Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu elmi qrantların vergidən azad olunması təklifi ilə çıxış edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu elmi qrantların vergidən azad olunması təklifi ilə çıxış edib

Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu elmi qrantların vergidən azad olunması təklifi ilə çıxış edib


zərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) elmi qrantların vergidən azad olunması təklifi ilə çıxış edib.

Bu barədə Fondun icraçı direktoru Elçin Babayev bildirib. Onun sözlərinə görə, hazırda bununla bağlı müvafiq qurumlara müraciətlər hazırlanır: “Bu bizim üçün gündəmdə olan ən vacib məsələdir. Hazırda bununla bağlı digər ölkələrin təcrübəsi də öyrənilir. Artıq Rusiyada da bu istiqamətdə müvafiq addımlar atılıb”.

E. Babayev qeyd edib ki, EİF-in verdiyi qrantlara xüsusi yanaşma tətbiq olunacağına ümid edir: “Çünki bu, elmin inkişafına olan çox güclü stimuldur. Ölkə başçısının bu yaxınlarda verdiyi sərəncamla EİF-ə əlavə 3 milyon manat ayrılması da bu strategiyanın uzunmüddətli olmasını sübut edir”.

Geri dön