Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ankara valiliyi paytaxtda yaradılan Xocalı soyqırımı muzeyinin adının dəyişdirilməsini tələb edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Ankara valiliyi paytaxtda yaradılan Xocalı soyqırımı muzeyinin adının dəyişdirilməsini tələb edib

Ankara valiliyi paytaxtda yaradılan Xocalı soyqırımı muzeyinin adının dəyişdirilməsini tələb edib


Türkiyənin paytaxtı Ankaranın Qızılcahamam rayonu ərazisində Xocalı faciəsi ilə bağlı yaradılan muzeyə “Xocalı soyqırımı muzeyi” adının verilməsi mümkün olmayacaq.“Hürriyet” qəzetinin yaydığı məlumata görə, Ankara valiliyi muzeyə bu adın verilməsinin diplomatik problem yarada biləcəyi haqda bələdiyyəyə xəbərdarlıq edib.



Qızılcahamam bələdiyyə başqanı Coşkun Ünal bildirib ki, bu muzeyin yaradılması üçün Azərbaycan dövləti ilə iki ildir əməkdaşlıq edirlər: “İndiyə qədər Azərbaycan millət vəkilləri, hörmətli Əliyevin müşavirləri və hörmətli səfir buraya gəlib. İnşaat bitmək üzrədir. Panoramik bir muzey hazırlayırıq. Muzeydə erməni hərbi dəstələri tərəfindən yox edilmiş Xocalıda yaşananları əks etdirən sənədlər və əsərlər yer alacaq. Bəşəriyyətin bir daha belə bir cinayət yaşamaması niyyəti ilə bu muzeyi açmaq istəyirik. Lakin muzeyin adını dəyişdirmək məcburiyyətindəyik. Valilik “soyqırım” kəlməsini hüquqi baxımdan istifadə etməyin mümkün olmadığını və bunun diplomatik problem yarada biləcəyini bəyan etdi. Nəticədə muzeyin adını dəyişdirmək zərurəti yarandı. “Qətliam muzeyi” və ya başqa bir ad ola bilər, lakin Xocalıda yaşananları bütün dünya bilir”.



Qeyd edək ki, Türkiyədə valilər yerlərdə ali dövlət hakimiyyətini təmsil edirlər və hökumət tərəfindən təyin olunurlar.

Geri dön