Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Avropa Məhkəməsi Azərbaycandan ölkəsinə ekstradisiya olunmaq istəməyən Rusiya vətəndaşı ilə bağlı qərar verib
Avropa Məhkəməsi Azərbaycandan ölkəsinə ekstradisiya olunmaq istəməyən Rusiya vətəndaşı ilə bağlı qərar verib |
Rusiya vətəndaşı çeçen Hacı Çankayevin iddiasına baxan Avropa İnsan Haqları Məhkəməsi (AİHM) onun Azərbaycandan Rusiyaya ekstradisiyasını qanunsuz saymayıb. Bu barədə AİHM-in rəsmi saytı xəbər verir.
Məhkəmə Avropa Konvensiyasının 13-cü maddəsinin (effektiv hüquqi müdafiə hüququ) pozulduğu qənaətinə gəlib. Məlumatda bildirilir ki, qərar qüvvəyə minənə qədər H.Çankayev Rusiyaya ekstradisiya oluna bilməz. H.Çankayev 2006-cı ildə çeçen silahlı qruplaşmasının üzvü kimi təqsirli bilindiyi cinayətlər üzrə 6 il azadlıqdan məhrum olunub. 2012-ci ilin iyun ayında Rusiya H.Çankayevin ekstradisiyası üçün Azərbaycana müraciət edib. H.Çankayev isə bu qərardan şikayət verib. Geri dön |