Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət, DAVAMın yazıları > Ayaz İmranoğlu-un YEDƏK hekayəsi
Ayaz İmranoğlu-un YEDƏK hekayəsi |
Qarşıdakı bığıburma, əcaib köklüyü olan, fısıltısı az qala aləmi başına götürmüş bir məxluqatın yedəyində gedirdim. Düz yetmiş ildən çoxdur ki, bu əcaib məxluqat elə hey məni özüylə dartırdı.Məramı, məqsədi nə idi bir onu bilmirdim.
Deyəsən heç özüdə bilmirdi ki, niyə,nə üçün və hara dartır. Mənsə başımı aşağı salıb dili lal, qulağı kar, gözləri kor adamlar kimi gedirdim. Hərdən mənə tərəf çevrilib ətli dodaqlarını aralayıb, çürük dişlərini qıcayıb, gömgöy bulanıq gözlərini qıyıb dili altında nəsə deyirdi. Hiss edirdim ki, nə deyirdisə əsəbləşirdi.Dilini, dinini başa düşmədiyimdən elə başımı tərpətməklə cavab verirdim. Sarı baş, sarı kirpikli, sarı qaş bu əcaib məxluqatın toy toğlusu kimi arxasınca gedirdim. Bir əlində məni dartan yedəyi, o biri əlində qırmızı bayrağı vardı ki, o bayrağın üstündə də oraq və çəkic həkk olunmuş şəkil görünürdü. Bayrağı başı üstündə dik tutmuşdu. Külək əsdi, əsmədi bayraq elə hey yellənirdi və həzin-həzin dalğalanırdı. Babası Leninin heykəli önündə durub köks ötürdü. Lenin dimdikli papağın əlində tutub qarşıya tuşlamışdı. Sarı kürən məxluqat başını bulayıb yoluna davam etdi. Bir az da getmişdi ki, “kommunist” yazılmış bir qapıya çatdı və tezcədə qapını aramsız halda döyəcləməyə başladı. Qapını açan olmasa da eşidilirdi ki, içəridə möhkəm hay-küy vardı. Qapının iri deşiyindən o baxdı və mənə də ordan içəri baxmağımı işarə etdi. Mən də baxdım. Gül-çiçəkli, şah sarayında qışqır-bağır, güllə-boran, tırtıllı hərbi texnikaların səsləri bir-birinə qarışmışdı. Başı xallı keçəl tosuq kişi kürsüdə barmağını yelləyərək “perestroyka” deyirdi. Aşağıda tırtıllı tankın üstündəki alkaşsa “demokratiya” deyib bağırırdı. Bu səs-küydən hər ikimiz vahimələndik.Birdən qapı açıldı. Sərin bir meh əsib bizim bütün vücudumuzu sərinləşdirdi. Birdən-birə insan kütləsi üstümüzə axışdı. Sarı kürən bu əcaib məxluq qorxusundan geri çəkildi. Özü-özündən çaş-baş düşmüşdü. Nə fikirləşdisə bir mənə, bir də o insan selinə baxıb məni yedəyindən buraxdı. Oraq-çəkicli qırmızı bayrağını isə qarşıdakı zibilliyə tulladı. Milli duyğularım tumurcuqlayırdı. Az qalırdı çiçək açmağa. Azadlıq sevdalı doğmalarımla yenicə ayaq açıb yeriyən körpə kimi kövrək addımlarımı atırdım.Addımlarım daşa-qayaya, kola-kosa tez-tez ilişdiyindən yıxılırdım, dizlərimdən qan sızırdı. Amma bilirdim ki, nə vaxtsa sərbəst yeriyəcəm. Ümidliydim...Başımın üstündə babam Məmməd Əminin bir vaxtlar qaldırdığı üçrəngli bayrağı dalğalanırdı. Azadlıq elçisi Elçibəy,nurundan özümə yenicə işıq payı götürmüşdüm Mən qaçıb öz evimizə girmək istədim. Bizim evin həndəvərində də “istefa” şüarları və “Azadlıq” deyən insanların sayları minlərlə, milyonlarla idi. Bu qarmaqarışıqdan başım dumanlanmışdı. Yedəyindən çıxsam da hələ də özümə gəlməmişdim. Baxdım ki, bu tırtıllı tanklar, əli avtomatlı sarı kürənlər qəzəbli halda atırlar. Generallar, zabitlər əmr verə-verə sağa-sola, yerə-göyə güllələr yağdırırlar. Elə kinli-kinli baxırdılar bizim evlərə, bizim yerlərə, bizim adamlara... Yaralandım, Al-qırmızı qanım torpağa yayıldı. Ölürdüm. Can verə-verə tək “vətən” deməyə gücüm çatdı. Məni yuyub, kəfənləyib, üstümə al-qırmızı qərənfillər döşəyib aparırdılar. Yenə də qarşıda bir mollanın ərəbcə oxuduğu yasinin köntöy səslərini eşidirdim. Sanırdım ki, mollada məni yedəkləyib aparır, özüdə bu yedək boynuma min dörd yüz ildir sarınıb. Baxmayaraq ərəbin yedək kəndiri artıq çürüyüb amma boynumdan düşmür ki, düşmür. Tabutdan qalxmaq istədim. Qoymurdular rahatca torpağa kömülüm. Yenə də yad dildə, yad dində, əbalı mollalar məni yedəyə salmışdılar. Gücüm çatmadı tabutdan qalxmağa.Qərənfil güllərinin qoxusu isə məni bihuş etmişdi. Vətən torpağının ətri hopmuşdu o güllərə.Nə yaxşı ki, o güllər vardı, nə yaxşı ki, vətən qəbirsandlığı vardı... Geri dön |