Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Terminoloji lüğətlərdə dəyişiklik ola bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Terminoloji lüğətlərdə dəyişiklik ola bilər

Terminoloji lüğətlərdə dəyişiklik ola bilər


Azərbaycanda bütün terminoloji lüğətlər Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının rəyini aldıqdan sonra elə bu qurumun xətti ilə də çap edilə bilər.
Sayalı Sadıqova bildirib ki, hazırda terminoloji lüğətlər ali məktəblər, elmi müəssisələr tərəfindən hazırlandıqdan sonra onun çapına Terminologiya Komissiyası icazə verir. Bu icazə verilməmişdən əvvəl lüğət mütəxəssislər tərəfindən geniş müzakirə edilir. Daha sonra isə lüğətlər ali məktəblər, müəssisələr və s. tərəfindən çap edilir.
S.Sadıqovanın sözlərinə görə, komissiya bu sahədə Sovet dövründə olan müsbət təcrübəni geri qaytarmaq istəyir. Sovet dövründə lüğətlər bir neçə dəfə redaktə prosedurundan keçdikdən, Terminologiya Komitəsinin (o zaman komitə adlanıb) daimi işçiləri tərəfindən müzakirə edildikdən sonra nəşriyyatda çap edilərək oxucuların ixtiyarına verilirdi: "Terminologiya Komitəsinin özünün fondu, nəzarət sistemi olub. Biz istəyirik ki, həmin sistemə qayıdaq və TK-nın fəaliyyətini genişləndirək. Biz indi istəyirik ki, hansısa ali məktəb, elmi müəssisə və şəxs tərəfindən hazırlanmasından asılı olmayaraq, bütün terminoloji lüğətlər Terminologiya Komissiyasında müzakirə edildikdən sonra elə bu komissiyanın xətti ilə nəşr olunsun".
S.Sadıqova bildirib ki, hazırda Terminologiya Komissiyasının özünün mətbəəsi olmasa da, Azərbaycan Milli Elmlər Akademiyasının, Nazirlər Kabinetinin mətbəələrindən bu lüğətlərin çapı üçün istifadə edə bilər.

Geri dön