Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə və Azərbaycanın birgə enerji layihələri regiona sabitlik gətirir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Türkiyə və Azərbaycanın birgə enerji layihələri regiona sabitlik gətirir

Türkiyə və Azərbaycanın birgə enerji layihələri regiona sabitlik gətirir


Ellada Xankişiyeva, Trend BİA Analitik Mərkəzinin rəhbəri
Azərbaycan və Türkiyənin uzunmüddətli enerji əməkdaşlığı bütün region üçün uğur amilidir. Türkiyəyə rəsmi səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, "bir millət, iki dövlət" xalqlarımız və regionun firavanlığı üçün öz qüvvələrini birləşdirib.
Türkiyənin TRAO şirkətinin 1994-cü il 20 sentyabrda imzalanmış "Əsrin müqqaviləsi" çərçivəsində çalışan əcnəbi neft şirkətləri konsorsiumuna daxil olması Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın inkişafının başlanğıc mərhələsi idi.
Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin tikintisi üzrə gələcək layihələr Azərbaycanın Türkiyə ilə sıx əməkdaşlıqda dünya enerji bazarlarında möhkəmlənə bilməsinə istiqamətlənmişdi.
Azərbaycan Prezidenti bildirib: "Həmin boru kəmərləri sakitliyin hökm sürdüyü Xəzər regionundan təkcə neft və qaz deyil, həm də sülh, firavanlıq və stabillik nəql edir. Biz qarşılıqlı fəaliyyətimizi daha da genişləndirmək niyyətindəyik".
Azərbaycan və Türkiyənin əməkdaşlığı "Cənub qaz dəhlizi"nin mühüm hissəsi olan Trans Anadolu qaz kəməri (TANAP) layihəsinin və "Müasir İpək Yolu" adlandırılan ümumi marşrutun bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin reallaşdırılması çərçivəsində də davam etdiriləcək.
Bundan başqa, Avropa bazarına çıxmaq üçün bu ilin iyununda Xəzərin Azərbaycan sektorunda "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə konsorsium Avropaya qaz tədarükü marşrutu kimi Trans Adriatik qaz kəməri (TAP) layihəsini seçdi ki, burada Türkiyə mühüm rol oynayacaq.
Bu planların həyata keçirilməsi "Cənub qaz dəhlizi"ndə yeni nəsil enerji infrastrukturunun yaradılmasına keçməyə imkan verir ki, bu da Türkiyə ərazisi vasitəsilə çatdırılacaq Azərbaycanın və ümumilikdə, Xəzərin enerji resurslarına bel bağlayan Avropaya enerji kanallarını şaxələndirməkdə kömək edəcək.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Xəzərin dünya ilə əlaqələrini möhkəmləndirəcək bu layihələr XXI əsrin mühüm hadisələri kimi tarixə düşməyə layiqdirlər: "Məhz enerji resursları Azərbaycanı Türkiyənin xarici sərmayələr sahəsində əsas tərəfdaşlarından biri edir. Azərbaycanın qoyduğu və qoyacağı ən böyük investisiyalar onun Türkiyəyə qoyduğu sərmayələrdir".
Beləliklə, ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Türkiyədə reallaşdırılan layihələrə (TANAP layihəsi ilə birgə) yatırdığı sərmayələrin həcmi 17 milyard dollar təşkil edir. Həmin sərmayələr Azərbaycanı Türkiyənin ən iri sərmayəçisi edir.
ARDNŞ Türkiyənin neft-kimya bazarında özünün aktiv fəaliyyəti ilə yanaşı, bu ölkənin ərazisində yeni neft emalı zavodunun tikintisini həyata keçirir. Bu, Dövlət Neft Şirkətinə Türkiyənin enerji bazarında möhkəmlənməyə, həmçinin iştirak payına malik olduğu "Petkim" neft-kimya kompleksini xammalla təchiz etməyə və özünün istehsal etdiyi neft məhsullarını Avropa bazarlarına çıxarmağa imkan verir. Hazırda Türkiyədə 1,5 milyon TEU gücündə konteyner limanının birgə tikintisi geniş müzakirə olunur.
Beləliklə, əgər ARDNŞ-nin Türkiyədəki layihələri nəzərdə tutulmuş müddətdə reallaşarsa, onda Türkiyə iqtisadiyyatına yatırılan Azərbaycan sərmayələri 2023-cü ilədək 20 milyard dollar təşkil edəcək.

Geri dön