isə 3.08 Mbit/s təşkil edir.
Nəticələr şirkətin 2013-cü il oktyabrın 2-dən 31-dək apardığı eksperimental araşdırmalar əsasında əldə olunmuşdur. Testlərin aparılması üçün 359 min 871 unikal IP ünvan seçilmişdir.
Azərbaycan daxil olan trafik reytinqi üzrə ötən ayla müqayisədə 1 pillə geriləyərək 118-ci yerdə qərarlaşmışdır. Sözügedən reytinqdə ilk üçlükdə Honkonq (66.45 Mbit/s), Lüksemburq (55.36 Mbit/s) və Sinqapur (52.33 Mbit/s) yer almışdır.
Xaric olan trafikin orta sürəti 2.18 Mbit/saniyə təşkil edir. Bu reytinqdə Azərbaycan 116-cı yerdədir. Bakı üzrə bu göstərici 2.36 Mbit/s, Sumqayıt üzrə isə 0.65 Mbit/saniyədir. İlk üçlükdə Honkonq (55.13 Mbit/s), Lüksemburq (42.76 Mbit/s) və Cənubi Koreya (39.21 Mbit/s) qərarlaşmışdır.

Geri dön