Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan yeni Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər edə bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Azərbaycan yeni Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər edə bilər

Azərbaycan yeni Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər edə bilər


Azərbaycan Milli Məclisində bu gün «Şəhərlərin formalaşmasında hüquq bir alət kimi» adlı dəyirmi masa keçirilir.


Parlamentin Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əsas müzakirə mövzusu Azərbaycanda ötən il qəbul olunan və bu il yanvarın 1-dən qüvvəyə minən Şəhərsalma və Tikinti Məcəlləsidir.



Tədbirdə çıxış edən Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov məcəllənin prezidentin göstərişi ilə hazırlandığını vurğulayıb: «Sənədin hazırlanmasında beynəlxalq təcrübədən istifadə olunub. Eyni zamanda, beynəlxalq ekspertlər iştirak ediblər. Burada məqsəd Şəhərsalma və Tikinti Məcəlləsinin tətbiqindən bir il sonra meydana çıxan problemlərin həlli yollarının axtarılması və bununla bağlı beynəlxalq ekspertlərin rəylərinin alınmasıdır».



GIZ təşkilatının «Cənubi Qafqazda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi Proqramı»nın Azərbaycan üzrə layihə rəhbəri Tomas Melser isə sənədin qəbulundan indiyə qədər keçən dövrdə üzə çıxan problemlərdən danışıb. O, bunun Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynlinin də etiraf etdiyini bildirərək deyib ki, Azərbaycan parlamentinin də istəyi budur ki, sənəd yenidən öyrənilsin və əgər problem varsa, dəyişiklik edilərək beynəlxalq standartlara tam uyğunlaşdırılsın: «Məqsəd məcəllənin icrasını təmin etmək, şəhərin özünəməxsusluğunu qoruyub saxlamaqdır. Bu, inzibati qaydada həyata keçirməlidir».



Daha sonra S.Kərimov bildirib ki, problemlərin həlli üçün hüquqi tədbirlər labüddür. Tədbirdə Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ali və Apelyasiya məhkəmələrinin hakimləri, deputatlar, şəhər və rayon icra hakimiyyətlərinin nümayəndələri və almaniyalı olan ekspertlər iştirak edir.



Müzakirələr davam edir.

Geri dön