Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > Moskvada rus millətçilərinin növbəti vəhşiyi
Moskvada rus millətçilərinin növbəti vəhşiyi |
Bir qrup 14 yaşlı yeniyetmə 17 yaşlı şəxsə hücum edərək onu vəhşicəsinə döyüblər
Dünya Rusiyanın paytaxtı Moskva şəhərində millətçi yeniyetmələr növbəti vəhşiliyə yol veriblər. Rusiya mətbuatının verdiyi xəbərə görə, polis Moskva sakini Yuri Doljenkoya ağır bədən xəsarətləri yetirmiş bir qrup yeniyetmə gənci saxlayıb. Bildirilir ki, bir qrup 14 yaşlı yeniyetmə 17 yaşlı şəxsə marketdən çörək alıb çıxdığı zaman hücum edərək vəhşicəsinə döyməyə başlayıblar. Həkimlər huşsuz vəziyyətdə xəstəxanaya çatdırılan Y.Doljenkonun həyatda qalması üçün bir neçə saat əziyyət çəkməli olublar. Hazırda onun vəziyyətinin qeyri-qənaətbəxş olduğu bildirilir. Rusiya hüquq-mühafizə orqanları cinayət törədən şəxslərin millətci təşkilatlardan birinin üzvləri olduğunu bildirirlər. Geri dön |