Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Noyabrın son günlərində Azərbaycan ərazisində yağmursuz hava proqnozlaşdırılır
Noyabrın son günlərində Azərbaycan ərazisində yağmursuz hava proqnozlaşdırılır |
Noyabrın 30-da axşam şimal rayonlarından başlayaraq hava şəraiti kəskin dəyişəcək, bəzi yerlərdə sulu qar, qar yağacaq
Bakı və Abşeron yarımadasında noyabrın 29-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Axşamüstü havanın tədricən tutulacağı, gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, arabir güclənən cənub-qərb küləyi günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq. Noyabrın 29-dan 30-na kecən gecə havanın tutqun olacağı, gündüz havanın arabir açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər mülayimləşəcək, gündüz arabir cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3 dərəcə, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında noyabrın 29-da əsasən yağmursuz olacaq, səhər və axşam duman, bəzi yerlərdə çiskin qeydə alınacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, bəzi yerlərdə 6 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 17-22 dərəcə şaxta təşkil edəcək. Noyabrın 30-da hava əsasən yağmursuz keçəcək, gecə və səhər duman, çiskin olacaq. Lakin noyabrın 30-da axşam şimal rayonlarından başlayaraq havanın yağıntılı olacağı, dekabrın 1-də bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-4 dərəcə, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 14-19 dərəcə şaxta təşkil edəcək. Geri dön |