Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hər bir Türk dövlətinin bayrağı zatən Türk dünyasının bayrağıdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə, Siyasi partiyalar > Hər bir Türk dövlətinin bayrağı zatən Türk dünyasının bayrağıdır

Hər bir Türk dövlətinin bayrağı zatən Türk dünyasının bayrağıdır


Həbib Ələkbərsoy: “Artıq Türk Dünyası üçün vahid bayraq qəbul olunub və biz Birlik ideologiyasını həmin bayraq altında həyata keçiririk”


Müsahibimiz Milli Dirçəliş Hərəkatı Partiyası sədrinin ideoloji məsələlər üzrə sədr müavini Həbib Ələkbərsoydur.

-Həbib bəy, Dövlət Bayrağı Günü ilə bağlı təmsil olunduğunuz partiyanın təbrik bəyənatında səslənən “Azərbaycan bayrağı əslində elə Türk Dünyasının bayrağıdır” fikri gündəmi tutan ifadələrdən biri oldu. Bu fikir sosial şəbəkələrdə müzakirəyə çevrildi. Əslində, bəyanatda bunun izahı da var. Amma, bu barədə əlavə fikirlər varmı?
-Alternativ səslənən fikirləri deyirsiniz?
-Xeyir, hələ bu fikrin özünü deyirəm. Yeni bir ifadə kimi qarşılandı cəmiyyətdə.
-Milli Dirçəliş Hərəkatı partiyasının “9 noyabr-Dövlət Bayrağı Günü” ilə bağlı yaydığı təbrik bəyanatında bunun ideoloji məntiqi səslənib. Azərbaycanın Dövlət Bayrağında Türkçülük (göy), Müasirlik (qırmızı), İslamçılıq (yaşıl), Bəşərilik (aypara) və Türkün səkkiz boyunun birliyini (səkkiz guşəli ulduz) ifadə edilir. Türk Dünyasının birlik ideologiyası da məhz bu beş əsas prinsip üzərində qurulmuşdur.
Mustafa Kamal Paşa Atatürkün də adlandırdığı kimi bu “Türkün istiqlal bayrağı” əslində Turanın bayrağı kimi yaradılmışdı ki, bütün Türklər bu bayraq altında türkçü, çağdaş, islamçı, dünyəvi Türk Birliyinə nail olsunlar.
Amma, bunları nəzərə almasaq da belə, Bayrağımız faktiki olaraq Türk Birliyinin əsas prinsiplərini özündə əks etdirir.
Bundan da əlavə, hər bir Türk dövlətinin bayrağı zatən Türk dünyasının bayrağıdır. Hər biri bizimçün müqəddəsdir. Ümumilikdə isə artıq Türk Dünyası üçün vahid bayraq qəbul olunub və biz Birlik ideologiyasını həmin bayraq altında həyata keçiririk.
-Müzakirələrə səbəb ən çox bu ifadəyə alternativ fikirlərin səslənməsi oldu.
-Əsasən aypara və səkkiz guşəli ulduzla bağlanır alternativ fikirlər. Bunun da səbəbi odur ki, Məmməd Əmin Rəsulzadə əsərində üç zolağın ifadəsini açıqlayıb, amma aypara və ulduzu yox. Amma bu ifadə olunmayıbsa o demək deyil ki, hər kəs bir versiya irəli sürməlidir. Aypara bəşəriliyin, dünyəviliyin ifadəsi hesab olunub həmişə. Bu lap qədimlərdə də belə ifadə olunub, islamda da aypara bəşəriliyin, dünyəviliyin ifadəsi olub. İslamın bəşəri bir din olmasına görə simvolu da ayparadır. Səkkizgüşəli ulduz da həmçinin müzakirə mövzusu ola bilməz. Türkün səkkiz boyunun birliyini ifadə edən səkkiz guşəli ulduz simvoluna bütün türk tarixində və dövlətlərin bayraqlarında rast gəlinir. Ona görə də, səkkiz guşəli ulduzun Türk Birliyini ifadə etməsinin xüsusi bir izaha gərəyi yoxdu.
-Türkçülük həm zolaqda həm də ulduzda ifadə olunur?
-Xeyir, göy zolaq Türkçülüyü, səkkiz güşəli ulduz isə Türk Birliyini ifadə edir. Türkçülük yürüdülən siyasətin milli fəlsəfəsi, Türk Birliyi isə məqsəddir, istiqamətdir.

Müsahibəni götürdü:
Emil Səlimov

Geri dön