Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Dekabrın 1-dən Bakı metrosunda gediş haqqı 20 qəpik olacaq
Dekabrın 1-dən Bakı metrosunda gediş haqqı 20 qəpik olacaq |
Bu il dekabrın 1-dən Bakı Metropolitenində gediş haqqı 33% bahalaşacaq.
Tarif (qiymət) Şurasının verdiyi məlumata görə, Şuranın keçirdiyi son iclasda Bakı Metropolitenində sərnişindaşıma xidməti tarifinə də baxılıb: «Məlum olduğu kimi, Bakı şəhərində sərnişindaşıma sisteminin təkmilləşdirilməsi və nəqliyyatın hərəkət gərginliyinin azaldılması məqsədilə Bakı Metropolitenin Perspektiv İnkişaf Planı hazırlanıb. Planda 2030-cu ilədək metro stansiyalarının sayının və xətlərin uzunluğunun artırılması nəzərdə tutulur. Bu çərçivədə son illərdə Metropolitenin vaqon parkının yenilənməsi, yeni stansiyaların istismara verilməsi, xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülüb. Bununla əlaqədar olaraq, metro ilə sərnişindaşıma xərclərinin artmasına və 1 sərnişinin birdəfəlik gediş xərcinin mövcud tarifdən bir neçə dəfə yüksək olmasına baxmayaraq, sosial məqsədlərə uyğun ucuz tarif siyasəti prioritet hesab edilərək, metroda gediş haqqının 20 qəpik səviyyəsində müəyyənləşdirilməsi qərara alınıb». «Yeni tariflər bir sıra MDB ölkələri və qonşu dövlətlərin uyğun tarifləri ilə müqayisədə xeyli aşağıdır. Belə ki, metro ilə sərnişindaşıma tarifi Moskvada 71 qəpik, Sankt-Peterburqda 63 qəpik, Kazanda 38 qəpik, İstanbulda 74 qəpik, Kiyevdə və Tbilisidə 20 qəpik və s. təşkil edir», - deyə Tarif Şurasının məlumatında bildirilir. Qeyd edək ki, 2009-cu ilin oktyabr ayında Bakı Metropolitenində gediş haqqı 3 dəfə artırılaraq 15 qəpiyə qaldırılıb. Geri dön |