Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Google ABŞ-ın axtarış sistemi bazarının 3/2 hissəsini tutur
Google ABŞ-ın axtarış sistemi bazarının 3/2 hissəsini tutur |
“Google” şirkəti ABŞ-ın internet axtarış sistemi bazarında liderlik edir, “Microsoft” korporasiyası payını artırmağa nail olub, "Yahoo!” isə göstəricisini azaldıb. Bu barədə “ComScore” analitik şirkəti bildirib.
Oktyabrda “Google” 66,9 faizlik paya sahib olub, “Microsoft” 18,1 faizlik göstərici ilə ikinci yeri tutub, “Yahoo!” şirkəti isə yalnız 11,1 faizlik paya sahib çıxa bilib. Sonrakı yerlərdə 2,6 faizlə “Ask” və “AOL” (2,6 faiz) axtarış sistemləri qərarlaşıb. Mənası olan axtarış sorğularının ümumi sayı 19,3 milyard təşkil edib. Bu isə o deməkdir ki, "Google”dan 12,9 milyard, “Bing”dən 3,5 milyard, “Yahoo!”dan 2,2 milyard dəfə istifadə olunub. Şirkətlərin bazardakı mövqeyi ötən rübdəki kimi dəyişməz qalıb. Lakin qeyd etmək lazımdır ki, “Yahoo!” artıq neçə ildir ardıcıl olaraq payını itirir. Bu 2011-ci ilin dekabrında “Bing” tərəfindən onun ikinci yerdən sıxışdırması ilə nəticələnib. İl yarım əvvəl istifadəçilər axtarış sorğularının 16 faizini “Yahoo!” portalından göndərirdilər. Bundan başqa, 2012-ci ildə şirkətin payı 12 faizədək azalıb. “Google” ABŞ internet şirkəti olmaqla bütün axtarış sistemləri arasında liderdir. 1998-ci ildə Larri Peyc və Sergey Brin tərəfindən yaradılan şirkət 2004-cü ildə 1,9 milyard dollar dəyərində səhmlərin ilk yerləşdirilməsini həyata keçirib. Hazırda “Google”dünya axtarış sorğuları bazarının 80 faizindən çoxuna sahibdir. Şirkətin əsas gəlir mənbəyini sistemin səhifələrində axtarışın nəticələri ilə bənd edilən onlayn reklam təşkil edir. “Google” axtarış sistemi ilə yanaşı, dünyanın ən populyar “YouTube” videohostinqinin sahibidir, “Gmail” poçt servisi və “Google+” sosial şəbəkəsinin idarəedicisidir, habelə mobil qurğular üçün “Android” əməliyyat sisteminin tərtibatçısıdır. Geri dön |